Qadın / Kriminal

Şəkidə polis paltarı geyinmiş qadın tutulub

Banu. | 26-04-2016, 20:08
3 482 6

 

Şəki polisi şəhər ərazisində polis geyimində şübhəli gəzən şəxsi saxlayıb. Saxlanılan 18 yaşlı xanım isə əməlini bilmədən etdiyini bildirib. 

Şəki ŞRPŞ-nin əməkdaşları şəhərin Məhəmmədəmin Rəsulzadə prospektində xidməti vəzifələrini yerinə yetirərkən, polis formasında olan bir xanım onların diqqətini cəlb edib. İlk olaraq şübhəli şəxs özünü Bakı şəhər polis bölmələrindən birinin əməkdaşı kimi təqdim edib. Ondan xidməti vəsiqə istənildikdə vəsiqəni təqdim etməkdən imtina edib. Daha sonra polis nəfərləri şübhəli şəxsi polis şöbəsinə gətirib. Dindirilmə zamanı həmin şəxsin Bakı sakini 1998-ci il təvəllüdlü Əfəndiyeva Sahilə İbrahimxəlil qızı olduğu müəyyən olub. 

Saxlanılan şəxs paltarı dükandan aldığını və əməlindən peşman olduğunu dilə gətirib. Faktla bağlı Şəki ŞRPŞ-də araşdırmalar aparılır.(Region TV) 

 


guluz.ilahe | 27 aprel 2016 08:50 | Status: Qonaq | Şərh: 0
Bu indi Bakidan Sekiye gedibki orda bunu bilen olmazda. Agili artdiqca niye bu qizin agli bu qeder inkisaf edir onu anlamaq lazimdir. Cunki yas uste yas gelende adeten agilda inkisaf etmelidir.
dılay | 26 aprel 2016 23:36 | Status: Brilliant user | Şərh: 8 184
Hele qanmir da uwaqdIr ,bilmiyib..
Daw bawIna duwsun..
Hali | 26 aprel 2016 23:31 | Status: VİP user | Şərh: 484
Hec 18 yawa oxwamir.ne biydadi bu...qizdaki ferasete bax ...
B.Fereh | 26 aprel 2016 22:32 | Status: Nəzarətçi | Şərh: 6 976
18 yawi var haaa...menim nenem bunnan cavan gorunur.Uzden de duz emelli birine oxwamir.
O paltarlari satiwdan yigiwdirmaq lazimdir,polis uniformalaridi,herbici geyimleridi.Noldu ele her yerinnen duran gedib alib geyinecek,aglina yerleweni edecek?Cox tehlukeli dovrdu hal hazirda.Kecen defe de bir gurcustanli tutdular,cibinde metro planlari filan.Allah bilir ne planlawdirirmiw.Ona gore nezaret elesinler,bu paltarlari her ite qurda satmasinlar,satanlari cezalandirsinlar.
ESMERRi | 26 aprel 2016 22:31 | Status: Brilliant user | Şərh: 5 379
Nə məqsədi varmış görəsən???
18 yaşdan yaşlı görsənir amma..
SEVDA | 26 aprel 2016 20:32 | Status: Nəzarətçi | Şərh: 17 441
Budur 18 yawlı qız.atbalaxanıma oxuyur ki bu...uwaqda ferasete bax eee