Qadın / Kriminal

Anası qudasına qoşulub qaçan oğlan danışdı: Anamı bağışlamayacam

Banu. | 6-01-2020, 14:40
1 978 0
Ağdaş rayonunda qohum olmağa hazırlaşan və qoşulub qaçan qudalarla bağlı yeni detallar üzə çıxıb.
Günü  zəbt edən hadisə ilə bağlı "Space TV"nin əməkdaşları reportaj hazırlayıblar.
Reportaj zamanı məlum olub ki, Rizvan Əliyev evdən gedərkən arvadına məxsus telefonu və 3900 manat nağd pul götürüb.
Məsələ münasibətdə olan cütlüyün yazışmalarının ələ keçməsi ilə açılıb.
Qeyd edək ki, 29 dekabrda Ağdaş rayonunun Ərəb kəndində məskunlaşan, Şuşa rayonundan olan məcburi köçkün, 1975-ci il təvəllüdlü Rizvan Nizami oğlu Əliyev qızının nişanlısının anası, rayonun Kükəl kənd sakini, 1970-ci il təvəllüdlü Yaqut İsmət qızı Ömərova ilə birlikdə evlənmək məqsədi ilə qaçıblar.
BAKU.WS