Qadın / Kriminal

Qardaşını öldürməkdə təqsirləndirilən gənc qız: "Onu mən yox, qonşumuz qətlə yetirib"

Banu. | 4-02-2016, 16:05
1 487 7

 
 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qardaşını öldürməkdə təqsirləndirilən Qusar rayon sakini, 1997-ci il təvəllüdlü Baxışova Alyona Fazil qızının cinayət işi üzrə məhkəməsinin növbəti iclası keçirilib.

Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən iclasda A.Baxışova qardaşını öldürmədiyini deyib.

O, ilkin istintaq zamanı verdiyi ifadədən imtina edib, qardaşını öldürməklə bağlı ifadəni təzyiq altında verdiyini bildirib: "Qardaşımı mən öldürməmişəm. Onu qonşumuz Ələsgər Səlimov qətlə yetirib".

Prosesdə A.Baxışovanın ittiham etdiyi Ələsgər Səlimov da iştirak edib. Lakin Ə.Səlimov məhkəmə heyətinin ona ünvanladığı suallara cavab verməyib, sadəcə susaraq dayanıb.

Məhkəmənin növbəti prosesi fevralın 11-nə təyin edilib.

Qeyd edək ki, ittiham aktına əsasən, hadisə 2014-cü ildə Qusar rayonunun Lecet kəndində baş verib. İttiham aktına əsasən, A.Baxışova qardaşı Baxış Baxışovu qətlə yetirib. A.Baxışova ilkin ifadəsində bildirib ki, qardaşı təcavüz etmək niyyətində olduğu üçün onu balta ilə vurub. A.Baxışova qardaşını öldürdükdən sonra basdırıb. Hadisədən yeddi ay keçəndən sonra meyiti çıxarıb başqa yerdə dəfn edib. Cinayət işinin üstü isə B.Baxışovun telefonundan ailə üzvlərinə gələn mesajdan sonra açılıb. Mesajın A.Baxışova tərəfindən yazıldığı məlum olub. O, polis əməkdaşları tərəfindən saxlanılıb. A.Baxışova ilkin istintaq zamanı qardaşını öldürdüyünü bildirib.

O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur."Report"


Ay_Sun | 7 fevral 2016 01:26 | Status: Brilliant user | Şərh: 13 408
Sitat: SEVDA
Allah bilir düzünü...

Duzdur
SEVDA | 6 fevral 2016 14:55 | Status: Nəzarətçi | Şərh: 17 439
Allah bilir düzünü...
ESMERRi | 4 fevral 2016 20:08 | Status: Brilliant user | Şərh: 5 378
Sitat: BULUTUM
Qar qarisiq meseledi.Werh yazmaqda istemirem.Qaranliq meqamlar var.
B.Fereh | 4 fevral 2016 19:01 | Status: Nəzarətçi | Şərh: 6 975
Ozu oldurub,qonwu oldurub deyenmerem,ancaq bir qiz uwaginin,tek bacaracagi bir qetl deyil bu.
BULUTUM | 4 fevral 2016 17:14 | Status: Professional user | Şərh: 7 387
Qar qarisiq meseledi.Werh yazmaqda istemirem.Qaranliq meqamlar var.
dılay | 4 fevral 2016 16:33 | Status: Brilliant user | Şərh: 8 183
Sitat: kiraz mevsimi
Ayyy sok oldum qardasda hec bacisina qarsi bele iyrenc hereket eder lap yaxsi eliyib ele qiz qoy ders olsun digerlerine..

Bilmek olmaz belke qardawI gelib bunu o qonwu ile birlikde tutub,onlarda birlewib oglanI oldurubler. Duzunu Allah bilir.
Real Madrid CF | 4 fevral 2016 16:11 | Status: Qonaq | Şərh: 0
Ayyy sok oldum qardasda hec bacisina qarsi bele iyrenc hereket eder lap yaxsi eliyib ele qiz qoy ders olsun digerlerine..