Qadın / Kriminal

Bələdiyyə sədrini və həyat yoldaşını öldürən şəxsə ən ağır cəza tələb edildi

Banu. | 6-10-2016, 19:37
650 0

 
Bakı Ağır Cinayətlər Məhkəməsində Saray qəsəbəsi bələdiyyəsinin sədri Vəsilə Əbilhəsənovanı və onun həyat yoldaşı Vəfadar Əbilhəsənovu öldürməkdə təqsirləndirilən Fədai Hüseynovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib. Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror F.Hüseynovun ömürlük azadlıqdan məhrum edilməsini istəyib. Təqsirləndirilən şəxsin vəkili çıxış üçün vaxt istəyib. 

Məhkəmənin növbəti prosesi oktyabrın 13-nə təyin edilib.

Qətl hadisəsi keçən il iyul ayının 8-də Saray qəsəbəsində baş verib. Bələdiyyə sədri, 39 yaşlı Vəsilə Həsənova və həyat yoldaşı Vəfadar Həsənov amansızlıqla qətlə yetirilib. Araşdırmalar zamanı qətlin Fədai Hüseynov tərəfindən törədildiyi məlum olub. 35 yaşlı F.Hüseynov ailəyə çox yaxın şəxs olub. Ev və torpaq alqı-satqısı ilə məşğul olan F.Hüseynov gecə saatlarında Həsənovların evinə gəlib və mübahisə zəminində  V.Həsənovanı kəsici, onun həyat yoldaşını isə odlu silahla qətlə yetirib.