Qadın / Kriminal

51 yaşlı qadın gizli eşqə görə - 13 MİN MANATINDAN OLDU

Banu. | 1-06-2019, 10:30
500 0

Bakının Səbail rayonu sakinindən şantaj yolu ilə 13 min manat alınıb.
"AzadQadin.az" oxu.az-a istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.
57 yaşlı P.İ. rayon prokurorluğuna müraciət edərək 2017-ci ilin aprel ayından 2019-cu ilin aprel ayına kimi tanışı – Biləsuvar rayon sakini 51 yaşlı A.İ. tərəfindən şantaj edildiyini bildirib.
Şikayət ərizəsinə görə, A.İ. qadını gizli eşq macərasını hər kəsə danışacağı ilə hədələyib. Yalnız pul müqabilində susmağa razılaşıb. Əvvəl zərərçəkən dələduzun şərtini qəbul etsə də, çox keçmədən səhvə yol verdiyini anlayıb.
Sirrin saxlanılmasına görə tələb olunan məbləğlər getdikcə artıb. Qadın bunun sonunun olmayacağını başa düşüb və prokurorluğa şikayət ərizəsi ilə müraciət edib.
Hazırda materiallar Səbail rayon Polis İdarəsinə göndərilib və fakt üzrə araşdırma başlanılıb. Hələlik faktla bağlı saxlanılan yoxdur.

Bu xəbərləri də oxumaq üçün şəkillərin üstünə və yazıya tıklayın: 


Qızlıq pərdəsi haqda ŞOK FAKTLAR


5 gündə 5 kilo arıqlayın - Ən ucuz və ən keyfiyyətli pəhriz


Bunu edin — Sizin paltaryuyan maşınınız heç vaxt xarab olmayacaq!


Bakıda yerdən tapılan pulqabının içindən çıxanlar sizi şoka salacaq-VİDEO


Şantaj edilən tələbə qız otelə gəlməyə məcbur oldu... — Lənkəranda biabırçı hadisə

"1 milyon kişi ilə YATDIM" - Xeyriyyəçi qadın illər sonra ETİRAF ETDİ

Ərinin telefonuna iş yoldaşı kimi qeyd etdiyi qız görün kim çıxdı - Mesajlar ŞOKA SALDI