Qadın / Kriminal

Bakıda dəhşət — Rayondan gələn ata əxlaqsızlıq edən qızını bıçaqladı

Banu. | 29-01-2019, 16:33
293 0

Bakıda qızını yüngül həyat tərzi keçirdiyi üçün qətlə yetirməkdə təqsirləndirilən İlqar Qurbanovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

AzadQadin.az olke.az-a istinadən xəbər verir ki, İlqar Qurbanov barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Rahib Salmanovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
Qeyd edək ki, hadisə ötən ilin iyun ayında Yasamal rayonu Həsən Bəy Zərdabi küçəsində baş verib. Masallı rayon Boradigah kənd sakini, 57 yaşlı Qurbanov İlqar Paşa oğlu rayondan gələrək metronun 20 yanvar stansiyasının yaxınlığında qızı 27 yaşlı Aysel Məmmədli ilə görüşüb. Onlar söhbət edərək yaxınlıqdakı binanın həyətinə daxil olub. İ.Qurbanov qızı ilə mübahisə edib. Mübahisəyə səbəb kimi o qızının əxlaqsız həyat tərzini əsas göstərib. Buna görə də, İ.Qurbanov bıçaqla qızının döş qəfəsi, boğaz və qarın boşluğu nahiyələrinə bir neçə zərbə vurub. A.Məmmədli hadisə yerində çoxlu qan itirərək dünyasını dəyişib. Ərazidən uzaqlaşmayan İ.Qurbanov həmin ünvana gələn Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarına təslim olub.

AzadQadin.az

Bu xəbərləri də oxuyun:

Zorla istəmədiyinə verilən 16 yaşlı qız nişan günü elə bir hərəkət etdi ki... - Azərbaycanda ŞOK

Xəyanəti sevən, bacısının sevgilisi ilə eşq yaşayan cazibədar aktrisa – FOTOLAR

Tələbələrə və valideynlərən səhər-səhər şad xəbər: Üç təbəqədən olan vətəndaşların təhsil haqlarını dövlət ödəyəcək

Azərbaycanlıları məhv edən yağ – Bütün dükanlarda satılır, amma xərçəng yaradırmış

İllərdir bel ağrısından əziyyət çəkirdi, təsadüfən tapıldı, istifadə edən xilas olur!