Qadın / Kriminal

"Qoca"-nın yanında Fədayə Laçın olmayıb- Yeni xəbər

Banu. | 31-10-2017, 11:15
1 807 0

Müğənni Fədayə Laçın (Məmmədova Fədayə Baris qızı) mütəşəkkil dəstənin üzvü kimi "Qoca" ləqəbli dustaq Etibar Məmmədovun həbsdən qaçmasına yardım etməkdə ittiham olunur.
AzadQadin.Az xəbər verir ki, bu barədə Report-a hüquq-mühafizə orqanlarından bildirirlib.
Müğənni barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Fədayə Laçın barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Məhkəmə istintaqı zamanı günahı sübuta yetiriləcəyi təqdirdə Fədayə Laçını iki ildən altı ilədək müddətdə azadlıqdan məhrumetmə cəzası gözləyir.
Xatırladaq ki, Bakı-Astara-Bakı qatarında xüsusi təyinatlı vaqonla paytaxta gətirilən məhbuslar Əli Ağami və Etibar Məmmədov qaçıblar. Qəsdən adam öldürmədə təqsirləndirilən Ə.Ağami və E.Məmmədovun cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılır. Ötən həftə dövlət ittihamçısı onların hər birinin ayrı-ayrılıqda 19 il müddətə azadlıqdan məhrum edilməsini istəyib. Hər iki şəxs oktyabrın 22-də gecə Lənkərandan Bakıya qatarla gətirilib. Oktyabrın 23-də səhər saatlarında Biləcəri stansiyasında E.Məmmədovla Ə.Ağami qatardan düşürülən zaman qaçıblar. Təqsirləndirilən şəxslər Bakı İstintaq Təcridxanasına aparılırmış.
Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 304.2.1 və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanmaqla istintaq qrupu yaradılıb, Bakı-Astara-Bakı qatarında xüsusi təyinatlı vaqonda məhbuslara nəzarət edən qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanov saxlanılıb və məhkəmənin qərarı ilə onların barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. Daha sonra Ə.Ağami Şirvan şəhərində tutularaq istintaqa təlvil verilib.

Bu xəbərləri oxuyun

Fədayə Laçının sevgilisi "Qoca" ilə səmimi fotosu yayıldı-Foto

Övladını faciəvi şəkildə itirən, 3 dəfə ailəsi dağılan Rafiq Hüseynovun "İkinci bahar"ı

Fədayə avtoritetləri həbsdən necə qaçırdı? - Yeni dəhşətə gələcəyiniz detallar- Film kimi olay

Zaur və Günay cütlüyü ilk dəfə hər kəsdən gizlətdikləri qızının üzünü göstərdi - Ozəl foto


***

Qaçan məhbuslara yardım etməkdə şübhəli bilinən tanınmış müğənni Fədayə Laçın həbs edilib. 

AzadQadin.Az xezerxeber.az-a istinadən xəbər verir ki, Məmmədova Fədayə Baris qızı oktyabrın 23-də Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməkdə təqsirləndirilir. 
Fədayə Laçın həmin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 
Bəzi məlumatlara görə, Fədayə Laçın qaçan məhbuslardan Etibar Məmmədovun yanında olub. Belə ki, Etibar Məmmədov oktyabrın 23-də qatardan qaçdıqdan sonra Ağstafaya gedib. O, Ağstafa ərazisindən keçərək qeyri-qanuni yolla ölkədən qaçmaq istəyib. Bu məqsədlə Ağstafa rayonunun Poylu qəsəbəsinə gəlib. O, taksi ilə qəsəbəyə gələn zaman maşında bir nəfər qadın da olub. Gecə saatlarında Qəsəbədə Kür çayının üzərində yerləşən körpüdən keçən zaman polis əməkdaşları tərəfindən maşın saxlanılıb. Polis əməkdaşları taksi sürücüsünün sənədlərini yoxladıqdan sonra sərnişinlərdən birinin özünü şübhəli apardığını görüblər. Bu zaman polis əməkdaşları Etibardan sənədlərini istəyiblər.
Bu vaxt taksi sürücüsü maşını sürətlə əks istiqamətə sürərək hadisə yerindən qaçıb. Polis əməkdaşları qaçan maşını təqib ediblər. Sürücü maşını rayonun mərkəzi hissəsinə, oradan da Poylu kəndinə doğru sürüb. Ara yollardan birində dalana girdiyindən yolu davam etdirə bilməyib və maşını saxlayıb. Bu zaman Etibar maşından düşərək qaçmağa başlayıb. Polis əməkdaşları sürücü və qadını saxlasalar da, Etibar Məmmədov meşəlik əraziyə qaçaraq izini itirib.
Hazırda həmin ərazidə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən axtarış aparılır. Sürücü və qadın həmin gün Bakıya gətiriliblər. Məlumata görə, həmin qadın müğənni Fədayə Laçındır. Müğənni Fədayə Laçının məhbusların qaçmasında təqsirli bilinərək saxlanılması rəsmi şəkildə təsdiqlənib. Lakin Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov ''Xəzər Xəbər''ə açıqlamasında bildirdi ki, Ağstafa rayonunda Etibar Məmmədovun yanında Fədaya Laçın yox, Günay Atakişiyeva adlı qadın olub.
Eldar Sultanov bildirdi ki, məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: