Qadın / Kriminal

Oğuzda əri tərəfindən bıçaqlanan hamilə qadın körpəsini dünyaya gətirdi

Banu. | 2-08-2015, 12:15
3 307 20
Oğuzda əri tərəfindən bıçaqlanan hamilə qadın körpəsini dünyaya gətirdi


Reanimasiyaya yerləşdirilən qadının doğuş sancıları başlayıb.

Oğuzda 29 yaşlı kişi hamilə həyat yoldaşını bıçaqlayıb.

AzadQadin.az xəbər verir ki, rayon hüquq-mühafizə orqanlarından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə avqust ayının 1-i axşam saatlarında rayonun Bucaq kəndində baş verib. Rayonun Padar kənd sakini, 1986-cı il təvəllüdlü Teyub Aydın oğlu Atakişiyev həyat yoldaşı, 1992-ci il təvəllüdlü Röyalə Elman qızı Atakişiyeva ilə Bucaq kəndində yaşayan qaynatası Elman Qədirlinin evində ailə münaqişəsi zənmində mübahisə edib. Mübahisə zamanı 29 yaşlı Teyub Atakişiyev əlindəki bıçaqla həyat yoldaşı Röyalə Atakişiyevanın qarın boşluğuna bir bıçaq zərbəsi vurub. Röyalə Atakişiyeva aldığı bıçaq xəsarəti ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb.

Oğuz RMX-dan verilən məlumata görə, bədənin sol qasıq nahiyəsindən daxilə nüfuz etməyən kəsilmiş və deşilmiş bıçaq xəsarəti alan Röyalə Atakişiyevanın müayinəsi zamanı onun 8 aydan yuxarı hamilə olması da müəyyən edilib. Röyalə Atakişiyevanın yarası üzərində cərrahiyə əməliyyatı aparıldıqdan sonra xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Reanimasiya şöbəsinə yerləşdirildikdən bir qədər sonra isə Röyalə Atakişiyevada doğuş sancıları baş qaldırıb. Vəziyyət nəzərə alınaraq Röyalə Atakişiyeva Şəki RMX-nın doğum şöbəsinə göndərilib.

Şəki RMX-nın doğum şöbəsinin növbətçi həkimi Nəzakət Hacıyevanın APA-ya verdiyi məlumata görə, Röyalə Atakişiyeva avqustun 1-i axşam saat 22 radələrində Şəki RMX-nın doğum şöbəsinə daxil olub. Röyalə Atakişiyeva doğum şöbəsinə daxil olduqdan bir saat sonra təbi yolla 36 həftəlik, çəkisi 2 kq 600 qram olan oğlan uşağı dünyaya gətirib. Doğuş zamanı Röyalə Atakişiyevanın sol qasıq nahiyəsindən aldığı bıçaq yarasında heç bir qanaxma baş verməyib, doğuş normal keçib.

Hadisəni törədən Teyub Atakişiyev isə Oğuz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Oğuz RPŞ-də araşdırma aparılır.

Nigar_ | 18 yanvar 2017 11:09 | Status: Professional user | Şərh: 2 125
Sitat: Cicim İncim
Ay Allah görəsən bu insanlar niyə belə azğınlaşıb.Hər gün kriminal xəbərlər eşidirik.Hər xırda söz -söhbətə görə kimsə kimisə bıçaqlıyır.
Bu xəbər yaxşı da salamatçılıqla qurtarıb, nə ana , nə də uşaq xəsarət almayıb.
Əsmər1 | 18 yanvar 2017 01:00 | Status: VİP user | Şərh: 1 584
Sitat: ESMERRi
Sitat: AygunRehmanova
Biy sinen yansin kul basina ay bele kisi goren niye olmur daa bunu kimiside belke o bucaq uşaga deyeydi Allah elememis usag oleydi ve yaxudda usaga deyib usagi sikest edeydi ay kul basina neynirsen yaziq deyil bu hamile qadin gucsuzdu deye kisiler arvaddari doyur kul basina usagin doguldu indi gore bilmeyecen caamat bi korpe ucun neleri qurban verir bunu kimi selverlerde olani verileni oldurur
ESMERRi | 11 dekabr 2015 11:03 | Status: Brilliant user | Şərh: 5 378
Sitat: AygunRehmanova
Biy sinen yansin kul basina ay bele kisi goren niye olmur daa bunu kimiside belke o bucaq udaga deyeydi Allah elememis usag oleydi ve yaxudda usaga deyib usagi sikest edeydi ay kul basina neynirsen yaziq deyil bu hamile qadin gucsuzdu deye kisiler arvaddari doyur kul basina usagin doguldu indi gore bilmeyecen caamat bi korpe ucun neleri qurban verir bunu kimi selverlerde olani verileni oldurur
dılay | 29 noyabr 2015 13:37 | Status: Brilliant user | Şərh: 8 183
Sitat: NURLU
Yaziq usaq.
Sukurki her ikisi saqdi
Sirli dunyam | 20 avqust 2015 21:14 | Status: Qonaq | Şərh: 0
tesekkurler
Aytekin82 | 5 avqust 2015 16:28 | Status: Brilliant user | Şərh: 6 587
Ayyy şərəfsiz am
NURLU | 5 avqust 2015 13:41 | Status: Professional user | Şərh: 5 552
Yaziq usaq.
Sukurki her ikisi saqdi
gulay sibir | 5 avqust 2015 13:20 | Status: Qonaq | Şərh: 0
Sukur ki her ikisi de salamat qurtariblar.
AygunRehmanova | 4 avqust 2015 03:22 | Status: Qonaq | Şərh: 0
Biy sinen yansin kul basina ay bele kisi goren niye olmur daa bunu kimiside belke o bucaq udaga deyeydi Allah elememis usag oleydi ve yaxudda usaga deyib usagi sikest edeydi ay kul basina neynirsen yaziq deyil bu hamile qadin gucsuzdu deye kisiler arvaddari doyur kul basina usagin doguldu indi gore bilmeyecen caamat bi korpe ucun neleri qurban verir bunu kimi selverlerde olani verileni oldurur
Ay_Sun | 3 avqust 2015 16:06 | Status: Brilliant user | Şərh: 13 408
Sitat: SARAXATUN
Ay ne yaxwi salamat qurtarib wukur!
Sariwka1 | 3 avqust 2015 11:05 | Status: VİP user | Şərh: 1 774
Sitat: SEVA
Sitat: SARAXATUN
Ay ne yaxwi salamat qurtarib wukur!

duzdu
Nergiz love | 3 avqust 2015 00:47 | Status: Professional user | Şərh: 7 871
Xeberi oxuduqca bir anliq ozmu o qadinin yerne qoydum ureyim esdi.Allah beklasin versin o oqrasinda Amin
SEVA | 2 avqust 2015 22:52 | Status: Professional user | Şərh: 5 150
Sitat: SARAXATUN
Ay ne yaxwi salamat qurtarib wukur!

duzdu
Vetenperver | 2 avqust 2015 22:18 | Status: Professional user | Şərh: 6 700
Nə pis insanlar varee.Ay vicdansız,yoldaşını bıçaqla vurursansa daha niyə yaşayırsan...
SARAXATUN | 2 avqust 2015 21:26 | Status: Professional user | Şərh: 1 529
Ay ne yaxwi salamat qurtarib wukur!
Melekk | 2 avqust 2015 19:46 | Status: Qonaq | Şərh: 0
cox sukur usaqa hecne olmayib.insan nece hamile arvadina bicaq zerbesi vurar dehsetdir allah cezsin versin
bal peteyi | 2 avqust 2015 16:31 | Status: Şərhçi | Şərh: 84
Cox pis haldir. O. bicaq ne yaxsi usaga deyimiyib. Allah belasini versin. Her ne sebeb olur olsun. Hamile qadina el qalxmaz.
SEVDA | 2 avqust 2015 14:27 | Status: Nəzarətçi | Şərh: 17 439
Dehwete geldim....bele biqeyret kiwicikleri yere girsinler hele.....
Cicim İncim | 2 avqust 2015 13:44 | Status: Gümüş user | Şərh: 2 456
Ay Allah görəsən bu insanlar niyə belə azğınlaşıb.Hər gün kriminal xəbərlər eşidirik.Hər xırda söz -söhbətə görə kimsə kimisə bıçaqlıyır.
Bu xəbər yaxşı da salamatçılıqla qurtarıb, nə ana , nə də uşaq xəsarət almayıb.
Real Madrid CF | 2 avqust 2015 12:20 | Status: Qonaq | Şərh: 0
Vay,vay,vayy allah lenet elesinn ozude hamile qadina qarsii dehset..