Qadın / Kriminal

Məşhur modelin evi qarət edildi

Banu. | 27-11-2019, 12:38
28 0
Britaniyalı model Cermeyn Lav yataq otağının tavanını deşərək, içəri soxulan və evini qarət edən oğruların tutulmasına yardım edənlərə 5000 funt sterlinq (təqribən 6500 dollar) mükafat təyin edib.
Qarətçilər onun bahalı dizayner geyimlərini, çantalarını və ayaqqabılarını oğurlamaqla yanaşı, evini də dağıdıblar.
"Evin bu halı qorxu filmlərindəki səhnəni xatırladırdı", - deyə Cermeyn Lav bildirib.
Oğruların qaçdığı an müşahidə kamerasına düşüb.
Model əmindir ki, oğrular onun dəyərli əşyalarının harada saxlanıldığını dəqiq biliblər.
Hadisə ilə bağlı istintaqa başlanılıb.sonxeber.az