Qadın / Kriminal

Beyləqanda döyülərək yol kənarına atılan 18 yaşlı qız xəstəxanada öldü

Banu. | 9-10-2019, 16:59
285 0
Beyləqan rayonunda döyülərək yolun kənarına koma vəziyyətində atılan qız ölüb.
Bu barədə Beyləqan Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Məlumatda bildirilir ki, oktyabrın 8-də ağır vəziyyətdə xəstəxanaya gətirilən, rayonun Yuxarı Aran kənd sakini, 2001-ci il təvəllüdlü Quliyeva Aygün Mehman qızı bu gün xəstəxanada dünyasını dəyişib.
Xatırladaq ki, oktyabrın 8-də səhər saatlarında Beyləqan-Kəbirli avtomobil yolunun sağ hissəsində rayon sakinlərindən bir nəfər 17-18 yaşlarında qadını huşsuz vəziyyətdə aşkar edib. Hüquq-mühafizə orqanları əməkdaşları dərhal hadisə yerinə gəlib.
Araşdırmalar zamanı həmin qadının Beyləqan rayonu, Yuxarı Aran kənd sakini, 2001-ci il təvəllüdlü Quliyeva Aygün Mehman qızı olduğu müəyyən edilib.
Qızda qapalı kəllə-beyin travması, çanağın küt travması, qasıq sümüyünün sınığı, sağ bud nayihəsinin küt travması, alın nayihəsinin əzilmiş-sıyrılmış yarası xəsarətləri aşkar edilib. Qızda komatoz vəziyyətdə olduğundan onun hansı şəraitdə və kim tərəfindən xəsarət alması müəyyən edilməyib.Trend

Bu xəbərləri də oxumaq üçün  yazıya tıklayın: 

Qızlıq pərdəsi haqda ŞOK FAKTLAR

5 gündə 5 kilo arıqlayın - Ən ucuz və ən keyfiyyətli pəhriz

Bunu edin — Sizin paltaryuyan maşınınız heç vaxt xarab olmayacaq!

Bakıda yerdən tapılan pulqabının içindən çıxanlar sizi şoka salacaq-VİDEO

Şantaj edilən tələbə qız otelə gəlməyə məcbur oldu... — Lənkəranda biabırçı hadisə

"1 milyon kişi ilə YATDIM" - Xeyriyyəçi qadın illər sonra ETİRAF ETDİ

Ərinin telefonuna iş yoldaşı kimi qeyd etdiyi qız görün kim çıxdı - Mesajlar ŞOKA SALDI