Qadın / Kriminal

Arvadını öldürdükdən sonra görün nə etdi

Banu. | 23-11-2019, 18:18
203 0


Türkiyənin Mersin şəhərində dəhşətli hadisə baş verib. Belə ki, arvadını xüsusi amansızlıqla qətlə yetirən Mustafa Ərtürkün məhkəməsi baş tutub. Cəmilə Ərtürkoğlu ilə boşanma ərəfəsində olan qatil əvvəlcə onun başını kəsib. Qətli gizlətməyə çalışan qatil arvadının cəsədini sonra ətçəkən maşından keçirib.

Mustafa Ərtürkoğlunun məhkəməsinə qadın haqları mərkəzini təmsil edən 40 vəkil qadın qatılıb. 

Arvadını vəhşicəsinə öldürən kişi ifadəsində Cəmilə Ərtürkoğlunu evlilik ildönümü bəhanəsi ilə evə çağırıb, onun boğazını kəsdiyini, daha sonra parçaladığı cəsədin bir hissəsini ət maşınında çəkdiyini, qalan hissələrini isə şəhərin müəyyən yerlərində zibil yeşiklərinə atdığını soyuqqanlılıqla anladıb. 

Mustafa Ərtürkoğlunun ifadəsi və istəyi məhkəmə zalındakıları şoka salıb. Belə ki, Məhkəmədə son sözü soruşulan M.Ərtürkoğlu  istintaq prossesinin həbs olunmadan aparılmasını istəyib.

Məhkəmə dekabrın 6-dək təxirə salınıb.Unikal.org