Qadın / Kriminal

Bakıda qadını sevgilisi küçədə öldürdü

Banu. | 29-11-2019, 10:32
60 0

Bakıda gecə saatlarında qadın çay evinin qarşısında öldürülüb.

Noyabrın 28-i saat 23 radələrində 1996-cı il təvəllüdlü Məmmədov Sərxan Xanlar oğlu Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi 15/1 ünvanında yerləşən “Bilyard” çay evinin qarşısında qeyri-rəsmi münasibətdə olduğu 1989-cu il təvəllüdlü İsmayılova Pərvanə Fərman qızına qısqanclıq zəminində 5 bıçaq zərbəsi vurub.

P.İsmayılova aldığı bıçaq zərbələri nəticəsində ölüb.

Sərxan Məmmədov Cinayət Məcəlləsinin qəsdən adam öldürməkdə şübhəli bilinərək tutulub.