Qadın / Kriminal

Kişini qadınla yatağa salıb intim videosunu çəkdilər, sonra isə... - Bakıda şok olay

Banu. | 19-06-2019, 17:53
149 0
Bakıda kişini intim foto və videoları ilə şantaj etməkdə təqsirli bilinən Samir Sahib oğlunun, Zaur Əliyevin, Elvin Zahidovun, Fərid Qasımovun və Yaqut Kərimovanın barəsində cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

AzadQadin.az teleqraf.com-a istinadla xəbər verir ki, təqsirli bilinən şəxslərin cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun icraatına verilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər paytaxt sakini Sadiq Məmmədovu (ad və soyad şərtidir - red.) şatja ediblər.

Belə ki, dəstənin kişi üzvləri Sadiq Məmmədovdan pul əldə etmək üçün qadından istifadə ediblər. Onlar Yaqut Kərimovanı zərərçəkmişlə intim əlaqəyə girməyə məcbur ediblər və bu mənzərəni videoya və fotoya çəkiblər.

Daha sonra dəstə üzvləri həmin video və fotoları yaymamaq üçün Sadiq Məmmədovdan külli miqdarda pul tələb ediblər.

Pulu verə bilməyən zərərçəkmiş hüquq-mühafizə orqanlarına şikayət edib. Şikayət əsasında dəstə üzvləri həbs edilib.

İstintaq orqanı tərəfindən dəstə üzvləri barəsində Cinayət Məcəlləsinin 182.3.2-ci ( külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 182.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu yolu ilə tələb etmə) maddəsi ilə ittiham elan edilib.

Bu xəbərləri də oxuyun:

Yayda nanə çayı için - Qadın xəstəliklərini sağaldır

“Həkim dedi ki, üç saatdan sonra ölə bilərsən” - Firəngiz Mütəllimova

Evdə ayaqyalın gəzirsinizsə, mütləq oxuyun

Azərbaycanda dəhşətli ölüm hadisəsi: Başı bədənindən ayrıldı – VİDEO+18

Azərbaycanda 19 yaşlı qız bu məktubu yazıb evdən qaçdı - FOTO

Azərbaycanlı müğənnidən ETİRAF -Arvadım deyirdi ki, get, bağda ağacları sula...