Qadın / Kriminal

Zəhranı qaçıran qadını neçə illik həbs cəzası gözləyir?

Banu. | 6-06-2019, 19:08
734 0

Bildiyimiz kimi, iki gündür itkin düşən 3 yaşlı Zəhra Bağırzadə bu gün polis əməkdaşlarının səyi nəticəsində tapılıb. Azyaşlını oğurlayan qadın Təzəgül Nəzərova isə saxlanılıb. Uşağın qadın tərəfindən oğurlanması böyük qınağa səbəb olub. Bəs, bu hadisəni törədən T.Nəzərovanı hansı cəza gözləyir? O, neçə il müddətinə azadlıqdan məhrum edilə bilər? 
Vəkil Vəfa Abdullayeva açıqlamasında deyib ki, azyaşlını oğurlayan qadın barəsində hələ ki, istintaq aparıldığından, dəqiq fikir söyləmək çətindir.
Vəkilin ehtimalına görə, ona qarşı iki maddə ilə ittham irəli sürülsə, T.Nəzərova 15 il müddətinə azadlıqdan məhrum edilə bilər: "Ümummilli Liderimiz Heydər Əliyev demişdir ki, uşaqlar bizim gələcəyimizdir. Çox təəssüflər olsun ki, Təzəgül Şükür qızı Nəzərova kimilər bu fikiri başa düşməzlər. Təzəgül Nəzərova 3 yaşlı Zəhra Bağırzadəni ailəsindən oğurlayaraq, onu dilənçiliyə məcbur etməyə çalışıb. Bir sözlə, 3 yaşlı uşağın gələcəyini əlindən almaq istəyib. Lakin Azərbaycan Respublikasının Cinayət Məcəlləsində bu cür qanunsuz hərəkətlərlə bağlı çox sərt cəzalar vardır. 

                                          Vəkil Vəfa Abdullayeva
Belə ki, Cinayət Məcəlləsinin 144-cü maddəsində adam oğurluğundan bəhs edilir. Və sanksiyasında 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Eyni zamanda, AR CM-nin 144-2 maddəsinin (məcburi əmək) 144-2.2.3-cü hissəsində yetkinlik yaşına çatmayan şəxs barəsində törədilikdə yeddi ildən on ilədək müddətə azadllqdan məhrumetmə ilə cəzalandırılma nəzərdə tutulmuşdur. Bunları nəzərə alaraq, Təzəgül Nəzərova azyaşlı uşağa qarşı törətdiyi əmələ görə ciddi şəkildə cəzalanlandırılmalıdır".e-huquq.az
 
Bu xəbərləri də oxumaq üçün şəkillərin üstünə və yazıya tıklayın:  


Qızlıq pərdəsi haqda ŞOK FAKTLAR


5 gündə 5 kilo arıqlayın - Ən ucuz və ən keyfiyyətli pəhriz

 

Bunu edin — Sizin paltaryuyan maşınınız heç vaxt xarab olmayacaq!


Bakıda yerdən tapılan pulqabının içindən çıxanlar sizi şoka salacaq-VİDEO


Şantaj edilən tələbə qız otelə gəlməyə məcbur oldu... — Lənkəranda biabırçı hadisə

"1 milyon kişi ilə YATDIM" - Xeyriyyəçi qadın illər sonra ETİRAF ETDİ

Ərinin telefonuna iş yoldaşı kimi qeyd etdiyi qız görün kim çıxdı - Mesajlar ŞOKA SALDI