Qadın / Kriminal

Azərbaycanda işlədiyi evi qarət edən xadimə AZADLIQDA

Banu. | 16-07-2019, 10:44
195 0
Abşeron rayonunda oğurluqda təqsirləndirilən Zivər Rəhimovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Abşeron rayon Məhkəməsində hakim Şövkət Nəcəfovanın sədrliyi ilə keçirirlən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Z.Rəhimova 3 il müddətinə azadlıqdan məhrum edilib.

Cinayət Məcəlləsinin 79-cu (hamilə qadınlar və azyaşlı uşaqları olan şəxslər tərəfindən cəzanın çəkilməsinin təxirə salınması) maddəsi nəzərə alınaraq, qadının azyaşlı uşağı 14 yaşına çatana qədər hökmün icrası təxirə salınıb.

Hökmdən narazı qalan zərərçəkmiş S.Salamzadə apelyasiya şikayəti verib.
Sumqayıt Apelyasiya Məhkəməsində yekun məhkəmə iclasında zərərçəkmiş ərizə ilə müraciət edərək, verdiyi apelyasiya şikayətindən imtina etdiyini və apelyasiya şikayətinin baxılmasına xitam verilməsini istəyib.

Məhkəmənin qərarı ilə apelyasiya şikayətinə xitam verilib.
Qeyd edək ki, ötən il mayın 1-də Daxili İşlər Nazirliyinin "102 Zəng Mərkəzi" Xidmətinə müraciət edən Abşeron rayon sakini S.Salamzadə mənzilindən qızıl əşyalarının oğurlandığını bildirib.

Məlumata əsasən, dərhal Abşeron rayon Polis İdarəsinin əməkdaşları Xırdalan şəhərindəki həmin ünvana gəlib, müvafiq tədbirlər həyata keçiriblər.
Araşdırmalar zamanı məlum olub ki, aprel ayının 15-də həmin mənzildən ümumilikdə 12553 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğun həmin evdə xadimə işləyən, Xırdalan şəhər sakini Z.Rəhimova tərəfindən edildiyinə əsaslı şübhələr yarandığından o, saxlanılılıb. (teleqraf)
 
Digər xəbərləri də oxuyun:

Elza Seyidcahan Röyanın BÜTÜN SİRRİNİ AÇDI: "O, hər gün sevişir, təkcə Hüseyni doğmayıb"

“Viaqra”nın inanılmaz faydası – Buna da qadir imiş…

Lak çəkdikdən 10 saat sonra bədəndə nə baş verir? - Görün, nə qədər xəstəliyin səbəbi imiş

Rəqsanənin qızı yaxtada içki ilə görüntüləndi - Şok FOTO