Qadın / Kriminal

Parkda öldürülən tələbənin qatili 13 yaşlı uşaq çıxdı

Banu. | 14-12-2019, 20:19
159 0
Nyu-Yorkda yürüşə çıxarkən bıçaqlanaraq öldürülən və ABŞ mediasının gündəmini zəbt edən tələbə qızın qatilinin 13 yaşında bir uşaq olduğu məlum olub. 

Hadisəyə səbəb gənc qızdan pul tələb olunması olub. Tessa Majoru öldürən azyaşlı ondan pul tələb edib və tələbə qız ona pul vermədiyi üçün onu bıçaqlayaraq qətlə yetirib.

Ağır vəziyyətdə xəstəxanaya çatdırılan T.Majoru bütün müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb.  Azyaşlı olduğu üçün adı açıqlanmayan 13 yaşlı qatil həbs edilib. Moderator.az