Qadın / Kriminal

Bakıda daha bir ağır cinayət – Küçənin ortasında öldürdülər

Banu. | 25-11-2019, 19:37
71 0
Bakıda qətl törədilib.
Daxili İşlər Nazirliyi xəbər verir ki, noyabrın 23-də saat 14 radələrində Nərimanov rayonu N.Süleymanov küçəsi ev 1-in qarşısında Naxçıvan şəhər sakini Adəm Abdullayevin üzərində zorakılıq əlamətləri olan meyitinin tapılması barədə 18-ci Polis Şöbəsinə məlumat daxil olub.
Dərhal polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlmiş, müvafiq tədbirlər həyata keçirilib.
Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə və fərariliyə görə məhkum olunmuş T.Bayramov saxlanılıb.publika.az