Qadın / Kriminal

Transformatorun yandırdığı sevgi - ailələr arasına nifaq düşdü

Banu. | 21-10-2015, 18:26
3 197 15


Ötən gün axşamtərəfi Ağadadaş Qurbanov küçəsində 20 yaşlı Fəqan Fərzəliyev və onun sevgilisi təxminən 18 yaşlarında A.A 6 min voltluq transformatorun qapısını açaraq içinə daxil olublar. Bu zaman ehtiyatsızlıq edən Fəqan Fərzəliyev yüksək gərginlikli naqillərə toxunub.

Nəticədə elektrik cərəyanı onları bir neçə metr kənara tullayıb. Hər iki şəxs ağır xəsarətlər alıblar. Yaralılar xəstəxanaya çatdırılıblar. Hadisə nəticəsində çoxsaylı yanıq xəsarətləri alan Fəqan Fərzəliyev qolunun birini itirib.

AzadQadin.az xəbər verir ki, hafta.az-ın əməkdaşı bu gün səhər saatlarında yaralılara baş çəkmək üçün 1 saylı şəhər xəstəxanasına yollanıb.

Biz hadisə yerinə çatanda dördüncü korpusun birinci mərtəbəsində ahu-fəğan hökm sürürdü. Ağlayıb-sızlayanlar Fəqanın doğmaları, bibisi, əmisi yoldaşı və onların qızları idi. Bir sözlə, Fəqanın kişi cinsindən olan yaxınlarına rast gəlmədik. Bibisi Sədaqət Fərzəliyeva bildirdi ki, Fəqanın vəziyyəti o qədər də yaxşı deyil:

"Hələ də reanimasiyadadır. Elektrikin voltu və təzyiqi nə qədər güclü olubsa, elə həmin dəqiqə qolunu tullayıb. Hadisə dünən saat dörddən sonra, axşama yaxın olub. Fəqan evdən çıxanda saat dörd olub. Dostları ilə görüşəcəyini deyib evdə. Dünən gecədən burdayıq, yatmamışıq. Həkimlərsə bizi yuxarı, Fəqanın yanına buraxmırlar. Bircə nənəsinə icazə veriblər ki, içəri keçsin. Elə indi də şüşə arxasından Fəqana yalnız nənəsi baxa bilir".

Sədaqət Fərzəliyeva, həmçinin vurğulayıb ki, hazırda 20 yaşlı Fəqanın ailəsinə də qara sükut çöküb:

"Hazırda anasının vəziyyəti də pisdir. Dünəndən təcili yardım maşınları gəlib-gedir. Özündə deyil, huşu gedir-ayılır. Anası hələ Fəqanın qolunun kəsildiyini bilmir. Pişim-pişim edib saxlamışıq. Gəlib bu vəziyyəti görsə, ürəyi götürməz. O saat ölər, Allah qorusun. Fəqanın atası yoxdur, anası var. Çox kasıb ailədir. Aramızda pul toplayırıq ki, qonum-qonşu, qohum-əqrəba Fəqanın müalicəsini axıra kimi aparsınlar".

Göz önünə saçılan mənzərəsə ürək ağrıdırdı. Fəqanın doğmaları, yaşından asılı olmayaraq, bu xanımların yanaqları göz yaşından parıldayırdı. Hər kəsin gözü pilləkəndə idi. Ya həkimi, ya da nənəni gözləyirdilər. Amma necə deyərlər, hər addım səsi döngədə onları aldadır, gələn başqası çıxır.

Sədaqət xanımla söhbət əsnasında məlum oldu ki, Fəqanla eyni transformatorun içərisinə girmiş qız elə Fəqanın sevgilisi imiş:

"A.A (ad şərtidir-T.T) onun sevgilisi imiş. Biz tanımırdıq. Eyni məktəbdə oxuyublar. Tez-tez görüşürlərmiş. Dostlarından eşitdik ki, orta məktəbdən bir-birilərini seviblər. Qızın ciyəri yanmasın, onun vəziyyəti yaxşıdır. Bizə dedilər ki, başqa xəstəxanaya aparıblar onu. Amma Fəqan... qolu kəsilib, içi dağılıb. Bircə onu bilirik ki, səhərə yaxın gözlərini açıb. Həkimlər də deyirlər ki, vəziyyəti ağır olaraq qalır. Yuxarıdakı tibb bacılarından eşitdiyimizə görə, içi dağılıb Fəqanımın. Zarafat deyil, o boyda gərginlikli elektrik naqili vurub atıb".

Hələ səhər saatlarında hafta.az-a açıqlamasında 1 saylı şəhər xəstəxanasının və Fəqan Fərzəliyevin həkimi Fərahim Əhmədov demişdi ki, Fəqan Fərzəliyev və onun yanındakı qız hazırda reanimasiyadadır. Baş həkimin sözlərinə görə, yaralılardan biri kişi, digəri isə qadın şöbəsində müalicə alırlar:

"Fəqanın vəziyyəti orta ağırdır, reanimasiyadadır. Huşu anlaqlı vəziyyətdədir. Qolu qopub, müalicəsi davam etdirilir. Borular vasitəsilə yeməyi verilib. Vəziyyəti ağırdır. Xəstəxanamıza onunla birgə daxil olan xanımın da vəziyyəti ağırdır. O, qadın şöbəsinə yerləşdirilib".

Elə bu zaman Fəqanın yaxınları onun yanından düşən tibb bacısının qabağını kəsib xəstənin vəziyyəti ilə maraqlandılar:

"Vəziyyəti normaldır, orta ağır kimi qiymətləndirilir. Huşu anlaqlı vəziyyətdədir. Yeməyi də hələlik qoşqu aparatı vasitəsi ilə verilir. Bir sonrakı durumu haqqında, hələ ki, bir söz söyləmək çətindir".

Fəqan Fərzəliyevin adının açıqlanmasını istəməyən digər yaxını isə deyib ki, hadisə olan kimi dostları təcili yardım maşını çağırıblar, onu xəstəxanaya çatdıra biliblər:

"Onlar olmasaydı, bəlkə də hər ikisi ölərmiş. Sağ olsun "Kubinka" uşaqları, eşidən, bilən hamısı vəziyyətini soruşurlar. Dünən axşamdan bu gün səhər saatlarına kimi burada olublar. Fəqangil də cavandı da, yəqin dalda yer gəziblər ki, heç kim görüşüb söhbətləşdiklərini görməsin. Yəqin ona görə bu gizlinliyə çəkiliblər. Nə bilsinlər ki, belə olacaq".

Fəqan Fərzəliyevin yaxınlarının dediyinə görə, Fəqanın anası həm də uzun müddətdir ki, yataq xəstəsidir. Onun qan xəstəliyindən əziyyət çəkdiyi və müalicə olunduğunu dedilər. Həmçinin qeyd olundu ki, Fəqanın anasının xəstəxanaya gəlməməsinin bir səbəbi də məhz onun xəstəliyi ilə bağlıdır.

Hadisədən bir müddət sonra A.A-nın, yəni Fəqanın sevgilisinin yaxınları gəldilər. İki-üç xanımın başqa bir küncdə dayandığını görüb, onların yanına getdilər. Sonradan məlum oldu ki, həmin adamlar da A.A (ad şərtidir-T.T) yaxınlarıdır. İki tərəf arasında qısamüddətli söz savaşı yaşandı. Daha sonra dəqiqləşdirəndə bildik ki, xəsarət alan Fəqanın sevgilisinin qohumlarının heç qızın bu korpusdan başqa korpusa göndərilməsindən də xəbərləri yox imiş.

Adını öyrənə bilmədiyimiz "qız tərəfi"nin oğlanları Fəqanın xanım doğmalarının üstünə kükrəməyə çalışsa da, sonradan ayrıldılar. Hətta bizi də Fəqanın doğmalarından bilib "söhbətə çəkməyə" çalışdılar. Sadəcə, onların bizə ünvanladığı bir sual oldu: "A.A-nı evdən çıxaran sənmi olmusan?" Biz, öz növbəmizdə, kim olduğumuzu desək də, inanmadılar. Hadisədən birtəhər sovuşub, Fəqana Allahdan şəfalar diləyib, ailəsi ilə sağollaşdıq.

Bu arada qeyd edək ki, faktla bağlı cinayət işi açılıb.

Sonda bir haşiyə və ya 10 000 voltluq elektrikli sevginin axırı.

ESMERRi | 25 mart 2016 17:58 | Status: Brilliant user | Şərh: 5 379
Sitat: Mister Elyana
Yer tapmayiflar da yaziqlar neylesinler.bu da axiri
Ay_Sun | 7 noyabr 2015 14:52 | Status: Brilliant user | Şərh: 13 409
Sitat: SEVDA
Ağılsızlığın nəticəsi....
Mister Elyana | 23 oktyabr 2015 16:00 | Status: Şərhçi | Şərh: 378
Yer tapmayiflar da yaziqlar neylesinler.bu da axiri
Əsmər1 | 22 oktyabr 2015 17:14 | Status: VİP user | Şərh: 1 584
Allah hər ikisinə şəfa versin
SEVDA | 22 oktyabr 2015 14:49 | Status: Nəzarətçi | Şərh: 17 442
Ağılsızlığın nəticəsi....
guldeniz | 22 oktyabr 2015 11:31 | Status: Professional user | Şərh: 1 641
Sitat: dılay
Deyilecek cox soz var e..Amma olan olub. Allah wefa versin. Kaw oglanIn qoluna hec ne olmazdI
Nilay | 22 oktyabr 2015 11:15 | Status: Qonaq | Şərh: 0
Allah komek olsun her ikisinie ..Alla biyabirciliqdi ..Allah bizlerden yeni balalarimizdan min defe uzaq etsin amin ..
Moon and android | 22 oktyabr 2015 09:32 | Status: Qonaq | Şərh: 0
Sevgide getdi indi yazığın sağlam canı da getdi çox heyiff Allah kömekleri olsun 0101
birdane | 22 oktyabr 2015 00:13 | Status: Professional user | Şərh: 3 727
allah sefa versin
Cicim İncim | 21 oktyabr 2015 21:53 | Status: Gümüş user | Şərh: 2 457
Bu da qızmışlığın axırı
esma inci | 21 oktyabr 2015 21:38 | Status: Gümüş user | Şərh: 1 096
Sitat: buxqalter
Allah wefa versin
buxqalter | 21 oktyabr 2015 21:02 | Status: VİP user | Şərh: 1 213
Allah wefa versin
gece-gunduz | 21 oktyabr 2015 20:54 | Status: Gümüş user | Şərh: 1 720
bir söz demek bizə qalmıyıb allah şəfa versin
Angel91 | 21 oktyabr 2015 18:57 | Status: Qonaq | Şərh: 0
Hormonlari tavan yapıb ) bu da genclere ders olsun. Hormonlariniz sizi idare etmesin, siz hormonlari idare edin :)
dılay | 21 oktyabr 2015 18:46 | Status: Brilliant user | Şərh: 8 184
Deyilecek cox soz var e..Amma olan olub. Allah wefa versin. Kaw oglanIn qoluna hec ne olmazdI