Qadın / Kriminal

Qəfil basqın, qanlı gül buketi, bir ailənin məhvi — TƏFƏRRÜAT Nəşr

Banu. | 8-06-2015, 23:53
3 373 18
Qəfil basqın, qanlı gül buketi, bir ailənin məhvi — TƏFƏRRÜAT Nəşr

Qatil Həsənovların digər evində nə axtarırmış?

Biz hadisə yerinə çatanda, artıq onların hər ikisi, həm Saray qəsəbəsinin bələdiyyə sədri Vəsilə Həsənova, həm də onun həyat yoldaşı Vəfadar Həsənov artıq dəfn edilmişdi. Qonşular bildirdilər ki, əslən Qərbi Azərbaycandan olan ər və arvadı Saray qəsəbəsində, Vəfadar Həsənovun anasının məzarının yanında yanaşı basdırılıb…
Bu gün Vəsilə Həsənova 40-cı yaşına qədəm qoyacaqdı. Elə bu gecə — iyunun səkkizinin ilk saatları bu ailənin son dəqiqələrini yaxınlaşdırırdı. Maraqlıdır ki, Vəfadar Həsənov xanımını təbrik etmək üçün bir az da tələsib. Elə gecə ikən sifariş etdiyi tortu və gül dəstəsini ona təqdim edibmiş. Bir neçə dəqiqə sonra isə çağırılmamış qonağın gələcəyini kimsə gözləmirmiş. Hadisənin törədildiyi otaqda qalmış gül dəstəsi və kəsilmiş tort da, bu olayın nə qədər qəfil və gözlənilməz olduğuna dəlalət edir.
Bəs 35 yaşlı Fədail Hüseynovu bir ailəni məhv etməyə, illər uzunu tanıdığı şəxsləri gecə ikən öldürməyə nə vadar edib?
Qonşuların bildirdiyinə görə, M.Ziyadov küçəsində yerləşən iki mərtəbəli həyət evi müasir təhlükəsizlik sistemi ilə təchiz edilib. Amma evi və ev sahiblərini yaxşı tanıyan F.Hüseynov hasardan üzüm çardağına dırmaşmaqla birinci təhlükəsizlik maneəsini asanlıqla yarıb və çardaqdan ikinci mərtəbədəki eyvana daxil olub. Cinayətə əvvəlcədən hazırlıqlı olan 35 yaşlı F.Hüseynov burada qəfil hücumla ər və arvadına bıçaqla çoxsaylı zərbələr endirib və onların öldüyünə əmin olandan sonra evdən çıxıb. Səs-küyə gələn uşaqlar və ailənin digər üzvləri qətlin məhz tanıdıqları Fədail tərəfindən törədildiyini görüblər.
Hadisə ilə bağlı ilkin araşdırma və əməliyyat-axtarış tədbirlərinə başlayan hüquq-mühafizə orqanları F.Hüseynovun atası Güloğlan Hüseynovu və qardaşı Nuru Hüseynovu polis idarəsinə dəvət ediblər. Bu müddət ərzində o da məlum olub ki, F.Hüseynov məlum cinayəti törətməzdən az əvvəl və ya az sonra Həsənovların Saray qəsəbəsində yerləşən digər evinə gedibmiş və burada hansısa sənədləri axtarırmış. Evin alt-üst edilməsi də bunu deməyə əsas verir. Bu gün saat 10:45 radələrində isə atası ilə telefonda danışan F.Hüseynov özü polis idarəsinə gələrək təslim olub. Onun cinayəti törətdiyi bıçaq hadisə yerinin yaxınlığındakı həyətdən tapılıb.
Ailəyə yaxın olan şəxslər bildirdilər ki, ər və arvadının qətlindən sonra evin yandırılması xəbəri həqiqətə uyğun deyil. Belə ki, hadisə vaxtı divanın üstünə siqaret düşüb və tüstülənmə yaranıb. Səs-küyə gələnlər yanğının başlamasının qarşısını alıblar.
Hazırda məlum faktla bağlı hüquq-mühafizə orqanları araşdırmaları davam etdirir. F.Hüseynovun illərlə tanıdığı şəxsləri hansı səbəbdən qətlə yetirməsi, hadisənin niyə məhz bu gecə törədilməsi, evdə nə axtarması və digər sualların cavabı istintaqın yekununda üzə çıxmalıdır.
***
Qeyd edək ki, iyunun 7-də axşam saat 21:00 radələrində Saray bələdiyyəsinin sədri, 1976-cı il təvəllüdlü Vəsilə Həsənovanın yaşadığı evə daxil olan Hüseynov onu və həyat yoldaşı Vəfadar Həsənovu vəhşicəsinə qətlə yetirib. Daha sonra Fədail Hüseynov polisə gələrək könüllü təslim olub. /Lent.az/

ESMERRi | 6 noyabr 2015 18:56 | Status: Brilliant user | Şərh: 5 378
Sitat: rozella
.Amma belə bir deyim var ki 40 yaş olanda gərək ad gününü keçirməyəsən.
butun bu deyimlerin hamisi bos seydi,sizde nece inanirsiz
rozella | 10 iyun 2015 15:58 | Status: Qonaq | Şərh: 0
.Amma belə bir deyim var ki 40 yaş olanda gərək ad gününü keçirməyəsən.
butun bu deyimlerin hamisi bos seydi,sizde nece inanirsiz
Dəniz qızı | 10 iyun 2015 08:39 | Status: Brilliant user | Şərh: 8 017
Sitat: Vetenperver
Amma belə bir deyim var ki 40 yaş olanda gərək ad gününü keçirməyəsən.

Heç eşitməmişdim.
melodim | 9 iyun 2015 12:56 | Status: Şərhçi | Şərh: 200
Bezi insanlar vezifeye qalxanda qeddarlasir basqalarini incidir neticesi de bele olur yene de bilmek olmaz neden olub.Ne deyim Allah rehmet etsin...
Vetenperver | 9 iyun 2015 11:53 | Status: Professional user | Şərh: 6 700
Bu cür vəhşilik olmaz,ər arvadı ikisinidə öldürmək.İndi çək cəzanı.Amma belə bir deyim var ki 40 yaş olanda gərək ad gününü keçirməyəsən.
Ag Gul | 9 iyun 2015 11:16 | Status: Professional user | Şərh: 4 333
Sitat: Nergiz love
Dehsetdi Valla
sirin bala | 9 iyun 2015 11:10 | Status: Gümüş user | Şərh: 1 669
Sitat: Sariwka1
Sitat: Narin-Ulker
Goresen kim kimnem neyin heyfin cixib
Real Madrid CF | 9 iyun 2015 10:04 | Status: Qonaq | Şərh: 0
Sitat: ŞehZam
Sənəd məsələsidi deyəsən.. Amma dəyərmi mala-mülkə görə kimisə öldürmək??! Nə deyim vallah söz tapmıram, Allah rəhmət eləsn..

mende texmin etmisdim bu olumun sebebin allah rehmet elesin.
BULUTUM | 9 iyun 2015 09:04 | Status: Professional user | Şərh: 7 387
Dehwetdi.Insan oldurmek bu,qedermi asandi.Elebil cuce bawi kesib.Allah cezani versin.
Sariwka1 | 9 iyun 2015 08:08 | Status: VİP user | Şərh: 1 774
Sitat: Narin-Ulker
Goresen kim kimnem neyin heyfin cixib
Narin-Ulker | 9 iyun 2015 01:42 | Status: Gümüş user | Şərh: 2 748
Goresen kim kimnem neyin heyfin cixib
ŞehZam | 9 iyun 2015 01:41 | Status: Professional user | Şərh: 2 577
Sənəd məsələsidi deyəsən.. Amma dəyərmi mala-mülkə görə kimisə öldürmək??! Nə deyim vallah söz tapmıram, Allah rəhmət eləsn..
SEVDA | 9 iyun 2015 00:49 | Status: Nəzarətçi | Şərh: 17 439
Allah belasını versin....
isabala | 9 iyun 2015 00:28 | Status: Şərhçi | Şərh: 457
allah rehmet elesin.Cinayeti töreden de cezasiz qalmayacaq.
Nergiz love | 9 iyun 2015 00:24 | Status: Professional user | Şərh: 7 871
Dehsetdi Valla
SARAXATUN | 9 iyun 2015 00:18 | Status: Professional user | Şərh: 1 529
Uzaq olsun niye edib!Allah rehmet elesin!
boris arxan | 9 iyun 2015 00:11 | Status: Professional user | Şərh: 4 784
niye bu qetllerin sayi gunu gunden artir
Nagizade.Leyla | 9 iyun 2015 00:03 | Status: VİP user | Şərh: 1 321
Indi insanlari oldurmek adi bir seye cevrilib olum hadiseleri coxalib