Qadın / Kriminal

Azərbaycanda 18 yaşlı gənc bərbər adı ilə evdən qaçdı - FOTO

Banu. | 26-03-2020, 15:42
125 0
Azərbaycanda 18 yaşlı gənc saçını kəsdirmək adı ilə evdən çıxıb, geri qayıtmayıb.
Bu barədə Xəzər televiziyasında yayımlanan Xoşqədəm Hidayətqızının aparıcılıq etdiyi ""Səni axtarıram" verilişində məlumat verilib.
Verilişə gələn nənə 18 yaşlı nəvəsi Asiman Fəttahovun martın 5-i saçını kəsdirmək adı ilə evdən çıxdığını deyib: "Lakin bu günə kimi ondan xəbər yoxdur. Neçə gündür ki, onun yolunu gözləyirik. Bu artıq onun ikinci evdən qaçmasıdır. Birinci dəfə telefonla çox oynadığına görə əlindən almışdım. O da məndən inciyib evdən qaçmışdı. Amma 8 gündən sonra özü evə qayıtdı. Bu dəfə yenə telefonunu əlindən almışdım. Anası əkizləri dünyaya gələn zaman xəstələndi. Ona görə də Asimana mən baxmışam. Anası ilə münasibəti də pis deyil. 3 aydan sonra Asiman əsgər gedəcək".Sonxeber.az