Qadın / Kriminal

Sumqayıtda 69 yaşlı qadını qohumları öldürüblər

Banu. | 19-01-2016, 13:52
1 837 11

 
 

Qətl hadisəsini törədənlər arasında qadın da olub.

Qətl hadisəsini törədənlər arasında qadın da olub.

Sumqayıt şəhərində törədilmiş dəhşətli qətl hadisəsinin bəzi təfərrüatları məlum olub. 

Prokurorluq orqanlarından əldə edilmiş məlumata görə, 69 yaşlı Rəfiqə Ağayevanı öldürməkdə şübhəli bilinərək tutulanlar arasında onun qardaşı arvadı Şəhla Xəlfəyeva da var.

O, fakt üzrə istintaqa cəlb edilib və tutulub.

Bundan başqa, məlum olub ki, iş üzrə R.Ağayevanın tutulan qardaşı Şahbaz və qardaşı oğlu İslam Xəlfəyevin hər ikisi əvvəllər məhkum olunmuş şəxslərdir.
Hadisənin bacı ilə qardaş (həmçinin qardaşın ailəsi) arasında baş verən mülk mübahisəsi üstündə baş verdiyi də məlum olub.

Qeyd edək ki, hadisə ilə bağlı bu gün Baş Prokurorluq rəsmi açıqlama yayıb. Açıqlamada bildirilib ki, yanvarın 18-də Sumqayıt şəhəri, Ə.Vahid küçəsi, 39 saylı evin yaxınlığında üzərində zorakılıq əlamətləri olan naməlum qadın meyitinin aşkar edilməsi barədə daxil olmuş məlumat əsasında dərhal hadisə yerinə baxış keçirilməklə zəruri prosessual hərəkətlər yerinə yetirilib və faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Polis və prokurorluq orqanları tərəfindən həyata keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində meyitin Sumqayıt şəhər sakini, 1947-ci il təvəllüdlü Rəfiqə Ağayeva olması müəyyən edilib, həmçinin cinayətin Sumqayıt şəhər sakinləri, 1961-ci il təvəllüdlü Şahbaz Xəlfəyev və 1991-ci il təvəllüdlü İslam Xəlfəyev tərəfindən törədilməsində kifayət qədər əsaslar olduğundan onlar, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb ediliblər.

İstintaq zamanı R.Ağayevanın yanvarın 17-də saat 23 radələrində məişət zəminində aralarında yaranmış mübahisə zamanı qardaşı Şahbaz və qardaşı oğlu İslam Xəlfəyevlər tərəfindən küt alətlə çoxsaylı xəsarətlər yetirilərək qəsdən öldürülməsi müəyyən edilib.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, yanvarın 18-də Sumqayıt şəhəri, Ə.Vahid küçəsi, 39 saylı evin yaxınlığında üzərində zorakılıq əlamətləri olan naməlum qadın meyitinin aşkar edilməsi barədə daxil olmuş məlumat əsasında dərhal hadisə yerinə baxış keçirilməklə zəruri prosessual hərəkətlər yerinə yetirilmiş və faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. 

Polis və prokurorluq orqanları tərəfindən həyata keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində meyitin Sumqayıt şəhər sakini, 1947-ci il təvəllüdlü Rəfiqə Ağayeva olması müəyyən edilib, həmçinin cinayətin Sumqayıt şəhər sakinləri, 1961-ci il təvəllüdlü Şahbaz Xəlfəyev və 1991-ci il təvəllüdlü İslam Xəlfəyev tərəfindən törədilməsində kifayət qədər əsaslar olduğundan onlar, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunublar.

İstintaq zamanı R.Ağayevanın yanvarın 17-də saat 23 radələrində məişət zəminində aralarında yaranmış mübahisə zamanı qardaşı Şahbaz və qardaşı oğlu İslam Xəlfəyevlər tərəfindən küt alətlə çoxsaylı xəsarətlər yetirilərək qəsdən öldürülməsi müəyyənləşdirilib.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.//report


ESMERRi | 23 fevral 2016 12:11 | Status: Brilliant user | Şərh: 5 378
Sitat: ESMERRi
Nə gəlsə elə qohumdan gələr.
GULYA-N | 20 yanvar 2016 01:22 | Status: VİP user | Şərh: 759
Doğma insanlar pula mülke göre ne vehşiliklere el atırlar dünya ona görede dağılırda.Öz yaxınına nece el qaldırmaq olar anlamıram dehşetdir dehşet
Cicim İncim | 19 yanvar 2016 23:56 | Status: Gümüş user | Şərh: 2 456
Gora gedəndə heç kim özü ilə malını , mülkünü aparmır...2metr kəfən , vəssalam...O da hər adama qismət olmur...
Ay_Sun | 19 yanvar 2016 21:27 | Status: Brilliant user | Şərh: 13 408
Sitat: ESMERRi
Nə gəlsə elə qohumdan gələr.

Duzdur
BULUTUM | 19 yanvar 2016 19:54 | Status: Professional user | Şərh: 7 387
Iraq olsuunn..Dagil ey dunyaa dagillll...
ESMERRi | 19 yanvar 2016 17:20 | Status: Brilliant user | Şərh: 5 378
Nə gəlsə elə qohumdan gələr.
SEVDA | 19 yanvar 2016 15:36 | Status: Nəzarətçi | Şərh: 17 439
Bu da yaxın qohum...
Belə qohumu olmaz olsun....
dılay | 19 yanvar 2016 15:33 | Status: Brilliant user | Şərh: 8 183
Bir ananin qarnindan cixasan amma biri birine qenim kesilesen. Dehwet...
B.Fereh | 19 yanvar 2016 15:29 | Status: Nəzarətçi | Şərh: 6 975
Bawiniza daw duwsun,mulk ustunde gor ne vehwilik toredibler,siz olesiz gorunuza aparasiz olende.Indi gedin dovlet size mulk verdi,10 il filan iceride curuyesiz,inwallah.
Azeri Fidashka | 19 yanvar 2016 15:23 | Status: Şərhçi | Şərh: 734
bu dovrde atana bele guvenme
Real Madrid CF | 19 yanvar 2016 13:59 | Status: Qonaq | Şərh: 0
Allah rehmet elesin indiki dovrde hec kime etibar yoxduye dunya hara gedir bele..