Qadın / Kriminal

Dostlar Sumqayıtda sevişdikləri qadını öldürdü – müstəntiqdən ağlasığmaz addım

Banu. | 20-10-2015, 16:02
4 184 11
Dostlar Sumqayıtda sevişdikləri qadını öldürdü – müstəntiqdən ağlasığmaz addım


Bu günlərdə Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində həbs edilən Hasil Həsənov 12 il əvvəl dostu ilə birlikdə özündən 33 yaş böyük məşuqəsini öldürüb.
2003-cü ilin avqust ayının 17-də Sumqayıt şəhərinin 18-ci məhəlləsindəki 10 saylı evin 34-cü mənzilində vəhşicəsinə qətlə yetirilən qadın meyiti aşkarlanıb. Qətlə yetirilən qadının üzərində sənədlərin olmaması onun kimliyini müəyyənləşdirməkdə çətinliklər yaradıb.
Qatillərin fotorobotunu hazırlamaq mümkün olmayıb Qonşuların söhbətindən məlum olub ki, mənzil hazırda xarici ölkələrin birində olan Şəfiqə Atakişiyevaya məxsusdur. Əməliyyatçılar ev sahibi ilə əlaqə saxlayanda müəyyən edilib ki, Şəfiqə Atakişiyeva mənzilinin açarlarını 1948-ci il təvəllüdlü rəfiqəsi Püstəxanım Abbasovaya verib. Püstəxanım Abbasovanı axtaranda məlum olub ki, mənzildə tapılan meyit ona məxsusdur.
Qonşular həmin mənzilə kimin gəlib-getdiyini görmədiyindən qatilin fotorobotunu hazırlamaq mümkün olmayıb. Mərhumun qohumları onun mobil telefonunun, qızıllarının və pul kisəsinin yoxa çıxdığını bildiriblər.
Qatillərə qurulan tələ Mənzildə əl izləri və şahid olmadığından əməliyyatçılar Püstəxanımın mobil telefon və qızıllarını axtarmağa başlayıb. Lakin 3 ay keçməsinə baxmayaraq, izlənilən telefondan bir dəfə də olsun zəng edilməyib. Bundan sonra istintaqçılar qatil və ya qatillərlə oyun oynamaq qərarına gəliblər.
Özlərini ağıllı aparan qatillərdə arxayınçılıq yaratmaq üçün müstəntiq qəzet və televiziyada Püstəxanım Abbasovanın qatilinin yaxalanması barədə məlumat yayır. Bazardan zəng edən qatil Qatillər müstəntiqin bu hiyləsinə uyublar. Məlumat yayılandan 10 gün sonra Püstəxanım Abbasovaya məxsus mobil telefondan zəng edilib.
Əməliyyatçılar telefon zənginin Keşlə bazarından edilməsini müəyyənləşdiriblər. Bazara gələn polis əməkdaşları zəng edən şəxsi polis idarəsinə gətiriblər. Bazarda meyvə-tərəvəz satan şəxs zəng etməsini təsdiqləyib, lakin o, öz telefonunun xarab olduğundan SİM kartını qonşu piştaxtada işləyən Hasil adlı şəxsin telefonuna qoyaraq zəng etdiyini bildirib. Gizlənən qatildən etiraf Bu sözlərdən sonra əməliyyatçılar yenidən bazara gəliblər. Lakin Hasil adlı şəxsi tapmaq mümkün olmayıb. Qonşu satıcının polisə aparıldığını eşidən Hasil Həsənov yoxa çıxıb. Polis əməkdaşları onu bir həftə sonra Tərtər rayonunun Mamırlı kəndində yaxalayıblar. Söhbət zamanı Hasil Həsənov Püstəxanım Abbasovanı qətlə yetirməsini etiraf edib. Hasil Həsənov daimi müştərisini bazarda qəssab işləyən Bəxtiyar adlı şəxslə qətlə yetirdiyini bildirib. Bəxtiyar Cavadov da saxlanılıb.
Hasil Həsənov 55 yaşlı müştərisi ilə yaxınlıq etmək istəyib. Bu alınmayanda Bəxtiyara bu barədə söhbət edib. Bəxtiyar ona qadınla tanış olmaqda kömək edəcəyini bildirib. Püstəxanım Abbasova növbəti dəfə bazara gələndə dostlar onun arxasınca gediblər. Marşrutda Hasil Püstəxanımın yanında, Bəxtiyar isə arxada əyləşib.
Bir qədər söhbətdən sonra heç nə alınmadığını görən Hasil Bəxtiyarla yerini dəyişib. Qadınla cinsi əlaqədə olan qatillərin planı Bəxtiyarın bəxti gətirib. O, 55 yaşlı qadını yola gətirə bilib.
Əldə olunan razılığa əsasən, Püstəxanım aldığı meyvəni Yasamalda yaşadığı evdə qoyandan sonra onlar taksi ilə Sumqayıta gediblər. 22 yaşlı dostları Sumqayıtda rəfiqəsinə məxsus evə gətirən 55 yaşlı xanım onlarla növbə ilə cinsi əlaqədə olub.
Növbəti dəfə qadının yanından çıxan Bəxtiyar Hasilə qadını öldürərək üzərində olan qızılları götürməyi təklif edib. Borcları olan dostlar qısa vaxt ərzində plan hazırlayıblar. Püstəxanım Abbasova güzgünün qarşısında kosmetika çəkərkən Bəxtiyar arxadan ona yaxınlaşıb və bıçaqla vurub. Dostlar ümumilikdə qadına 44 bıçaq zərbəsi vurublar. Sonra onlar qızıl, pul və telefonu götürərək Keşlə bazarına gəliblər. Bazarın yaxınlığındakı kafelərdən birində oturub əldə etdiklərini dədə malı kimi bölüblər. Telefon da Hasilin payına düşüb. Bəxtiyar Hasilə telefondan hələ istifadə etməməsini məsləhət görüb. Qatillərdən bir-birinə müjdə Hasil də bu məsləhətə qulaq asıb. Lakin 3 ay sonra Bəxtiyar Hasilə müjdə verib ki, bizim öldürdüyümüz qadının qatilini tutublar, daha rahat ola bilərik. Bundan sonra Hasil də 3 aydır özündə saxladığı mobil telefonu cibinə qoyub. Lakin istifadə etməyə ürək etməyib. Qonşu satıcı ondan öz SİM kartını qoyub zəng etmək istəyəndə telefonu ona verib. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə keçirilən prosesdə dostlar qadını öldürmək ideyasını bir-birlərini üstünə atıblar. Bəxtiyar bildirib ki, onun qadını öldürməyə səbəbi olmayıb. Çünki cinsi əlaqədə olan zaman Püstəxanım Abbasova ona himayədarlıq edəcəyinə söz verib. Hasil isə deyib ki, Bəxtiyarın külli miqdarda borcu olub. Qadını da öldürüb ki, qızıllarını satıb borcunu versin. Məhkəmə hər iki şəxsi qətl hadisəsində təqsirli bilib. Məhkəmənin hökmü ilə Hasil Həsənov 14 il, Bəxtiyar Cavadov isə 15 il müddətinə azadlıqdan məhrum edilib.
Cəzasının yarıdan çoxunu çəkən Hasil Həsənov vaxtından əvvəl azadlığa buraxılması üçün Nizami Rayon Məhkəməsinə müraciət edib. Pentensiar Xidmətin cəzaçəkmə müəssisələrindən birində cəza çəkən Hasil Həsənovun vaxtından əvvəl azadlığa buraxılması barədə ərizəsi məhkəmə tərəfindən təmin edilib. Məhkəmə belə qərara gəlib ki, Hasil Həsənov cəzasının qalan hissəsini məntəqə tipli cəzaçəkmə müəssəsində çəkə bilər. Həmin müəssisədə cəza çəkən məhkumların azadlıqda gəzdiyini nəzərə alan hakim Hasil Həsənovu azadlığa buraxır.
Hasil Həsənov cəza çəkdiyi cəzaçəkmə müəssisəsindən azadlığa buraxılandan dərhal sonra Baş Prokurorluq apelyasiya protesti verib. Prokurorluq protestində Hasil Həsənovun həbs edilərək cəza çəkdiyi müəssisəyə qaytarılmasını istəyib. Prokurorluğun protesti baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Rizvan Səfərovun sədrlik etdiyi kollegiyada araşdırılıb. Barəsində həbs qərarının çıxarılması üçün protest verildiyini görən Hasil Həsənov gizlənməyə başlayıb. O, məhkəmənin çağırışlarına gəlməkdən boyun qaçırıb.
Prokurorluğun protesti üzrə ilkin baxış iclası sentyabrın 16-da keçirilib. Həmin gün Hasil Həsənov məhkəməyə gəlmək əvəzinə qaçaraq gizlənib. Hakimlər Hasil Həsənovun məhkəməyə gəlmədiyi üçün apelyasiya protestinə baxılması üzrə icraatı dayandırıb. Hasil Həsənov məhkəmə qərarı ilə axtarışa verilib.
Onun barəsində axtarış qərarı Baş Prokurorluğa və Daxili İşlər Nazirliyinə göndərilib. Tərtər polisi Hasil Həsənovu yenə də yaşadığı kənddə taparaq həbsxanaya qaytara bilib. Yaxın günlərdə Bakı Apelyasiya Məhkəməsində Hasil Həsənovun barəsində verilən protest üzrə yenidən məhkəmə prosesi başlayacaq.

Əsmər1 | 11 yanvar 2017 09:47 | Status: VİP user | Şərh: 1 584
Sitat: Ay_Sun
Sitat: SEVDA
Ağılsız,əxlaqsızlar...

Fuuuuuuuu pis məxluqlar
ESMERRi | 9 noyabr 2015 20:52 | Status: Brilliant user | Şərh: 5 379
Sitat: Ay_Sun
Sitat: SEVDA
Ağılsız,əxlaqsızlar...
Ay_Sun | 7 noyabr 2015 13:05 | Status: Brilliant user | Şərh: 13 409
Sitat: SEVDA
Ağılsız,əxlaqsızlar...
esma inci | 22 oktyabr 2015 00:05 | Status: Gümüş user | Şərh: 1 096
Sitat: SEVDA
Ağılsız,əxlaqsızlar...
milashka_167 | 21 oktyabr 2015 15:10 | Status: VİP user | Şərh: 1 452
Qadinda az yoxuymuş.qicin boyda uşaglarla sevişende axri bele olcagda.seni ozlerine ya arvad yada sevgili elemiyecekdilerki
SEVDA | 21 oktyabr 2015 14:48 | Status: Nəzarətçi | Şərh: 17 441
Ağılsız,əxlaqsızlar...
buxqalter | 20 oktyabr 2015 23:01 | Status: VİP user | Şərh: 1 212
Iyrenc exlaqsiz mexluqlar
Nergiz love | 20 oktyabr 2015 22:41 | Status: Professional user | Şərh: 7 871
Iyrencxana prosta
Nuray S-ova | 20 oktyabr 2015 17:46 | Status: Qonaq | Şərh: 0
Sitat: dılay
Daw bawInIza duwsun

Sitat: gece-gunduz
kul basiza neneleri yasda qadinla yatirlar sora da oldururler xesteler
dılay | 20 oktyabr 2015 16:55 | Status: Brilliant user | Şərh: 8 184
Daw bawInIza duwsun
gece-gunduz | 20 oktyabr 2015 16:12 | Status: Gümüş user | Şərh: 1 720
kul basiza neneleri yasda qadinla yatirlar sora da oldururler xesteler