Qadın / Kriminal

Azərbaycanda dəhşətli qətl: Qadın onu zorlamaq istəyən kişini öldürdü

Banu. | 9-10-2019, 16:52
90 0

Azadqadin.az teleqraf.com-a istinadən xəbər verir ki, Sumqayıt Apelyasiya Məhkəməsində hakim Məhəmmədəli Rzayevin sədrliyi ilə baş tutan iclasda qərar elan edilib.


Qərara görə, zərərçəkmiş Mahir Əmirovun hüquqi varisinin şikayəti təmin edilib və Sumqayıt Apelyasiya Məhkəməsinin hökmü dəyişdirilib.

Samirə Səmədovanın barəsində 1 il 10 ay 20 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunub.

Samirə Səmədovanın barəsində bəraət hökmünün çıxarılması barədə verdiyi şikayəti təmin olunmayıb.

Qeyd edək ki, Sumqayıt şəhər Məhkəməsinin hökmü ilə Samirə Səmədova aylıq qazancından dövlət nəfinə 20 faiz pul tutulmaqla 2 il müddətinə islah işləri cəzasına məhkum edilib.

Hökmdən narazı qalan Samirə Səmədova apelyasiya şikayəti verib. O, günahsız olduğunu, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Həmçinin zərərçəkmiş şəxsin hüquqi varisi də apelyasiya şikayəti verib. Qeyd edib ki, təqsirləndirilən şəxsin əməli düzgün qiymətləndirilməyib.

Hüquqi varis hökmün ləğv edilməsini, işin yenidən araşdırılması, Samirə Səmədovaya qəsdən adam öldürmə ittihamının verilməsi üçün işin prokurorluğa qaytarılmasını istəyib.

Xatırladaq ki, bu şikayətlər Sumqayıt Apelyasiya Məhkəməsində hakim Fərmayıl Zeynallının sədrlik etdiyi kollegiyada araşdırılıb.

Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Tərəflərin şikayəti təmin olunmayıb.

Bu qərardan sonra həm təqsirləndirilən şəxs, həm də zərərçəkmişin hüquqi varisi Ali Məhkəməyə kasasiya şikayəti qaydasında müraciət ediblər. Ali Məhkəmədə hakim Gülzar Rzayevanın sədrliyi ilə hüquqi varisin şikayəti təmin olunub və iş yenidən baxılması üçün apelyasiya instansiyasına qaytarılıb.

Bu xəbərləri də oxumaq üçün  yazıya tıklayın: 

Qızlıq pərdəsi haqda ŞOK FAKTLAR

5 gündə 5 kilo arıqlayın - Ən ucuz və ən keyfiyyətli pəhriz

Bunu edin — Sizin paltaryuyan maşınınız heç vaxt xarab olmayacaq!

Bakıda yerdən tapılan pulqabının içindən çıxanlar sizi şoka salacaq-VİDEO

Şantaj edilən tələbə qız otelə gəlməyə məcbur oldu... — Lənkəranda biabırçı hadisə

"1 milyon kişi ilə YATDIM" - Xeyriyyəçi qadın illər sonra ETİRAF ETDİ

Ərinin telefonuna iş yoldaşı kimi qeyd etdiyi qız görün kim çıxdı - Mesajlar ŞOKA SALDI