Qadın / Kriminal

Anasını öldürən oğul: “Ondan tələb etdim ki...” - TƏFƏRRÜAT

Banu. | 2-05-2015, 10:44
5 683 26


Anasını boğaraq öldürməkdə təqsirləndirilən 1992-ci il təvəllüdlü Hümbət Nağızadənin məhkəmə istintaqı başlayıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə prokuror Eldar Həmzəyev ittiham aktını elan edib.

İttihama görə, Hümbət Nağızadə Xırdalan şəhərində qısqanclıq zəminində anası, 1971-ci il təvəllüdlü Fatimə Qurbanovanı boğaraq öldürüb. Hadisədən əvvəl mərhumun kiçik oğlu Rövşən anasının başqa bir kişi ilə münasibət saxladığını bilib, bu barədə Rusiyada yaşayan böyük qardaşı Hümbət Nağızadəyə deyib. Hümbət Rusiyadan yaşadığı Şəmkir rayonuna gəlib.

O baş verən hadisədən əvvəl anası ilə danışıb. Deyib ki, Xırdalan şəhərində aldığı evi təmir etmək məqsədilə görüşmək lazımdır. Ana və oğul ötən il oktyabrın 22-də Xırdalan şəhərində aldıqları evdə görüşüblər. Həmin vaxt Hümbət anasına əxlaqsızlıq hərəkətlərinə son qoymasını tələb edib. Fatimə Qurbanova isə “öz həyatımı yaşayıram” deyərək mərhum əri Elşən ünvanına nalayiq söyüşlər işlədib. Bundan əsəbiləşən Hümbət anasını boğub.

“Qardaşım anamın başqa kişi ilə danışdığını dedi”

Hümbət Nağızadə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilir.
Məhkəmədə Hümbət Nağızadə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, 2014-cü il avqustun 3-də Rusiyada olan zaman qardaşı Rövşənlə telefonla danışıb: “Rövşən anamın başqa kişi ilə telefonda danışdığını dedi. Avqustun 5-də Şəmkirə gəldim. Artıq anam bacımı da götürərək evi tərk etmişdi. Anam və bacımın itkin düşmələri ilə bağlı Şəmkir Rayon Polis Şöbəsinə məlumat verdik. Bir neçə gün sonra anamın bacımla birlikdə Bakı şəhərində yaşadığı məlum oldu”.

“Anamdan hərəkətlərinə son qoymasını tələb etdim”

Təqsirləndirilən şəxsin sözlərinə görə, oktyabrın 22-də anası ilə telefonda danışıb və ona Xırdalan şəhərində olan evlərini təmir etdirib, orada yaşamaq məqsədilə anası ilə görüşmək istəyib: “Anam dedi, həmin evdə görüşək. Biz həmin gün Xırdalan şəhərində aldığımız evə gəldik. Anamla söhbət əsnasında əxlaqsız hərəkətlərinə son qoymasını tələb etdim. O da “yaxşı edirəm, öz həyatımı yaşayıram” söylədi, ölən atam Elşənin ruhunu söydü. Bu məni daha da əsəbiləşdirdi, anamı vurmaq istədim. Əllərimlə anamı boğazından tutaraq boğdum, anam hərəkətsiz vəziyyətdə yerə yıxıldı. Silkələdim, tərpənmədi. Bundan sonra Abşeron Rayon Polis İdarəsinə gedərək anamı öldürdüyümü etiraf etdim”.

“Anamı öldürmək niyyətim olmayıb”

Prokurorun suallarına cavabda Hümbət Nağızadə bildirib ki, Rusiyada atası, anası, qardaşı və bacısı ilə birlikdə yaşayıb. Atası Elşənin xəstəliyə tutulması ilə bağlı 2011-ci ildə geri qayıdıblar. Bir il sonra atası vəfat edib: “Atam vəfat edəndən sonra anam qardaşın və bacımla Şəmkirdə qaldı. Mən isə yenidən alver üçün Rusiyaya getdim.

Rusiyada olanda qardaşım xəbər verdi ki, anam bacımla evi tərk ediblər. Rusiyadan Bakıya, oradan isə Şəmkirdə olan kəndimizə gəldim. Anamın Bakıda yaşadığını öyrəndim. Anamla Xırdalan şəhərindəki evimizdə görüşməkdə məqsədim onu öldürmək olmayıb”.


Təqsirləndirilən şəxsin sözlərinə görə, ondan əvvəl qardaşı Rövşən anası ilə danışıb: “Qardaşım anama deyib ki, onu bağışlayırıq, evə geri qayıt. Amma anam qardaşımın sözlərinə əhəmiyyət verməyib. Qardaşım anamın başqa kişi ilə danışdığını dəqiq bilib, amma kiminlə münasibət saxladığından xəbərsiz olmuşuq. Anam evdən gedərkən 11 yaşlı bacımı da özü ilə aparması bizə pis təsir etmişdi. Bacımı anamdan ayırmaq, özümüzlə saxlamaq niyyətimiz var idi”.

“Peşmanam...”

Hümbət Nağızadənin sözlərinə görə, hadisə baş verən vaxt evdə anası ilə tək olub. Qeyd edib ki, ibtidai istintaqa ifadə verən zaman heç kimin təsiri altına düşməyib, vəkili də yanlında imiş: “Hadisəni törədən zaman affekt vəziyyətdə olmuşam. Özümə gələndə artıq anam ölmüşdü. Bunu biləndə Abşeron polisinə gəldim. Anamı öldürmək fikrim olmayıb, törətdiyim əməldən peşmançılıq hissi keçirirəm”.

“Atamla ayrılmışdılar”

Təqsirləndirilən şəxsin sözlərinə görə, anası ilə atasının münasibətləri yaxşı deyilmiş: “Atam içki içən idi. Bu səbəbdən anamla yola getmirdilər. Buna görə də münasibətləri pozulmuşdu, məhkəmə qaydasında ayrılmışdılar. Anam atamın ruhuna söyməsəydi, bu cinayət hadisəsini də törədən deyildim. Çünki biz anamı bağışlamışdıq”.

O bildirib ki, qardaşı Rövşən Bakıda universitetdə oxuyub və kirayədə yaşayıb. Cinayət hadisəsindən qardaşının xəbəri olmayıb: “Cinayət törədilən evdə yaşayış yoxdur. Çünki həmin ev təmirsizdir. Rusiyada olan evimizin satıb, həmin evi almışıq. Kənddəki evimizi atam tikdirib”.

Prokuror qeyd edib ki, təqsirləndirilən şəxsin məhkəmə ifadəsi ilə istintaq ifadəsi arasında ziddiyyət var, bu ziddiyyət məhkəmədə araşdırılmalıdır.

Hakim isə bildirib ki, kəskin ziddiyyət olmasa da, ifadənin sonunda kiçik fərq var. Hakim həmin hissəni elan edib. Təqsirləndirilən şəxs istintaqa anasını boğandan sonra yerə yıxıb vurmağa başladığını söyləyib.

Hümbət Nağızadə bildirib ki, ibtidai istintaqa ifadə verəndə özündə olmayıb: “Müddət keçəndən sonra özümə gəlmişəm. İndi yadıma düşüb ki, anam yerə yıxılandan sonra onu vurmamışam. Anamı öldürən zaman da özümdə olmamışam. Birdə ayılandan başa düşdüm ki, anamı öldürmüşəm. Yenə də qətl törətdiyimi anlamadım”.

“İstəmədik ki, ana-övlad arasına girək”

Zərərçəkmiş Fatimə Qurbanovanın hüquqi varisi Etibar Tağıyev ifadəsində bildirib ki, mərhum onun bacısıdır. Onun sözlərinə görə, bacısının hərəkətlərindən xəbəri varmış: “Sonrada eşitdim ki, bacım öz qızını da götürərək evi tərk edib. Bununla bağlı Şəmkir polisinə də şikayət etmişik. Axtarışlardan sonra bacımın Bakıda kirayə yaşadığını öyrəndik. Həmin vaxt bildim ki, bacım övladları ilə barışıb. Bu səbəbdən bacıma bir söz demədik. İstəmədik ana-övlad arasına girək”.

Etibar Tağıyevin sözlərinə görə, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbləri yoxdur: “Bizim onlarla münasibətimiz normaldır. Ərizə ilə məhkəməyə müraciət etmişəm və təqsirləndirilən şəxsi bağışlayırıq. Hökm qəbul edəndə bizim ərizəni əsas götürün və ona yüngül cəza təyin edin”.

Cinayət işi üzrə şahid qismində dindirilən mərhumun kiçik oğlu Rövşən Qurbanov ibtidai istintaqa verdiyi ifadəsini təsdiqləyib: “Evdə anamın başqa kişi ilə telefonda danışmasının şahidi olmuşam. Ondan kiminlə danışdığını, danışdığı nömrəyə baxmaq istədiyimi bildirdim. Anam telefonu yerə çırparaq sındırdı. Bildirdi ki, işinə heç kim qarsa bilməz. Bundan sonra əmimgilə getdi. Gecəni əməmgildə qaldı. Ertəsi günü əmim arvadından anamı və bacımı soruşdum. Onların gecə öz evimizə qayıtdığını bildirdi. Bir neçə gün sonra anam və bacım Bakı şəhərində tapıldı”.

Rövşən Qurbanovun sözlərinə görə, Xırdalanda olan evi təmir edərək, anasının orada yaşaması üçün şərait yaratmaq, bacısını isə onun himayəsindən almaq istəyiblər.

Məhkəmə iclası mayın 8-də davam etdiriləcək.//Teleqraf.com

ESMERRi | 5 yanvar 2016 19:47 | Status: Brilliant user | Şərh: 5 379
Sitat: gece-gunduz
Sitat: BULUTUM
Men haqq vermirem ki,ogul anasini oldurmelidi.Ana bir elinde korpesinin bewiyini bir elinde bir dunya yeliyir.Ancaq Ana olan kes Analiq adini dawiyan qadin bilmelidi ki.ogul qryet ogul namus demekdi.Bes oguluda bew kiwi icinde oturanda namusdan daniwilanda bawi awaqi olmasin.
ESMERRi | 5 dekabr 2015 17:51 | Status: Brilliant user | Şərh: 5 379
Sitat: ESMERRi
Sitat: Nuray S-ova
Allah belə insanlara ağıl versin. Anada da oğulda da günah var.

Sitat: dılay
Bele ananin bawI batsIn

Sitat: Nuray S-ova
Allah belə insanlara ağıl versin. Anada da oğulda da günah var.

Sitat: Nuray S-ova
Allah belə insanlara ağıl versin. Anada da oğulda da günah var.
gece-gunduz | 10 noyabr 2015 00:22 | Status: Gümüş user | Şərh: 1 720
Sitat: BULUTUM
Men haqq vermirem ki,ogul anasini oldurmelidi.Ana bir elinde korpesinin bewiyini bir elinde bir dunya yeliyir.Ancaq Ana olan kes Analiq adini dawiyan qadin bilmelidi ki.ogul qryet ogul namus demekdi.Bes oguluda bew kiwi icinde oturanda namusdan daniwilanda bawi awaqi olmasin.
milashka_167 | 9 noyabr 2015 23:22 | Status: VİP user | Şərh: 1 452
Sitat: dılay
Bele ananin bawI batsIn

Neceki batdi..
ESMERRi | 6 noyabr 2015 15:01 | Status: Brilliant user | Şərh: 5 379
Sitat: Nuray S-ova
Allah belə insanlara ağıl versin. Anada da oğulda da günah var.

Sitat: dılay
Bele ananin bawI batsIn

Sitat: Nuray S-ova
Allah belə insanlara ağıl versin. Anada da oğulda da günah var.

Sitat: Nuray S-ova
Allah belə insanlara ağıl versin. Anada da oğulda da günah var.
Nuray S-ova | 23 oktyabr 2015 18:07 | Status: Qonaq | Şərh: 0
Allah belə insanlara ağıl versin. Anada da oğulda da günah var.
dılay | 23 oktyabr 2015 15:57 | Status: Brilliant user | Şərh: 8 184
Bele ananin bawI batsIn
ESMER | 2 oktyabr 2015 11:37 | Status: VİP user | Şərh: 817
Sitat: Sirli dunyam
Allah uzaq etsin ama o oqula halaldi dilnen basa dusmeyeni ele basa salmaq lazimdir ama oqlana pis oldum heyati mehv oldu beleleri analiq adina layiq deyil gerek hakim ona ceza vermezdi namussuzluq etmeyibki namusunu temizleyib neblim heyatdida her sey goruruk allah sebir versin
Sirli dunyam | 12 avqust 2015 12:01 | Status: Qonaq | Şərh: 0
Allah uzaq etsin ama o oqula halaldi dilnen basa dusmeyeni ele basa salmaq lazimdir ama oqlana pis oldum heyati mehv oldu beleleri analiq adina layiq deyil gerek hakim ona ceza vermezdi namussuzluq etmeyibki namusunu temizleyib neblim heyatdida her sey goruruk allah sebir versin
SaFFir | 1 iyul 2015 19:07 | Status: Qonaq | Şərh: 0
Sitat: Ay_Sun
Sitat: wip wirinka
Allah hec kime gostermesin..

Amin.
Ay_Sun | 6 may 2015 20:57 | Status: Brilliant user | Şərh: 13 409
Sitat: wip wirinka
Allah hec kime gostermesin..

Amin.
lady sweet | 4 may 2015 01:50 | Status: Gümüş user | Şərh: 1 880
Sitat: SEVDA
Oğlunun heyatını mehv etdi...Allah göstermesin....
esma inci | 3 may 2015 22:57 | Status: Gümüş user | Şərh: 1 096
Sitat: wip wirinka
Allah hec kime gostermesin..

aminnnnnnnnnnnnnnnnnnn
Vetenperver | 3 may 2015 19:04 | Status: Professional user | Şərh: 6 700
Oğul anası həmişə gərək hərəkətlərinə fikir versin ki oğlu başı aşağı olmasın,dostlarının yanında utanmasın,ona deməsinlər ki sənin anan faişədir və s. Müqəddəs ana adını daşıyan gərək öz həyatını bu cür əxlaqsızcasına yaşamasın!Abrı həyası namusu olsun!

Sitat: BULUTUM
Men haqq vermirem ki,ogul anasini oldurmelidi.Ana bir elinde korpesinin bewiyini bir elinde bir dunya yeliyir.Ancaq Ana olan kes Analiq adini dawiyan qadin bilmelidi ki.ogul qryet ogul namus demekdi.Bes oguluda bew kiwi icinde oturanda namusdan daniwilanda bawi awaqi olmasin.

0140
SEVDA | 3 may 2015 08:50 | Status: Nəzarətçi | Şərh: 17 441
Oğlunun heyatını mehv etdi...Allah göstermesin....
Dəniz qızı | 3 may 2015 08:31 | Status: Brilliant user | Şərh: 8 019
Sitat: BULUTUM
Ancaq Ana olan kes Analiq adini dawiyan qadin bilmelidi ki.ogul qryet ogul namus demekdi.Bes oguluda bew kiwi icinde oturanda namusdan daniwilanda bawi awaqi olmasin.

0140
meley.......... | 2 may 2015 23:39 | Status: Şərhçi | Şərh: 221
Sitat: BULUTUM
Men haqq vermirem ki,ogul anasini oldurmelidi.Ana bir elinde korpesinin bewiyini bir elinde bir dunya yeliyir.Ancaq Ana olan kes Analiq adini dawiyan qadin bilmelidi ki.ogul qryet ogul namus demekdi.Bes oguluda bew kiwi icinde oturanda namusdan daniwilanda bawi awaqi olmasin.
BULUTUM | 2 may 2015 20:04 | Status: Professional user | Şərh: 7 388
Men haqq vermirem ki,ogul anasini oldurmelidi.Ana bir elinde korpesinin bewiyini bir elinde bir dunya yeliyir.Ancaq Ana olan kes Analiq adini dawiyan qadin bilmelidi ki.ogul qryet ogul namus demekdi.Bes oguluda bew kiwi icinde oturanda namusdan daniwilanda bawi awaqi olmasin.
Kenan25 | 2 may 2015 18:07 | Status: Şərhçi | Şərh: 225
Sitat: boris arxan
Sitat: meley..........
anaya əl qaldirmaq Allahin belasina qeler

anada yolun duz tutaydi
boris arxan | 2 may 2015 15:44 | Status: Professional user | Şərh: 4 784
Sitat: meley..........
anaya əl qaldirmaq Allahin belasina qeler

anada yolun duz tutaydi
meley.......... | 2 may 2015 15:20 | Status: Şərhçi | Şərh: 221
anaya əl qaldirmaq Allahin belasina qeler
BULUTUM | 2 may 2015 14:35 | Status: Professional user | Şərh: 7 388
Sitat: BEATIFUL GIRL
Allah bele ovladlara lenet elesin eziyyet cek boyut axirdada seni oldursun..

Allah bele analara nifret elesin.Boyu beraberinde ogullari olan ana ozunden utanmir barim ogullarindan ututanaydi.Namussuz werefsiz btun exlaqsiz qadinlarin axri bele olsun.hayif uwaqin cavan canindan turmede curuyecek.
birdane | 2 may 2015 13:13 | Status: Professional user | Şərh: 3 726
Sitat: wip wirinka
Allah hec kime gostermesin..
Sunay Elizade | 2 may 2015 10:57 | Status: Gümüş user | Şərh: 2 156
Allah hec kime gostermesin..
KARAGULUM | 2 may 2015 10:51 | Status: Gümüş user | Şərh: 1 433
Allah uzaq elesin...
Real Madrid CF | 2 may 2015 10:49 | Status: Qonaq | Şərh: 0
Allah bele ovladlara lenet elesin eziyyet cek boyut axirdada seni oldursun..