Qadın / Kriminal

19 yaşlı qızına işgəncə verən ata etirazlara səbəb oldu

Banu. | 9-10-2019, 19:52
159 0
Türkiyədə bir atanın gənc qızına işgəncə verməsi böyük etirazlara səbəb olub.

Azadqadin.az Baku.ws-ə istinadən xəbər verir ki, olay İstanbul şəhərində baş verib.

Taksimdə bir kişi 19 yaşlı qızını vəhşicəsinə döyüb. O, qızını yatağa uzadıb. Onu yumruqla vurur və onu boğur.

Qız isə öz növbəsində qışqırır və kömək istəyir.

Bu video hələlik kimliyi bilinməyən şəxs tərəfindən çəkilib və sosial şəbəkələrdə paylaşılıb.

Həmin görüntülər yayıldıqdan sonra sosial şəbəkələrdə böyük etirazlar başlayıb. Sadə vətəndaşlardan tanınmış insanlara qədər hər kəs bu əməli pisləyib.

Tanınmış simalardan olan müğənni Haluk Levent də "twitter”də məsələyə münasibət bildirib. O, gənc qıza kömək edəcəyini, vəhşi atanın cəzalandırılması üçün əlindən gələni edəcəyini bildirib.