Qadın / Kriminal

Nərmini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanıldı

Banu. | 10-01-2020, 18:09
659 0

Nərminin qətlində şübhəli bilinən şəxs tutuldu - RƏSMİ

Tovuzda azyaşlının qətlində şübhəli bilinən şəxs tutulub.
Daxili İşlər Nazirliyi (DİN) və Baş Prokurorluğun mətbuat xidmətlərinin məlumatına görə, Tovuz rayonunun Dondar Quşçu kənd sakini - 10 yaşlı Nərmin Quliyevanın qəsdən öldürülməsi faktı ilə bağlı DİN, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.
İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.
İstintaq-əməliyyat qrupu tərəfindən İlkin Süleymanovunyaşadığı evin həyətinə giriş qapısının və həyətə döşənmiş süni daş örtüyünün üzərindən, Nərmin Quliyevanın saxlanıldığı otaqda olan çarpayının örtüyü və pərdənin üzərindən qanabənzər ləkələr, eləcə də iş üçün əhəmiyyət kəsb edən digər əşyalar maddi sübut kimi götürülüb.
İlkin Süleymanov şübhəli şəxs qismində müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib.
Hazırda iş üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.apa