Qadın / Kriminal

Bakıda əməliyyat - 3 qardaş HƏBS EDİLDİ

Banu. | 31-03-2020, 19:04
46 0
Bakıda oğurluqla məşğul olan qardaşlar tutulub.
Nəsimi RPİ 22-ci Polis Şöbəsi və Yasamal RPİ 27-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nəsimi rayonu ərazisində 4 mağazadan 4 ədəd noutbuk oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş M.Cavadov və 2 qardaşı saxlanılıblar.
Ətraflarında aparılmış tədbirlərlə onların Bakı şəhər sakini olan bir nəfərin 1455 manat dəyərində noutbukunu oğurlamaları da müəyyən edilib.
Tutulan qardaşlar ətrafında araşdırma aparılır.Publika.az