Qadın / Kriminal

Pornoqrafiya həvəskarı olan ata qızını zorladı- Bakıda dəhşət

Banu. | 22-08-2019, 11:12
290 0
Bakıda əvvəllər məhkum olunmuş şəxs öz qızlığını zorlamaqda günahlandırılır.
Azadqadin.az  xəbər verir ki, bu barədə Sputnik Azərbaycan-a Binəqədi rayonunun hüquq-mühafizə orqanlarından məlumat verilib.
Belə ki, Binəqədi prokurorluğu növbəti zorlama faktını araşdırır. Rayon Polis İdarəsinin 6-cı bölməsinə Biləcəri qəsəbə sakini, 1998-ci il təvəllüdlü V.F. müraciət edib. Qız bildirib ki, 8 fevral saat 20:00 radələrində 1978-ci il təvəllüdlü atalığı S.R. tərəfindən birlikdə yaşadıqları evdə zorlanıb. İşin materialları rayon prokurorluğuna göndərilib. Faktla bağlı hələlik heç kim saxlanılmayıb.
Qeyd edək ki, kişi əvvəllər AR Cinayət Məcəlləsinin 242-ci maddəsi (pornoqrafik materialların qanunsuz yayımı) ilə həbs olunub və 2 il bundan əvvəl həbsdən çıxıb.
 

2018-ci ilin başlanmasından bu yana daxili işlər orqanları Bakıda 7 zorlama faktını qeydə alıb. Onlardan 6-sının üstü açılıb.

Digər mühüm xəbərlər: 

Dava-dərmandan qurtulmaq istəyirsizsə, bu 4 qidanı azaldın – Məşhur yapon qastroenteroluqundan TƏLİMAT

"Mənə lüt şəkillərini göndərən kişiləri biabır edəcəm"

Bu da Ruhinin heç yerdə görmədiyiniz əkizləri...Çox böyüyüblər-FOTO

Ailəli kişinin evinə gedən gənc qız: Oyananda gördüm ki, artıq gecdir