Qadın / Kriminal

Ailəli bacısının başqa kişi ilə münasibətini öyrəndi, bıçağa əl atdı

Banu. | 13-07-2019, 22:17
313 0
Bakıda bacısını bıçaqlamaqda təqsirli bilinərək məhkum olunan Niyaməddin Məmmədov Ali Məhkəməyə müraciət edib.
 
AzadQadin.az ölkə.az-a istinadən xəbər verir ki, onun müraciəti ilə bağlı məhkəmə prosesi hakim Tahir Kazımovun sədrliyi ilə sentyabr ayının 25-də keçiriləcək.
 
İttiham aktına görə, Xətai rayonunda kirayədə yaşayan 1993-cü il təvəllüdlü Əfsanə Əhmədova qısqanclıq zəminində qardaşı Niyaməddin Məmmədov tərəfindən bıçaqlanıb.
 
Qadın Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Onun həyatını xilas etmək mümkün olub.
 
Niyaməddin Məmmədov ailəli olan bacısının başqa kişi ilə münasibəti olduğunu öyrənib və buna görə onu bıçaqlayıb.
 
İstintaq orqanı tərəfindən Niyaməddin Məmmədovun barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddələri ilə ittiham elan edilib.
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə onun ittiham olduğu maddə tövsif edilib və Niyaməddin Məmmədov 2 il müddətinə azadlıqdan məhrum edilib.

BU XƏBƏRLƏRİ MÜTLƏQ OXUYUN:

İnstaqramın məşhur əfqan qızı: Əsəbi zəif olanlar baxmasın - FOTOLAR

İki bina arasındakı boşluqda yer alan və dünynın ən dar evində necə yaşandığına baxın, inanmayacaqsınız-Fotolar

Elə, bu dəqiqə yoxlayın: Bu 7 əlamətdən 4-ü sizdə varsa həyəcan təbili çalmağın vaxtıdır- Şəkərsiniz