Qadın / Kriminal

Azərbaycanda dəhşət: Qadını öldürüb, meyitini torbaya qoyub Araza atdılar

Banu. | 15-04-2019, 10:09
639 0
İmişlidə qətl hadisəsi baş verib. 



Azadqadin.az Oxu.Az-a istinadla xəbər verir ki, İmişli rayonunun Qulubəyli kənd sakini, 1994-cü il təvəllüdlü Seyidov Orman Nəriman oğlu rayonun Ölcələr kənd sakini, 1990-cı il təvəllüdlü Məmmədova Vahidə Mahmud qızını başından küt alətlə vuraraq qətlə yetirib. 


Daha sonra meyiti torbaya qoyaraq Araz çayına atıb. 


Meyit polis tərəfindən çaydan çıxarılıb. 


 V. Məmmədovanın meyitini morqa aparan Qulubəyli kənd sakini, 1994-cü il təvəllüdlü Surxayzadə Anar Füzuli oğlu bıçaqlanıb. Onu qətlə yetirilmiş qadının əri Məmmədov Ümidvar Mustafa oğlu bıçaqlayıb.


Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.


Faktla bağlı araşdırma aparılır.

Bu xəbərlər çox maraqlıdır:

Almaniyada vətəndaşlıq almağın – QAYDALARI

Hər gecə huşsuz qızlar gətirilir... - Həkimdən şok

Əgər, 7 gün acqarına sarımsaq və bal yesəniz görün orqanizmdə nə baş verəcək?! + VİDEO

Kişiyə kötəyinə dözən, söyüşünü udan “arvad” lazımdır...

Bir evdə həm əri, həm də onun məşuqəsi ilə yaşayan azərbaycanlı qadın: “Arada əsgər yoldaşları da bizdə qalırdı…” – FOTO

Qadın bu yolla kişiyə elə bir şey ötürür ki... - İNANILMAZ SİRR