Qadın / Kriminal

Bakıda amansız qətl: Qız üstündə kişinin ayaqlarını sındırdılar, başına daşla döyə-döyə öldürdülər

Banu. | 11-11-2019, 23:24
140 0
Bakının Binəqədi rayonu ərazisində avtomobilin yük yerindən kişi meyiti aşkarlanıb. 
Bununla bağlı  hüquq-mühafizə orqanlarından məlumat verilib. 
Məlumdur ki, noyabrın 9-da saat 08:00 radələrində Sulutəpə qəsəbəsində “Mercedes” markalı avtomobilin yük yerindən Cəlilabad rayon sakini, 1972-ci il təvəllüdlü Elşən Çapar oğlu Abbasovun meyiti tapılıb. 
Patoloqlar tərəfindən bədənin müayinəsi zamanı müxtəlif bədən xəsarətləri aşkar olunub. Həmçinin, kişinin hər iki ayağı sındırılıb. Məlum olub ki, E.Abbasov başından aldığı daş zərbələri nəticəsində ölüb.
Aparılan araşdırmalar zamanı noyabrın 10-da 40-cı Polis Bölməsinin əməkdaşları qətldə şübhəli bilinən Şəki sakinləri, 1999-cu il təvəllüdlü Allahverdi İsmayılovu və onun qohumu, 1987-ci il təvəllüdlü Ramin Şamıilovu saxlayıblar. 
İlkin ehtimallara görə, E.Abbasov öz inadkarlığının qurbanı olub. Kişi saxlanılan şəxslərdən birinin yaxın qohumunun qeydinə qalmağa çalışıb. Ancaq qadın deyib ki, onun haqqında heç nə eşitmək istəmir. Ancaq E.Abbasov ona zəng etməyə davam edib. Bu zaman söhbətə A.İsmayılov qarışıb. O, telefon vasitəsilə E.Abbasovla əlaqə saxlayıb və onu Sulutəpə qəsəbəsində yaşayan qadının evinin qarışısında görüşə çağırıb. 
Noyabrın 8-i gecə E.Abbasov görüşə gəlib. İstintaqın versiyalarına görə, qadının gözləri qarşısında A.İsmayılov və R.Şamilov E.Abbasovu ölümcül döyüb, daha sonra cəsədi avtomobilin yük hissəsində gizlədiblər. 
Qəsdən adam öldürmə faktı ilə cinayət işi başlanıb, istintaq davam edir.
Oxu.Az

Digər xəbərləri də oxuyun:

Özü atalıq sevincindən ölüb - Doğulduğu qızı da qəzada

Şad xəbər: SSRİ-DƏ DOĞULAN HƏR KƏSƏ RUSİYA VƏTƏNDAŞLIĞI VERİLƏCƏK

Fahişədən etiraflar: “1000 manat versələr də, onlarla görüşmərəm, iyrənirəm”

17 yaşında görüşdüyü dördüncü kişiyə həyatını danışan fahişə...

İnsanın ölüm günü doğum günü kimi təsadüfi seçilmir - Hər kəs öz xarakterinə uyğun son proqnozlaşdırır

Bu gecə hazırla və ərin səni 1 saniyə belə tək qoymayacaq

Gördüklərinizə inanmayacaqsınız!!.İnsan əti satılan restoran açıldı.Dünyanı sirkələyən hadisə.

Fahişə kraliçanın sarayda dəhşətli İNTİM OYUNLARI: başlarına oyun açılan kişilər...

Azərbaycanda qızları olan ailələrə ŞAD XƏBƏR

“Qoşulub qaçdım... dedi, səni ikinci arvad kimi saxlayıram...” - ARAŞDIRMA