Qadın / Kriminal

Bakıda qardaş bacısını öldürdü, məhkəmə qarşına çıxarıldı

Banu. | 21-10-2019, 18:09
110 0

Bakıda bacısını qətlə yetirməkdə təqsirləndirilən Qalib Turabovun cinayət işi üzrə məhkəmə iclası başlayıb. 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. 
Məhkəmənin növbəti iclasi oktyabrın 22-nə təyin edilib. 
Hadisə bu il paytaxtın Səbail rayonunda baş verib. Səbail rayonu, Xəqani küçəsi 1 saylı ünvanda 1998-ci il təvəllüdlü Turabova Pərvanə Nağı qızı bıçaqlanıb. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Keçirilən əməliyyat tədbirləri nəticəsində məlum olub ki, Füzuli rayonu, Qacar kəndində qeydiyyatda olan və hazırda Bakının Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, A.Gəraybəyli küçəsində yaşayan, 2000-ci il təvəllüdlü Turabov Qalib Nağı oğlu doğma bacısı Turabova Pərvanə Nağı qızını qəsdən bıçaqlayaraq qətlə yetirib.
Faktla bağlı Səbail rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.Unikal.org


 Azadqadin.az

Bu xəbərləri MÜTLƏQ OXUYUN:

Xurma çəyirdəyini tullamadan əvvəl bir daha düşünün! Elə bir faydası var ki, minlərlə manat pulunuz cibinizdə qalacaq...

Bir evdə həm əri, həm də onun məşuqəsi ilə yaşayan azərbaycanlı qadın: “Arada əsgər yoldaşları da bizdə qalırdı…” – FOTO


Toy gecəsi ilə bağlı ilk dəfə oxuyacağınız AĞLASIĞMAZ MƏQAMLAR: sən demə, qızlar...

Qadınlar niyə ayaqlarının arasına yastıq qoyaraq yatır? - ARAŞDIRMA


Dünyanın ən sağlam xalqı ispanlardır: Nə yeyirlər?..