Qadın / Kriminal

ABŞ kəşfiyyat şefinin qızı həbs edildi – Şok qətl

Banu. | 17-02-2020, 16:42
74 0
ABŞ Milli Kəşfiyyat Xidmətinin sabiq direktorunun qızı Sofiya Neqreponte həbs edilib.

Kəşfiyyatçının qızı 24 yaşlı dostu Yusif Rasmussenlə mübahisə edib.

Mübahisə zamanı Sofiya Yusifi boyun nahiyəsindən bıçaqlayıb. Polisə ifadəsində gənc xanım cinayət haqqında danışıb və baş verənləri etiraf edib. Polis qızı cinayətin baş verdiyi evdə saxlayıb.

Gənclər əvvəlcə televizora baxıblar, daha sonra aralarında mübahisə düşüb və bu, davaya çevrilib. Bir müddət sonra onlar sakitləşib, lakin sonra yenidən konflikt böyüyüb.

Qız polisə deyib ki, gənc oğlanla mənasız problemlər səbəbindən mübahisə edib. Sonradan gənc oğlanın başı üzərində dayanaraq ondan ölməməyini xahiş edib.

Xatırladaq ki, Sofiya Neqreponte Con Neqrepontenin qızıdır. Con Neqreponte 2007-ci ildə ABŞ dövlət katibinin müavini, 2005-2007-ci illərdə isə Milli Kəşfiyyat Xidmətinin direktoru vəzifəsində çalışıb.Teleqraf.com