Qadın / Kriminal

Qardaşı onu zorlamaq istəmişdi... - Anası isə ən ağır cəza tələb etdi

Banu. | 18-02-2016, 12:24
3 481 9

 

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində onu zorlamağa cəhd edən qardaşını qətlə yetirməkdə təqsirləndirilən Qusar rayon sakini, 1997-ci il təvəllüdlü Alyona Baxışovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Ramella Allahverdiyavanın sədrliyi ilə keçirilən prosesdə məhkəmə iştirakçıları çıxış edib.

Dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən Alyona Baxışovanın 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Təqsirləndirilən şəxsin hüquqi varisi, anası Bacıxanım Baxışova çıxış edərək qızı Alyonaya ən ağır cəzanın verilməsini istəyib.

Məhkəmə prosesi fevralın 25-nə təyin edilib. Növbəti prosesdə hökm oxunması gözlənilir.

Alyona Baxışova məhkəməyə ilk ifadəsində deyib ki, qardaşı zoofil olub. Bunu anası Bacıxanım Baxışova da etiraf edib. 17 yaşlı Alyona bildirib ki, gecə saat 4-də qardaşı onun otağına girib, cinsiyyət orqanını ona göstərək onu zorlamaq istəyib. Alyona həyətı qaçıb, qardaşı da arxasınca gəlib. Bu zaman tövlədən baltanı götürüb onu vurub. Sonra həyətdə yer qazaraq qardaşını basdırıb.

Qətlə yetirdiyi qardaşı Baxışın telefonunu isə götürərək anasına işləmək üçün əsgər yoldaşının yanına getməsi barədə mesaj yazıb. Bir müddət sonra telefon evdən tapılıb.

Alyona Baxışova qətldən 7 ay sonra qardaşını basdırdığı yerdən su keçdiyi üçün onun yerini dəyişib. Evdən uzaqda yerləşən bostanda yer qazıb. Gecə saat 5-də qardaşının meyitini basdırdığı yerdən çıxarıb. Onun cəsədi arabaya sığmadığı üçün baltayla qollarını və qıçlarını doğrayıb. O, Baxışı bostanda qazdığı yerdə basdırarkən kiçik qardaşı bunu görüb. Alyona ona pomidor əkdiyini deyib. Bir müddət sonra ordan iy gəldiyini görən kiçik qardaşı Rafiq həmin yeri qazıb və sümüklər çıxıb. Bundan sonra Alyona saxlanılıb.

Qeyd edək ki, hadisə 2014-cü ildə Qusar rayonun Rəcət kəndində baş verib. Alyona Baxışova Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilir."Qafqazinfo"




B.Fereh | 18 fevral 2016 23:22 | Status: Nəzarətçi | Şərh: 6 975
Sitat: kiraz mevsimi
Sitat: dılay
Bu xebere werh yazmaqdan yoryldum .

Sozun heqiqi menasinda iyrendim men bu xeberi oxuyanda..

mende vallah.Her defe de bu mundar teferruatlari yazmagin ne menasi var anlamiram.
Real Madrid CF | 18 fevral 2016 17:40 | Status: Qonaq | Şərh: 0
Sitat: dılay
Bu xebere werh yazmaqdan yoryldum .

Sozun heqiqi menasinda iyrendim men bu xeberi oxuyanda..
Hali | 18 fevral 2016 16:46 | Status: VİP user | Şərh: 484
Allah uzaq elesin
dılay | 18 fevral 2016 15:54 | Status: Brilliant user | Şərh: 8 183
Bu xebere werh yazmaqdan yoryldum .
Ay_Sun | 18 fevral 2016 15:38 | Status: Brilliant user | Şərh: 13 408
Sitat: Cicim İncim
Nə yazım bilmirəm ...Hansını qınayım...
Dünyanın sonuna yaxınlaşırıq...
SEVDA | 18 fevral 2016 15:16 | Status: Nəzarətçi | Şərh: 17 439
Allah uzaq eləsin belə ailələri....
Cicim İncim | 18 fevral 2016 13:36 | Status: Gümüş user | Şərh: 2 456
Nə yazım bilmirəm ...Hansını qınayım...
Dünyanın sonuna yaxınlaşırıq...
Janna_1994 | 18 fevral 2016 13:03 | Status: Şərhçi | Şərh: 499
Kul ele qardawin bawina qeribe ailediler
ESMERRi | 18 fevral 2016 12:38 | Status: Brilliant user | Şərh: 5 378
Hamsı elə eyni ağılda imiş .Buda axırları