Qadın / Kriminal

Samirənin bu hərəkətinin adı nə?! Əxlaqsızlıq, yoxsa quldurluq - Hacıyevlər ailəsinin FACİƏSİ

Banu. | 12-12-2015, 18:55
4 917 17
Samirənin bu hərəkətinin adı nə?! Əxlaqsızlıq, yoxsa quldurluq - Hacıyevlər ailəsinin FACİƏSİ


Göyçay rayonunda soyğunçuluq məqsədilə mənzilə basqın edən maskalı şəxslərdən sonuncusu da tutulub.

APA-nın yerli bürosunun xəbərinə görə, polis əməkdaşları hadisəni törədən 4 nəfərdən daha birini Tərtər rayon sakini, 1985-ci il təvəllüdlü Əliyev Emin Xaliq oğlunu saxlayıblar.

Eyni zamanda basqın edilən evin sahibi Fərzəli Hacıyevin qızının - 1976-cı il təvəllüdlü Samirə Rəcəbovanın maskalı şəxslərlə əlbir olduğu, onların evə daxil olmalarına şərait yaratdığı məlum olub. Göyçay şəhərinin Vaqif küçəsində qeydiyyatda olan, Bakı şəhərində yaşayan Rəcəbova Samirə Fərzalı qızı ötən gecə tutularaq Göyçay rayon Polis Şöbəsinin istintaq bölməsinə təhvil verilib.

Qeyd edək ki, dekabrın 1-də gündüz saat 11:00 radələrində Göyçay şəhərinin Vaqif küçəsində, 1952-ci il təvəllüdlü rayon sakini Hacıyev Fərzəli Məhəmməd oğlunun yaşadığı 45 saylı evə əllərində bıçaq olan dörd nəfər maskalı şəxs basqın edib.

Naməlum şəxslər Fərzəli Hacıyevi, onun həyat yoldaşı 1958-ci il təvəllüdlü Rəxşəndə Hacıyevanı və oğlu 1995-ci il təvəllüdlü Fərhad Hacıyevi döyərək onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər. Onlar evdəki qızıl əşyaları və pulları götürərək qaçıblar. Hüquq-mühafizə orqanlarının əməkdaşları dərhal hadisə yerinə baxış keçiriblər və maskalı şəxslərin tutularaq istintaqa təhvil verilməsi üçün əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

Polis əməkdaşları hadisəni törədən dəstənin iki üzvünü Bakının Xətai rayonu, NZS qəsəbə sakini, 1989-cu il təvəllüdlü İsmayılov Orxan İsrayıl oğlu və İmişli şəhər sakini 1990-cı il təvəllüdlü Mehdiyev Səxavət Bakir oğlunu dekabrın 1-də gecə saatlarında Bakı şəhərində saxlayıblar.

Sonradan isə Ağcabədi rayon sakini 1966-cı il təvəllüdlü Azadov Ədalət Azad oğlu tutulub. O, dekabrın 7-də DİN-in Təhlükəsiz Şəhər Xidməti əməkdaşları tərəfindən paytaxtın Nərimanov rayonu ərazisində “Mercedes” markalı avtomobili idarə edərkən müəyyən edilib. Görülmüş tədbirlər nəticəsində Ə. Azadov saxlanılaraq Göyçay Rayon Polis Şöbəsinə təhvil verilib. Avtomobillə baxış zamanı 8,5 qram marixuana da aşkar edilərək götürülüb.

Hazırda istintaq tədbirləri davam edir.

Xatırladaq ki, evə basqın zamanı xəsarət alan ailə üzləri Göyçay Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilmişdilər.

Qeyd edək ki, Fərzalı Hacıyevin uzun müddətdir ki, rayonda dəri alveri ilə məşğul olduğu bildirilir. Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

ESMERRi | 25 yanvar 2016 17:58 | Status: Brilliant user | Şərh: 5 379
Sitat: SEVDA
Sizin kimi övladlar olmaz olsun...
Ay_Sun | 16 yanvar 2016 12:16 | Status: Brilliant user | Şərh: 13 409
Sitat: milashka_167
Ne deyesenki,,

Duzdur
SEVDA | 15 dekabr 2015 15:40 | Status: Nəzarətçi | Şərh: 17 441
Sizin kimi övladlar olmaz olsun...
milashka_167 | 14 dekabr 2015 22:37 | Status: VİP user | Şərh: 1 452
Ne deyesenki,,
Cicim İncim | 13 dekabr 2015 18:57 | Status: Gümüş user | Şərh: 2 457
Ay aman , adam da öz ailəsini döydürüb , evindən pul oğurluyar?...Dəhşət...
Yagis_Negmesi | 13 dekabr 2015 14:34 | Status: Gümüş user | Şərh: 1 614
bularin heresi ayri rayonlarin insanidi goresen nece tapiblar bir birlerin lap deyek telefonnan tapiblar qiza baxe telefonda taniw olubsada insanda oz evinden ogurluqmu eletdirer
Yalcin Sabranli | 13 dekabr 2015 14:09 | Status: Şərhçi | Şərh: 110
Sitat: B.Fereh
Heresi ayri ayri rayonlardandi,demek olarki,"international"kriminal deste)))
Əsmər1 | 13 dekabr 2015 14:01 | Status: VİP user | Şərh: 1 584
Oğurluk etmək indidə dəbə girdi
Nergiz love | 13 dekabr 2015 10:36 | Status: Professional user | Şərh: 7 871
Insan lap acindan oler ama gedib oqurluq etmez.
Narin-Ulker | 13 dekabr 2015 02:08 | Status: Gümüş user | Şərh: 2 748
Bircə bu qalmişdi
Qaracaqiz | 13 dekabr 2015 01:45 | Status: VİP user | Şərh: 1 882
Pula göre övlad öz ailesinin başına gör ne oyun açıb pul niye bu qeder şirindir.Belelerinin ucbatındanda Allahın qezebine gelmişikde
Azeri Fidashka | 13 dekabr 2015 00:00 | Status: Şərhçi | Şərh: 734
tesekkurler
dılay | 12 dekabr 2015 21:45 | Status: Brilliant user | Şərh: 8 184
Sozum yoxdur daha...
B.Fereh | 12 dekabr 2015 21:15 | Status: Nəzarətçi | Şərh: 6 976
Heresi ayri ayri rayonlardandi,demek olarki,"international"kriminal deste)))
boris arxan | 12 dekabr 2015 20:03 | Status: Professional user | Şərh: 4 784
qiza baxeeee
ESMERRi | 12 dekabr 2015 19:22 | Status: Brilliant user | Şərh: 5 379
Sitat: BULUTUM
Ozu biler oz Allahi bilerr...
BULUTUM | 12 dekabr 2015 19:19 | Status: Professional user | Şərh: 7 388
Ozu biler oz Allahi bilerr...