Qadın / Kriminal

Yoldaşı tərəfindən anası öldürülən qadın: Anam yandırılan gün oruc idi - FOTOLAR

Banu. | 17-12-2015, 17:16
9 215 14
Yoldaşı tərəfindən anası öldürülən qadın: Anam yandırılan gün oruc idi - FOTOLAR



Sumqayıt Appelasiya Məhkəməsi Mehdiabadda qayınanasını öldürüb, evi yandıran Samux sakini Səbubi Babayevə qarşı cəzanı yüngüləşdirib.

Bu haqda keçmiş həyat yoldaşı tərəfindən anası qətlə yetirilən Aysel Rəsulova məlumat verib.

Onun dediyinə görə. Sumqayıt Apellasiya Məhkəməsində hakim Vidadi Cəfərovun sədriylə keçən iclasda məhkum Səbuhi Babayevin cəzası 18 il 6 aydan 13 il aya 6 endirilib və onun həbsxanda olmalı olduğu 2 il 6 ayı ləğv edilib: "Sumqayıtda baş tutan bu məhkəmə məni şoka saldı. Hakim Vidadi Cəfərov məhkumun cəzasını 6 il azaltdı. O prosesdə göstərilən Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) bəndi 120.1. Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə ilə əvəzləndi. Hakimin bu qərarı hər kəsi şoka saldı, hətta prokuror belə qərardan təəcübləndi. Çünki anamın cansız bədənində əks olanan xəsarətlər də fotolara birgə işdə var idi. Hətta ekspert tərəfindən də qeyd olunub ki, cinayətkarin bədənində xəsarət yox idi yani ki bu qarşılıglı dava olmayıb. Cinayətkar özü hakimin sualına cavab verərək bildirdi ki, anam ona hücum etməyib və əlində heç nə olmayıb. Hakim isə düşündü ki, anam sadəcə öldürüb, ona zülm verməyib. Sizcə bıçaq vurub öldürməklə insanı yandırmaq eyni şeydir? Mənim anama işkəncə verilib, sonra da meyidi yandırılıb. Hətta onu məsciddə yuyanda, dərisi soyulurdu"

Zərərçəkən Aysel Sultanova hakimdən şikayət edəcəyini də bildirib: "Mən hakimə deyəndə ki, siz ədalətsiz qərar vermisiz. Mənə cavabı belə oldu: "Sən bir keçmiş həyat yoldaşının sifətinə bax, gör o nə günə qalıb?" Sizcə bu ədalətli yanaşmadı? O adam mənim həyatımı məhv etdi, anamı əlimdən aldı. İndi də hakim deyir ki, ona yazığım gəlsin. Mən 2 ildir ki, hər gün ölüb-dirilirəm. İnanıram ki, Ali Məhkəmə ədalətli qərar verəcək və cinayətkar layiq olduğu cəzasını çəkəcək. Özü də bu adam daha öncə də məhkumluq həyatı yaşayıb, hakim nəyə görə onu bağışlayır, cəzasını yüngülləşdirir?".

Aysel anası haqda da danışıb: Anam 25 il idi ki, bağçada müəllimə işləyirdi. 50 illik yubileyində iş yoldaşları onu sürpriz hazırlamışdılar. Anamı hər kəs çox istəyirdi. Hətta baş daşını da iş yoldaşları qoydurdu. Mənə anamsız yaşamaq çox çətindir, kaş ki, həmin gün mən ölərdim, anam yox. Onu da deyim ki, anam qətlə yetirilən gün oruc idi. Allah cinayətkarın bəlasını versin.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Samux rayon sakini Səbuhi Babayevin (1988-ci il təv.) CM-nin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 186.2.1 (əmlakı qəsdən məhv etmə və ya zədələmə, zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 186.2.2-ci (əmlakı qəsdən məhv etmə və ya zədələmə, ağır nəticələrə səbəb olduqda) maddələrilə təqsirləndirilib.ö

Ötən il iyulun 26-da, saat 11 radələrində Səbuhi Babayev Abşeron rayonu, Mehdiabad qəsəbəsində salınmış yeni məhəllədə yerləşən, qayınanası Məlahət Rəsulovaya məxsus fərdi yaşayış evində sonuncu ilə arasında baş vermiş mübahisə zamanı onu evin yataq otağında olan kamoda 3 dəfə vurub sifət və boğaz nahiyələrinə xəsarətlər yetirib, nəticədə sonuncu aldığı xəsarətlərdən hadisə yerində keçinib. Hadisənin səhərisi günü Səbuhi Babayev Abşeron RPŞ-nin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

Təyin olunan məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Məlahət Rəsulovanın ölümünə boyun üzvlərinin əllə sıxılması nəticəsində baş vermiş mexaniki asfiksiya səbəb olub.

Aparılmış istintaqla müəyyən edilib ki, Səbuhi Babayev Samux rayonunda pasport qeydiyyatında olsa da təxminən 2 il yarımdır ki, iki ay əvvəl rəsmi nikaha daxil olduğu Aysel Rəsulova ilə birlikdə qayınanası Məlahətə məxsus evdə yaşayıb. 2014-cü il iyunun 1-də qız toyu olsa da, oğlan toyunu avqustun əvvəllərinə planlaşdırıblar. Oğlan toyunun təşkil edilməsinə etiraz etdiyindən onun qayınanası ilə münasibətləri pisləşməyə başlayıb. İyulun 26-da səhər arvadını “İçərişəhər” metrosunun yaxınlığında mühasib işlədiyi şirkətə aparandan sonra yaranmış anlaşılmazlıqları aydınlaşdırmaq məqsədilə yenidən evə qayıdıb və Məlahətlə mübahisə etməyə başlayıb.

Həmin vaxt toy Gəncə şəhərində olacağı təqdirdə özünə qəsd edəcəyini və evi yandıracağını deyən Rəsulovanın saçlarından və paltarından tutaraq onun boğaz nahiyəsini yataq otağında olan kamodun tininə vurub. Bunu eyni üsulla üç dəfə təkrar edib, üçüncü dəfə əlini Məlahətin saçından və paltarından buraxmayaraq onun boğaz nahiyəsini var qüvvəsilə kamodun küncünə vuraraq sıxıb.Bundan sonra sonuncu çarpayıya yıxılıb və hərəkətsiz vəziyyətdə qalıb.

Səbuhi Babayev cinayətin izlərini itirmək məqsədilə zirzəmidən 2 litr həcmli plastik qabda gətirdiyi neft məhsulunu otağa tökərək alışqanla yandırıb və şübhələri özündən yayındırmaq məqsədilə sonuncunun istifadəsində olan mobil telefondan arvadı Aysel Rəsulovanın telefonuna qayınanasının adından “qonşuyla dalaşdıq, polisə zəng vuracam” məzmunlu sms göndərib. Evi yandırdıqdan sonra “Nəriman Nərimanov” metrostansiyasının yanında Aysel Rəsulova ilə görüşüb, sonuncunun anasının onun mobil telefonuna mesaj göndərməsi səbəbindən narahat olması ilə bağlı evə getməsini müxtəlif bəhanələr gətirərək ləngidib.

Məlum olub ki, Səbuhi Babayev Məlahət Rəsulovaya məxsus evi içərisindəki əşyalarla birlikdə yandıraraq 16 832 manat dəyərində olan əmlakını qəsdən məhv edib.

Məhkəmə prosesində Səbuhi Babayev ittiham üzrə özünü qismən təqsirli hesab etməklə əməlindən peşman olduğunu bildirib.

Zərərçəkən Aysel Rəsulova anasının evdə öldüyünü artıq polis şöbəsində olarkən bildiyini göstərib. Ona məlum olub ki, anası əri Səbuhi tərəfindən qəsdən öldürülüb və sonra etdiyi cinayəti gizlətmək məqsədilə evi yandırıb. Zərərçəkən bildirib ki, Səbuhinin Məlahət Rəsulova ilə aralarında mübahisələri ev üstündə olub, belə ki, Babayev evi onun adına rəsmiləşdirməyi tələb edib, anası isə evi öz oğluna verəcəyini deyib.

Məhkəmədə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri, yəni Məlahət Rəsulovanı yaşadıqları evdə pilləkənə itələməsi, sonra boğaz nahiyəsinə əli ilə zərbə endirərək öldürməsi, öldürdükdən sonra qayınanasının mobil telefonundan heç kimə sms göndərməməsi barədə göstərdikləri bir daha yoxlanılıb və toplanmış şahid ifadələri və digər materiallarla tam təkzib olunub.

Məhkəmənin hökmü ilə Səbuhi Babayev 18 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Ancaq Apellasiya Məhkəməsi bu cəzanı 6 ilə qədər yüngülləşdirib. Son qərarı isə Ali Məhkəmə verəcək.azxeber.com



Əsmər1 | 11 yanvar 2017 09:32 | Status: VİP user | Şərh: 1 584
Allah səbir versi v heyif olənin canına
ESMERRi | 20 yanvar 2016 16:54 | Status: Brilliant user | Şərh: 5 378
Sitat: Dəniz qızı
Allah səbr versin.
Ay_Sun | 16 yanvar 2016 13:23 | Status: Brilliant user | Şərh: 13 408
Sitat: Dəniz qızı
Allah səbr versin.

Amin
Dəniz qızı | 20 dekabr 2015 08:00 | Status: Brilliant user | Şərh: 8 017
Allah səbr versin.
milashka_167 | 18 dekabr 2015 22:06 | Status: VİP user | Şərh: 1 452
Sitat: Azeri Fidashka
ALLAH senin belani versin.namussuz qeyretsiz.hemde yoldasi oruc vaxti
B.Fereh | 18 dekabr 2015 11:37 | Status: Nəzarətçi | Şərh: 6 975
Kureken olmayibe bu,kul-eken olub.
Mehkeme cox edaletsiz qerar verib,Turkiyede indi bUna 50 il vermiwdiler.
Narin-Ulker | 18 dekabr 2015 04:40 | Status: Gümüş user | Şərh: 2 748
Sitat: dılay
Ne pis xisletli adamlar varmiw e heyatda. Alla uzag elesin. Duz deyibler ele "duwmen ocaq bawInda olar"
Qaracaqiz | 18 dekabr 2015 01:09 | Status: VİP user | Şərh: 1 882
Allah bele imansızlardan mundarlardan uzaq etsin.Bele eclafa ömürlük hebs cezası düşmelidir
Azeri Fidashka | 17 dekabr 2015 23:16 | Status: Şərhçi | Şərh: 734
ALLAH senin belani versin.namussuz qeyretsiz.hemde yoldasi oruc vaxti
Nergiz love | 17 dekabr 2015 21:36 | Status: Professional user | Şərh: 7 871
Allah qiza sebr versin.o eclafinda tezlikle gunun qara ederler hergun ezab ceker
guldeniz | 17 dekabr 2015 21:25 | Status: Professional user | Şərh: 1 641
Sitat: dılay
Ne pis xisletli adamlar varmiw e heyatda. Alla uzag elesin. Duz deyibler ele "duwmen ocaq bawInda olar"


Sitat: SEVDA
Allah özü bəlasını versin bu əclafın..meyidi çıxsın o həbsxanadan...
Abbasova Roza | 17 dekabr 2015 18:46 | Status: Qonaq | Şərh: 0
Elbetde edaletsiz qerardi , hetta cinayetkara omurlukde verile biler . bir insani qetle yetirib daha sonra yandirmag ne demekdir ! Allah ona bu dunya da o biri dunyada da ceza verecek !
SEVDA | 17 dekabr 2015 18:11 | Status: Nəzarətçi | Şərh: 17 439
Allah özü bəlasını versin bu əclafın..meyidi çıxsın o həbsxanadan...
dılay | 17 dekabr 2015 18:07 | Status: Brilliant user | Şərh: 8 183
Ne pis xisletli adamlar varmiw e heyatda. Alla uzag elesin. Duz deyibler ele "duwmen ocaq bawInda olar"