Qadın / Kriminal

Qadın onunla yatmaq istəyən ərini öldürdü - Azərbaycanda ŞOK OLAY

Banu. | 3-05-2019, 20:10
1 738 0
Sumqayıt şəhərində ərinin ölümündə təqsirli bilinən Ağdam rayon sakini, 1980-ci il təvəllüdlü Samirə Səmədovanın (cinayət işindəki şəxslərin ad və soyadları şərti verilib – red.) məhkəməsi başa çatıb.

Samirə Səmədovanın keçmiş əri Mahir Əmirov 2016-cı ilin sentyabrın 7-dən 8-nə keçən gecə saat 1 radələrində kirayədə yaşadığı Sumqayıt şəhəri, 2-ci mikrorayondakı evinə gəlib.
Qapı döyüldükdə keçmiş ərinin gəldiyini bilən Samirə əvvəlcə qapını açmaq istəməyib. Lakin yarana biləcək səs-küydən qonşular arasında rüsvay olacağını düşünən Samirə Mahiri yaşadığı mənzilə buraxıb.
Mahir əvvəllər ər-arvad münasibətlərində olduqlarını əsas gətirib, onunla yatağa girmək istədiyini bildirib. Qadın onun təklifini rədd edib. Buna görə mübahisə yaranıb. Mahir mətbəxə keçib və oradan götürdüyü bıçaqla Samirəni hədələyib.
Samirə isə onun əlindən bıçağı zorla almaq qərarına gəlib. Əlbəyaxa dava zamanı bıçaq Mahirin bud nahiyəsini kəsib.
Onu Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasına çatdırılıb. Tibbi yardım göstərilməsinə baxmayaraq, Mahirin həyatını xilas etmək mümkün olmayıb. Mahir xəstəxanada vəfat edib.
İstintaq orqanı tərəfindən Samirə Səmədovanın barəsində Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Sumqayıt şəhər Məhkəməsinin hökmü ilə Samirə Səmədova aylıq qazancından dövlət nəfinə 20 faiz pul tutulmaqla 2 il müddətinə islah işləri cəzasına məhkum edilib.
Hökmdən narazı qalan Samirə Səmədova apellyasiya şikayəti verib. O, günahsız olduğunu, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Həmçinin zərərçəkmiş şəxsin hüquqi varisi də apellyasiya şikayəti verib. Qeyd edib ki, təqsirləndirilən şəxsin əməli düzgün qiymətləndirilməyib.
Hüquqi varis hökmün ləğv edilməsini, işin yenidən araşdırılması, Samirə Səmədovaya qəsdən adam öldürmə ittihamının verilməsi üçün işin prokurorluğa qaytarılmasını istəyib.
Bu şikayətlər Sumqayıt Apellyasiya Məhkəməsində hakim Fərmayıl Zeynallının sədrlik etdiyi kollegiyada araşdırılıb.
Apellyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Tərəflərin şikayəti təmin olunmayıb.
Bu qərardan sonra həm təqsirləndirilən şəxs, həm də zərərçəkmişin hüquqi varisi Ali Məhkəməyə kasasiya şikayəti qaydasında müraciət ediblər. Hər iki tərəfin şikayəti Ali Məhkəmədə hakim Gülzar Rzayevanın icraatına verilib.
Yaxın günlərdə bu şikayətlərə baxılacaq.
Teleqraf.com

Bu xəbərləri də oxuyun:

Evi olmayanlara ŞAD XƏBƏR - Artıq hamı ev tikə bilər-Ev tikmək üçün rüsum və icazəyə EHTİYAC YOXDUR

Birinci arvadını bacısı adı ilə elçiliyə göndərdi - Masallıda inanılmaz OLAY

SON DƏQİQƏ: Azərbaycan-Gürcüstan sərhədi bağlandı -FOTO

Ən yaxşı sevişən bürc hansıdır?- İnanılmaz faktlar

Azərbaycanda dəfn qaydalar dəyişdi - Prezident qanunu təsdiqlədi