Kriminal / Manşet

Elina Hacıyevanı şok vəziyyətində danışdıran qadın kimdir? - Araşdırma + Video

Aynur_Qurbanqizi | 12-04-2019, 15:45
2 534 0


Məktəb direktorunun arxasında kimlərin dayandığı bəlli olub
 
Aprelin 4-də 162 saylı məktəbin 3-cü mərtəbəsindən yıxılan və 1 saylı Mərkəzi Klinik Xəstəxanasında həyatını itirən 14 yaşlı Elina Hacıyevanın ölümü ətrafında baş verənlər neçə gündür gündəmin əsas mövzularındandır.
 
 Aprelin 10-da isə qəflətən sosial şəbəkələrdə Elinanın ölüm səhnəsi – məktəbdən görüntülər və yeniyetmənin yıxıldıqdan sonra danışdırılmasını əks etdirən video yayılmağa başlandı. Hər kəsi ağır vəziyyətdə olan qızcığazı sual yağışına tutan qadının kimliyi maraqlandırdı. Kimisi onun məktəbin psixoloqu, kimisi də uşaq polisi olduğunu yazdı. Əslində isə heç biri deyilmiş.
 
 Meydan TV-nin əldə etdiyi məlumata görə, Elina Hacıyevanı şok vəziyyətində sorğu-suala tutan şəxs məktəbin direktoru Sevinc Abbasovanın yaxın rəfiqəsi, Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Xalidə Bayramovadır.
 
 
Xanım Bayramova 1999-cu ildən Yeni Azərbaycan Partiyasının üzvü, YAP Səbail rayon təşkilatının sədr müavini, Respublika Uşaq Fondu Səbail rayon şöbəsinin sədridir. «Ziyalı Qadınlar Klubu»nun təsisçisi və sədridir.
 
 Yəni onun hamıdan əvvəl hadisə yerinə yetişməsi təkcə rəfiqə olmasından irəli gəlmir, həm də uşaqlarla işlədiyi deyilən bir fondun şöbə sədri olmasıyla bağlıdır. Xalidə Bayramova hadisəni rəsmiyyətə tökməzdən, yəni məktəbə təcili yardım çağırmazdan 2 saat əvvəl orada olub.
 
 Adının açıqlanmasını istəməyən məktəb yetkilisinin sözlərinə görə, öncə uşaqlar hadisə yerindən uzaqlaşdırılıb və Elina Hacıyeva direktorun otağına aparılıb, orada divana uzandırılıb. Yəni, videogörüntüdəki divan əslində məktəb direktorunun otağındadır. Xalidə Bayramova uşağı danışdıraraq dediklərini görüntüləməyə çalışıb. Mənbə deyir ki, məqsəd uşağın ailəsindəki problemlər ucbatından intihar etdiyini göstərmək olub. Elə Elinaya verilən suallar da deyilənləri təsdiqləyir. Belə ki, Xalidə Bayramova yeniyetmədən anasıyla nə vaxt dalaşdığını, münasibətlərinin necə olduğunu və s. soruşur.
 
 Başqa bir mənbə isə iddia edir ki, sosial şəbəkələrdə yayımlananlar videonun tam versiyası deyil. Xalidə Bayramova çəkdiklərinin yalnız bir qismini uşağın yaxınlarına təqdim edib, sonradan kimlər tərəfindənsə müəyyən görüntülər yayımlanıb.
 
 Məktəb yetkilisinin sözlərinə görə, təcili yardım zəhərlənmə adıyla çağırılıb. Bu faktı Elina Hacıyevanın anası da deyir. Üstəlik hadisədən 2 saat sonra. Hadisə 9 radələrində baş versə də, təcili yardıma çağırış 11:04-də olub.
 
 “Həmin çağırış saat 11:06-da həkimə ötürülüb və təcili tibbi yardım xidməti 11:12-də artıq ünvana yetişib. 11:36-da isə həmin şəxs xəstəxanaya çatdırılıb," – 
Səhiyyə Nazirliyinin məlumatında belə deyilir.
  Yəni 2 saat ərzində uşağın intihar səbəblərinin yönünü dəyişməyə çalışıblar.
  Artıq sosial şəbəkələrdə Xalidə Bayramovanın adı hallanır. Hətta müğənni Röya belə paylaşımında onun adını çəkir.
 
 İki ay əvvəl bu 
məktəb direktoru bir köçkün ailəsi ilə insident yaşayıb. Hətta valdeyni hədələyib.
 Ötən il isə daha bir məktəbli qız ilə Sevinc Abbasova arasında 
problem olub. Bu dəfə də direktorun yeniyetməni təhqir etməsi, aşağılaması müzakirə mövzusudur.





Elina ilə bağlı xəbərlər

“Elinanın telefonundan nömrəni çıxarıb votsapı siliblər” - Anası

İntihar edən Elinanın 11-ci sinif şagirdi olan oğlan dostu ilə GÖRÜNTÜLƏRİ YAYILDI - AMMA YALAN!

Elinayla dostluq etmək qadağan olunurdu - Rəfiqəsi susmadı

Elinanın atası: "Övladımın ölümünü şoulaşdırmasınlar" - MÜSAHİBƏ

Elinanın ölümü haqda ŞOK: Qanını yuyub direktorun otağına aparıblar

Elinanın anası yayılmış videodan danışdı: “O mənim qızım deyil”

"O oğlan..." - Elinanın anası qızının Hüseynlə münasibətindən DANIŞDI

Elinanın xalasıqızından ŞOK SÖZLƏR: 11-Cİ SİNİF ŞAGİRDİ onu arxadan vuraraq...

Elinanın ölmədən öncə yazdığı, ürəkdağlayan İNTİHAR məktubu üzə çıxdı - Qəbrimin üstünə gəlməyin