Qadın / Kriminal

Anası və qardaşı 17 yaşlı qızdan imtina etdi…

Banu. | 12-02-2016, 08:47
2 713 8

 

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə qardaşını qətlə yetirməkdə təqsirləndirilən 1997-ci il təvəllüdlü Alyona Baxışovanın cinayət işi üzrə məhkəmə prosesi davam edib. Prosesdə ifadələr elan olunub. Bu zaman Alyona Baxışova cinayəti etiraf edib və məhkəməyə verdiyi ifadəni təsdiq edib. 

Qeyd edək ki, Alyona Baxışova ilkin baxış iclasında ifadə verən zaman hadisəni nəql edib. O, qardaşını tək öldürdüyünü demişdi. Sonrakı iclaslarda isə Alyona Baxışova ifadəsini dəyişərək cinayətin qonşuluqda yaşayan Ələsgər Səlimov tərəfindən törədildiyini demişdi. Məhkəməyə dəvət olunan Ələsgər Səlimov isə ruhi xəstədir. Bununla bağlı tibbi arayış verib.

"Gecə saat 3-4 olardı, otağıma girib üstümə cumdu"

Alyona Baxışova məhkəməyə ilk ifadəsində  ittiham üzrə özünü təqsirli bilib və qardaşı Baxış Baxışovun ona əxlaqsız təklif elədiyini, bu səbəbdən onu balta ilə öldürdüyünü demişdi: "Atam biz uşaq olanda rəhmətə gedib. Ata nənəm, anam, iki qardaşımla birgə yaşayırıq. Baxış hamımızdan böyük idi. Əsgər gedib gəlmişdi. Ortancıl uşağam, məndən də balaca Rafiq adlı qardaşım var. Ailədə hər zaman səs-küy olurdu. Baxış hərbi xidmətdən gələndən sonra tez-tez mənə sataşırdı. Ağlına gələni deyir, təhqir edir, vururdu. Bu barədə anama məlumat vermişdim".

Təqsirləndirilən şəxs ifadəsinin bu yerində qardaşının zoofiliyaya meylli olduğunu və bunu iki dəfə gördüyünü, hətta anasının da buna görə oğlunu tənbehlədiyini bildirib (A.Baxışova ifadəsində bu məqamla bağlı detalları açıq şəkildə nəql etsə də, etik baxımdan dediyi kimi vermək mümkün deyil).
Alyona Baxışova deyib ki, hadisədən sonra qardaşı ilə münasibətləri daha da pisləşib. "Məni tez-tez döyməyə başladı. Təhqir edirdi. Hadisə günü gecə hamı yatmışdı. Öz otağımdaydım. Saat 3-4 arası olardı. Otağıma girdi. Üstümə cumdu. Əlini saçlarıma atdı. Karnizin dəmiri ilə onun başına zərbə vurdum. Həyətə qaçdım. Dalımca gəldi. Gizləndim. Amma tapdı. Gözləri çönmüşdü. Odun olan yerdən baltanı götürdüm. Qorxmuşdum. O üzərimə gələndə balta ilə başına iki zərbə vurdum. Yerə yıxıldı. Bir anlıq ayıldım. Bilmədim, neyləyəm. Həyətin küncündə yeri qazıb onu basdırdım. Yer qan olmuşdu. Yarım saat ərzində onu basdırdım. Əynimdəki paltarı çıxarıb yandırdım. Telefonu məndə idi. Baxışın nömrəsi ilə nənəmə mesaj yazdım ki, SDK-da işləməyə getmişəm. Davamlı olaraq hər gün mesaj yazırdım. Anam, nənəm polisə itkin düşməklə bağlı ərizə yazmışdı. Hadisədən 7 ay keçdi. Baxışı basdırdığım yerdən su keçirdi. Onu daha uzaq bir yerə basdırmalıydım. Evdən xeyli uzaqda bostan sahəmiz vardı. Orada yer qazdım. Hava qaralandan sonra qonşudan aldığım araba ilə onu birinci basdırdığım yerdən çıxardım. Arabaya yerləşsin deyə, ayaqlarını və qollarını kəsdim. Onu birtəhər aparıb orda basdırdım. Bu vaxtı məni balaca qardaşım Rafiq gördü. Rafiqə dedim ki, pomidor əkirəm. Bir müddət vaxt keçdi. Baxışın telefonu evdə tapıldı. Artıq məndən şübhələnmişdilər. Nənəmlə Qusara getmişdim. Sahə inspektoru Rövşən müəllim gəlib məni tutdu. Baxışı öldürmək niyyətim yox idi. Özümü qorumaq istəyirdim. Üstümə gəlirdi. Özümü müdafiə edirdim".- deyə Alyona ifadəsində deyib.

"Qızım özbaşınalıq edirdi"

Zərərçəkmişin hüquqi varisi qismində anası Bacıxanım Baxışova ifadə verib. O, ifadəsində oğlunun günahı olmadığını deyib: "Ərim öləndən sonra onları çətinliklə böyütmüşəm. Onlara həm ata, həm də ana olmuşam. Alyonanın hərəkətləri heç xoşuma gəlmirdi. Özü üçün yaşayırdı. Özbaşınalıq edirdi. Özü yemək bişirib, özü yeyər, bizi saymazdı. Dilim qurusa, bir çay istəsəm, onu da gətirməzdi ki, öz ayağın var, get gətir. Özbaşına Qusarın özünə, toya gedirdi. Bir də gördün gecənin bir yarısı evə gəlirdi. Eyni evdə ayrı respublikada yaşayırdı. Oğlum Baxış sakit, ağıllı uşaq idi. Əsgərlikdən fəxri diplomla gəlmişdi. Fəhlə işləyirdi. Qazandıqlarının hamısını evə gətirirdi. Alyona ilə yola getmirdi. Alyonanın özbaşınalığı ona pis təsir edirdi. Alyona qoyunları naxıra aparırdı. Buna görə dəfələrlə dalaşıblar. Mən də Alyonaya deyirdim ki, qoyuna getmə, qız uşağısan. O, bizi saymırdı. Yaddaşım zəifdi, pullarımı oğurlayırdı. Dəfələrlə üstümə bıçaqla gəlib, məni döyüb".

"Oğlunun manyak olduğunu öz gözünlə görmüsən"

Bu zaman Alyona Baxışova yerindən müdaxilə edib: "Yalan danışma, anamsan, amma haqqıma girmə. Oğlunun manyak olduğunu öz gözünlə görmüsən. Oğlunu öldürdüm deyə, mənə acıqlı olub, şər atma burda. Mən nə vaxt tək Qusara getmişəm? Məktəblə, müəllimlərimlə getmişəm. Qoyuna ona görə gedirdim ki, sənin oğlun getmirdi. Allahın olsun. Mənə çörək vermədiyin günlər olub. Çörəyi qonşumuz Sənubər xaladan alırdım. Mənə tezliklə atamın yanına getməyimi arzulayırdım, qarğışlar edirdin. Baxışı özün deyirdin ki, döy, nə tez çıxdı yadından. Mən səni nə vaxt döymüşəm, niyə yalan danışırsan, adam anasını döyər? Göydəki baxır axı, yalan danışma".

B.Baxışova hadisə günü ilə bağlı da ifadə verib: "Gecə yatmışdıq. Səhər durdum, Baxışı soruşdum. Dedilər, yoxdur. Sonra Alyona dedi ki, nənəmə mesaj yazıb ki, SDK-ya işləməyə gedib. Əsgər yoldaşıgildə qalır. Təəccübləndim. Çünki məndən xəbərsiz o, heç yerə getməzdi. Polisə məlumat verdik. Üstündən 7-8 ay keçəndən sonra telefon evdən tapıldı. Ondan 10-15 gün sonra balaca oğlum Rafiq sümüklərini bostandan tapdı. Alyonanın öldürdüyü ortaya çıxdı. Allah onun bəlasını versin, mənim gül kimi oğlumu öldürdü. Üzünü belə görmək istəmirəm. Ömürlük həbs edin. Bir də çölə çıxmasın. Övladlıqdan silmişəm onu".

Bundan sonra o, hakim və prokurorun suallarına cavab verib. Suallara cavab olaraq qeyd edib ki, Alyonanın hansısa bir oğlanla danışdığını, görüşdüyünü, hər hansı bir ədəbsiz hərəkət etdiyini görməyib. Hakim bildirib ki, tibbi ekspertizada A.Baxışovanın heç kimlə cinsi münasibətdə olmadığı təsdiqlənib.

"Mənim Alyona adlı bacım yoxdur"

Daha sonra Alyona Baxışovanın qardaşı Rafiq Baxışov ifadə verib. O, ifadəsində qardaşının sümüklərini torpaqdan tapdığını deyib: "Qardaşım sakit təbiətli idi. Aramızda ciddi bir problem olmayıb. Bacımla son zamanlar yola getmirdi.  Dalaşırdılar. Qardaşımın pis bir hərəkətini görməmişəm. Bir gün Alyonanın bostanda axşamçağı yeri bellədiyini gördüm. Soruşdum, pomidor əkdiyini dedi. Bir müddət keçmişdi. Bostanda gəzəndə qəribə iy gəldi. Torpağı qazdım, yerdən sümüklər tapdım. Polisə məlumat verdim. Məlum oldu ki, bu sümüklər qardaşımındır.  Mənim Alyona adlı bacım yoxdur. Onunla danışmaq, bir də üzünü görmək istəmirəm. Lənət olsun".  
Ailənin qonşusu Sənubər Tayibova ifadəsində bu ailənin səs-küylü olduğunu deyib: "Evlərində həmişə dava-dalaş olurdu. Ona görə heç kim onların işlərinə qarışmırdı. Alyona özünə qapanıq qız idi. Heç kimlə işi olmazdı. Onun kiminləsə gəzdiyinə, görüşdüyünü eşitməmişəm. Anaları Bacıxanım çox danışır. Ağzının danışığını bilməz. Dəfələrlə onunla küsmüşük. Olub ki, uşaqlara yemək verməyib, qız gəlib, mən çörək vermişəm. Bir dəfə mənim qızımın nişanı idi. Uşaqların nənəsi bizdə idi. Baxış içib piyan olmuşdu. Bağda ağzına gələn söyüşləri söyürdü. Ailə bir az səs-küylü olduğundan işlərinə qarışmırdım".

Qeyd edək ki, hadisə 2014-cü il Qusar rayonu Rəcət kəndində baş verib. 1997-ci təvəllüdlü Alyona Baxışova qardaşı 1993-cü il təvəllüdlü Baxış Baxışovu qətlə yetirib. Hadisədən 8 ay sonra Alyona Baxışova şübhəli şəxs qismində saxlanıb və barəsində Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb.

Rəşad VAQİFOĞLU

 



guldeniz | 12 fevral 2016 21:58 | Status: Professional user | Şərh: 1 641
Sitat: ESMERRi
Sitat: B.Fereh
Ay arvad,sen ne ata ola bilmisen bu uwaqlara ne ana, bostan muqevvasi sennen yaxwidi,yene bir iwe yarayir.Dehwetdi vallah,oxudum mat qaldim!Ailenin temelinde problem olub,oglan manyak olub olmayib hec kim deqiq bilmir,ancaq qiz bu hereketiynen yuz faiz manyak oldugun subut eledi.Bu vehwiliyi adi adam hec vaxt toredenmez,bir cox kiwinin bele urek elemediyi bir cinayetdi. Bu qiz tekbawina gor neler edib....
ESMERRi | 12 fevral 2016 18:23 | Status: Brilliant user | Şərh: 5 379
Sitat: B.Fereh
Ay arvad,sen ne ata ola bilmisen bu uwaqlara ne ana, bostan muqevvasi sennen yaxwidi,yene bir iwe yarayir.Dehwetdi vallah,oxudum mat qaldim!Ailenin temelinde problem olub,oglan manyak olub olmayib hec kim deqiq bilmir,ancaq qiz bu hereketiynen yuz faiz manyak oldugun subut eledi.Bu vehwiliyi adi adam hec vaxt toredenmez,bir cox kiwinin bele urek elemediyi bir cinayetdi. Bu qiz tekbawina gor neler edib....
GULYA-N | 12 fevral 2016 16:02 | Status: VİP user | Şərh: 759
Esil heqiqeti tekce Allah biler.Amma mence qız düz danışır o biriler ise yox.Düzgün olmayan terbiyenin acı sonuda bele olurda.Övladın biri torpağa digeri cavan qız uşağı türmeye.Allah balamızdan uzaq etsin çox çetin meseledir adam deli olar
Ay_Sun | 12 fevral 2016 15:25 | Status: Brilliant user | Şərh: 13 409
Sitat: SEVDA
Anormal ailədən bundan artıq nə gőzləmək olar....

Duzdur bacim
SEVDA | 12 fevral 2016 13:40 | Status: Nəzarətçi | Şərh: 17 441
Anormal ailədən bundan artıq nə gőzləmək olar....
dılay | 12 fevral 2016 12:43 | Status: Brilliant user | Şərh: 8 184
Bu cinayet iwi cox uzandI...
BULUTUM | 12 fevral 2016 11:21 | Status: Professional user | Şərh: 7 388
Sok oldum sonrada tok oldum..Nece aileler var.
B.Fereh | 12 fevral 2016 10:42 | Status: Nəzarətçi | Şərh: 6 976
Ay arvad,sen ne ata ola bilmisen bu uwaqlara ne ana, bostan muqevvasi sennen yaxwidi,yene bir iwe yarayir.Dehwetdi vallah,oxudum mat qaldim!Ailenin temelinde problem olub,oglan manyak olub olmayib hec kim deqiq bilmir,ancaq qiz bu hereketiynen yuz faiz manyak oldugun subut eledi.Bu vehwiliyi adi adam hec vaxt toredenmez,bir cox kiwinin bele urek elemediyi bir cinayetdi. Bu qiz tekbawina gor neler edib....