Qadın / Kriminal

Bakıda bir məktəbin üç şagirdi özünü asdı

Banu. | 15-05-2015, 08:02
3 595 20
 
Bakının Sabunçu rayonu Kürdəxanı qəsəbəsindəki 113 saylı orta məktəbdə son bir neçə ayda 3 şagirdin cəsədi asılmış vəziyyətdə tapılıb. 

Bu haqda Azadlıq Radiosuna qəsəbə sakinləri məlumat veriblər. Onların sözlərinə görə, oğlan uşağı olan həmin şagirdlər məktəbdən kənarda, müxtəlif vaxtlarda olsa da məhz şənbə günləri asılıblar. 11-ci sinif şagirdi Ceyhun Əliyev ötən il dekabrın əvvəlində, 10-cu sinif şagirdi Əli Məmmədov fevralda, 6-cı sinif şagirdi Ruslan Fətəliyev isə bu ilin aprel ayınında asılmış vəziyyətdə tapılıblar.

Ölən şagirdlərin valdeynləri mətbuata açıqlama vermək istəməsələr də qəsəbə sakinləri baş verənləri müxtəlif səbəblərlə izah edirlər. Onlar ölmüş şagirdlərdən birinin radikal dini cərəyana meylli olduğunu bildirirlər. 

Bəzi sakinlər isə hər 3 hadisəni yeniyetmə yaş dövrü ilə əlaqələndirirlər. Ama müxtəlif vaxtlarda baş vermiş hadisələrin eyni səbələrdən baş verdiyini ehtimal edən sakinlər də az deyil. Şagirdlərin hər üçünün şənbə günü ölməsinə mistik don geyindirənlər də var.
Sakinlər onu da bildirdi ki, hər üç şagird fiziki baxımdan cüssəli olmaları ilə yaşıdlarından fərqlənirmiş. Şagirdlərdən biri qonşunun, digərləri isə öz həyətlərində asılmış vəziyyətdə tapılıblar. Hər 3 ölüm hadisəsindəki oxşarlıqlar (eyni məktəbdə oxuyan hər 3 şagirdin 15-16 yaşlarında və cüssəli olması, həftənin eyni günündə, eyni vəziyyətdə ölmələri ) qəsəbə sakinləri arasında bəzi müəmmalar da yaradır.

Davamı olmasın deyə...

Azadlıq Radiosu qəsəbə sakinlərindən alınan məlumatları dəqiqləşdirmək üçün 113 saylı məktəbin direktoru Şirin Abbasova ilə əlaqə saxlayıb. Direktor hər 3 şagirdinin öldüyünü təsdiqlədi. Lakin o, hər 3 hadisənin məktəbdən kənarda baş verdiyindən səbəblər haqda məlumatsız olduğunu bildirdi: "Məktəbdə oldu, ya məktəbdən kənar, baş verənlər bizim üçün də çox ağırdır. Onlar gələcəyin əsgərləri idi. Belə olmamalı idi. Nə üçün olub, aidiyyatı orqanlar araşdırıb tapılmalıdır.

Bəlkə ailədə nə isə problemləri olub. Amma məktəbdə onlar problemsiz uşaq olublar. Müəllimlərlə heç bir problemləri olmayıb. Onlar bütün müəllimlərlə gözəl münasibət saxlayıblar. Hamımıza maraqlıdır ki, bu nəyə görə olub. Davamı olmasın deyə, bu hadisələrin əsası tapılmalıdır. Hadisələr baş verən kimi dərhal ora getmişəm, valideynlərlə görüşüb söhbət etmişəm. İş orasındadır ki, valideynlər də səbəbini bilmir”.

Hər 3 ölüm hadisəsi axşam saatlarında baş verib

Məktəb direktorunun sözlərinə görə, hər 3 hadisə gecə vaxtlarında olub: "Hadisələrdən biri dərsdən sonra baş verib. 11-ci sinif uşaqların ən mehriban vaxtıdır. Deyiblər, gülüblər sonra ayrılıblar. Ekspertizanın rəyi göstərir ki, hər 3 hadisə axşam saatlarında baş verib. Birinci hadisədə lap şoka düşmüşdük. Həmin şagirddən gözləmirdik.

Bu məsələnin əsası tapılmalıdır. Biz də bilmək istəyirik ki, uşaqların başına gələn nədir. Sonuncu ölən şagirdin sənədində doğum tarixi 2003-ci il göstərildiyindən 6-cı sinifdə oxuyurdu. Ancaq, anası deyirdi ki, əslində o 1999-cu ildə doğulub”.

4-cü oxşar hadisə?

Azadlıq Radiosu Sabunçu rayon Prokurorluğu ilə də əlaqə saxlayıb. Şagirdlərdən Ruslan Fətəliyevin ölüm işini araşdıran müstəntiq Günay Məmmədova hadisə ilə bağlı istintaqın davam etdiyini, hələlik nəticənin olmadığını bildirdi.

O, digər iki ölüm hadisəsi ilə bağlı cinayət işindən xəbərsiz olduğunu bildirdi. Bundan öncə Sabunçu rayon Prokurorluğundan "Amerikanın Səsi”nə bildiriblər ki, hər üç şagirdin ölümü ilə bağlı Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə (Özünü öldürmə həddinə çatdırma) cinayət işi açılıb və istintaq davam edir.

Sakinlər onu da bildirdilər ki, həmin ərəfədə qəsəbədə yaşayan 15 yaşındakı bir qız da eyni vəziyyətdə, qonşu Məhəmmədi qəsəbəsində ölmüş tapılıb. Onların sözlərinə görə, həmin qız əvvəl 113 saylı məktəbdə oxuyub və bir müddət öncə başqa məktəbə keçib. Lakin, deyilən qızın ölməsi hələlik rəsmi təsdiqini tapmayıb.

ESMERRi | 5 dekabr 2015 22:18 | Status: Brilliant user | Şərh: 5 376
Sitat: Nergiz love
Sitat: Sariwka1
Dəhşət Allah yaxınlarına səbr versin
Nergiz love | 2 iyul 2015 02:37 | Status: Professional user | Şərh: 7 871
Sitat: Sariwka1
Dəhşət Allah yaxınlarına səbr versin
Ay_Sun | 30 may 2015 03:35 | Status: Brilliant user | Şərh: 13 407
Sitat: perishka2
Allah valideynlərinə səbr versin dəhşətdi.
Dəniz qızı | 16 may 2015 17:31 | Status: Brilliant user | Şərh: 8 015
Allah valideynlərinə səbr versin dəhşətdi.
Lumia | 16 may 2015 01:35 | Status: Professional user | Şərh: 5 378
Dehset.Bu uc sagirdin olumleri arasinda mutleq bir elaqe var yaxsi arasdirsinlar.Allah yaxinlarina sebr versin.
SEVDA | 15 may 2015 21:59 | Status: Nəzarətçi | Şərh: 17 437
Allah göstermesin....min ezab-eziyyetle saxla,böyüt axirda da bele....
Narin-Ulker | 15 may 2015 21:33 | Status: Gümüş user | Şərh: 2 747
ALLAH uzaq elesin ele bil Amerika kinosudu
esma inci | 15 may 2015 18:28 | Status: Gümüş user | Şərh: 1 096
bnun dinle idiyyati yoxdu anladm nedi beleri adeten deylene gore 25e kmi yawayrlar ozde tufeyl terzde neyse weytana uyublar
Ag Gul | 15 may 2015 18:02 | Status: Professional user | Şərh: 4 333
Sitat: SARAXATUN
Mutleq uwaqlar hansisa bir sektaya qowulublar yeqin .Bide maraqlidiki hamsida bir mektebin wagirdleridiler.Allah gunahlarini baqiwlasin
Real Madrid CF | 15 may 2015 17:30 | Status: Qonaq | Şərh: 0
Sitat: pinarcik
Bunu temiz arasirmaq lazimdi verilen melumatlardan bunu bilmek oalr ko, hadiseler mueyyen kollektiv terefinden bas verib ve diger sagirdlere nese olina biliner ve hemin usaqlarin bir-birleri ile bagliligini oyrenemk alzimdir yaxin dostlarimmi?

heee cox vaxt kimse onlari mecbur edir deye bele addimlar atirlar ozude bu defe oglan usaqlaridilar arasdirmaq lazimdiki o usaqlar kim olublar neyse bir soznen bu mesele yaxsi-yaxsi arasdirilmalidir umumiyyetle indiki dovrde hec oglan usaqlarinda basdi basina buraxmaq olmaz valideyinler usaginin dotlarinin kim oldugunu yaxsi bilmelidirler cunki sonds bezi dostlar insani ucuruma aparir eger oglan usagi pis muhite dusduse fso her sey bitdi.
boris arxan | 15 may 2015 16:51 | Status: Professional user | Şərh: 4 783
Sitat: Gulus.
Dehset,Allah rehmet elesin
SARAXATUN | 15 may 2015 16:23 | Status: Professional user | Şərh: 1 528
Mutleq uwaqlar hansisa bir sektaya qowulublar yeqin .Bide maraqlidiki hamsida bir mektebin wagirdleridiler.Allah gunahlarini baqiwlasin
pinarcik | 15 may 2015 16:00 | Status: Şərhçi | Şərh: 194
Bunu temiz arasirmaq lazimdi verilen melumatlardan bunu bilmek oalr ko, hadiseler mueyyen kollektiv terefinden bas verib ve diger sagirdlere nese olina biliner ve hemin usaqlarin bir-birleri ile bagliligini oyrenemk alzimdir yaxin dostlarimmi?
Nagizade.Leyla | 15 may 2015 14:28 | Status: VİP user | Şərh: 1 321
Dəhşət allah rehmet elesin
Aytekin82 | 15 may 2015 13:08 | Status: Brilliant user | Şərh: 6 586
Sitat: BULUTUM
Buyy iraq olsun.Allah gunahlarini bagiwlasin.


Dəhşətdi yeee recourse
kristal | 15 may 2015 11:45 | Status: VİP user | Şərh: 1 184
Dogurdan balaca kendde niye ardarda bu qeder intihar olub ?
Allah hec kine gostermesin.zulumnen boyut gedib ozunu assin
Adam deli olar
gulu_95 | 15 may 2015 11:42 | Status: Şərhçi | Şərh: 568
Sitat: Sariwka1
Dəhşət Allah yaxınlarına səbr versin
Gulus. | 15 may 2015 09:46 | Status: Professional user | Şərh: 2 436
Dehset,Allah rehmet elesin
Sariwka1 | 15 may 2015 08:24 | Status: VİP user | Şərh: 1 773
Dəhşət Allah yaxınlarına səbr versin
BULUTUM | 15 may 2015 08:19 | Status: Professional user | Şərh: 7 386
Buyy iraq olsun.Allah gunahlarini bagiwlasin.