Qadın / Kriminal

18 yaşlı Leylanı cərrah belə öldürdü...

Banu. | 12-04-2015, 21:38
10 846 31
18 yaşlı Leylanı cərrah belə öldürdü...


Azərbaycan Maliyyə-İqtisad Kollecinin tələbəsi Mürsəlova Leyla Namiq qızının martın 17-də özəl klinikaların birində - “StarMed”də burnundan plastik əməliyyat olunmaq istəyinin ona həyatı bahasına başa gəlməsi barədə çox yazıldı. Mətbuatda buna dair çoxsaylı yazılar, xəbərlər verildi.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, o informasiyaların əksəriyyətində belə deyilirdi: 18 yaşlı tələbə qıza əməliyyat üçün narkoz verilən kimi o, dünyasını dəyişib, Leylanın narkozun dozasının yüksək olması səbəbindən öldüyü ehtimal edilir, mərhumun həkimi cərrah Sənan Mehdiyev olub, faktla bağlı araşdırma aparılır və s.



Mərhum Leyla Mürsəlovanın atası Namiq Mürsəlov isə virtualaz.org saytına açıqlamasında bu qandonduran faciənin təfərrüatlarını danışıb, cərrahı və klinikanı ittiham edib.

N.Mürsəlov cərrahın qəbuluna getdikləri gün onunla aralarında olan söhbəti belə nəql edib: “Sənan Mehdiyev qızımın burun çəpərində bir balaca əyriliyin olduğunu dedi. Bildirdi ki, bunu düzəltmək o qədər də çətin iş deyil, sadə əməliyyatdır. Leylanın burnunda əslində qüsur yox idi, amma o, əməliyyatda israr edirdi. Bizsə istəyirdik ki, həkim Leylanı cərrahi müdaxilənin ən sonuncu tədbir olduğuna inandırsın, bunu ən azı dilə gətirsin, uşağı bunun lazımsızlığına inandırsın. Axı istənilən əməliyyat risklidir. Söhbət təkcə sağlamlıqdan yox, ümumiyyətlə, həyati təhlükədən gedir. Həkim isə “sadə əməliyyatdır, heç bir problem olmayacaq” dedi.

Biz cərraha Leylanın uşaqlıqda ürəyində problem olduğunu xatırlatdıq. Fikirləşdik ki, ona bəlkə bu yolla təsir göstərə bilərik, fikrini dəyişər. Cərrah isə yenə özündənrazı halda dedi ki, heç bir qorxulu şey yoxdur, biz əməliyyatları ciddi diaqnozlar və tibbi müayinələr əsasında aparırıq”.

N.Mürsəlovun sözlərinə görə, bundan sonra qızı Leyla da ürəklənib: “Leyla da mənə dedi ki, görürsənmi, ata, qorxulu heç nə yoxdur... Məcbur qalıb əməliyyata razılaşdıq. Kaş razılaşmayaydıq...

Bundan sonra cərrah Sənan Mehdiyev üzünü mənə tutub dedi ki, sən bizim qiymətləri bilirsənmi. Sonra da həkim əlavə etdi ki, bizdəki plastik əməliyyat sizə 1800 manata başa gələcək - 1500 manat əməliyyat üçün, 300 manat da analizlərə və təyin olunan dərmanların alınmasına. Bu dərmanlar isə əməliyyatdan qabaq alınmalı idi”.

Mürsəlovlar ailəsinin ehtiyat etdiyi bir məsələ də olub. Onlar cərrahdan həkimlərin nə tibbi kitabçada, nə də jurnalda qeyd etmədiyi məqamlara diqqət yetirməyi xahiş ediblər. Məsələn, pasiyentin orqanizminin allergik xüsusiyyətlərinin analizi aparılmayıbmış...

Ümumiyyətlə, bu işdə məntiqi suallar doğuran xeyli məqamlar var. Ona görə də Leyla Mürsəlovanın ölümündən şoka düşmüş Yasamal Rayon Prokurorluğunun müstəntiqi Fuad Əhmədovun həqiqəti üzə çıxarması elə də asan olmayıb. Cərrahın xəsisliklə yazdığı pərakəndə qeydlərdən baş çıxarmaq isə daha çətindir.

Bununla belə müstəntiq şahid ifadələri və tibb işçilərinin az inandırıcı, bəzənsə ziddiyyətli izahatları arasında “isti izlər” taparaq bu həqiqəti üzə çıxarmağa nail olub.

17 mart. Saat 8:30. Əməliyyatda iştirak edəcək tibb bacısı Leyla Mürsəlovanı əməliyyat otağına aparır. Həmin otaqda iki nəfər var - cərrah Sənan Mehdiyev və anestezioloq Emin Quluzadə.

Saat 9:49. Cərrah Mehdiyev Mürsəlovlardan görəcəyi işin zəhmət haqqısını almaq üçün əməliyyat otağından çıxır və 1500 manatı alır. Əvəzində hər hansı sənəd, qəbz vermir. Mürsəlovlara yalnız onu bildirir ki, Leylaya narkoz verilib. Bunu deyib yenidən əməliyyat otağına qayıdır.

Saat 9:56. Anestezioloq Emin Quluzadə narkoz altında uzanan Leyla Mürsəlovanın fonunda çəkdirdiyi fotoşəkilini öz facebook səhifəsində paylaşır. O, öz fotoşəkilinin altından Konfutsidən nəsə sitat da.

Saat 10:44. Cərrah Mehdiyev əməliyyat otağından çıxıb kabinetinə keçir və onu gözləyən xəstələrini qəbul etməyə başlayır.

Namiq və Rəsmiyyə Mürsəlovların, həmçinin digər tibb işçilərinin sözlərinə görə, elə bu vaxt klinikada qəribə şeylər baş verməyə başlayır. Mehdiyev qəbulu dayandırır və tələsik şəkildə əməliyyat otağına gedir.

Həmin an isə anestezioloq Emin Quluzadə əməliyyat otağından çıxır. Leylanın anası Rəsmiyyə Mürsəlova ondan qızının narkozdan ayılıb-ayılmadığını soruşur. Quluzadə əlüstü “hələ yox” deyə cavab verərək küçəyə qaçır. Yanında da bir nəfər tez də qayıdır... İkisi də əməliyyat otağına girirlər. Həmin şəxs həkim-reanimatoloq və “StarMed” klinikası həkimlərinin dostu imiş. Cərrahla anestezioloq ondan təcili “StarMed”ə gəlməyi və yaranmış vəziyyətdə onlara kömək etməyi, məsləhət verməyi xahiş edibmişlər.

Leyla Mürsəlova isə özünə gəlmirdi: qan təzyiqi kritik həddə düşmüş, bədəninin temperaturu 42 dərəcəni aşmışdı.

Saat 11:58. Əlindən gələn yardımı göstərən reanimatoloq klinikanı tərk edir. Cərrah Mehdiyev Mürsəlovlar ailəsinə Leylanın “bir balaca probleminin yarandığını” xəbər verir. Sonra da valideynləri ciddi-cəhdlə inandırır ki, qızın həyatına heç bir təhlükə yoxdur.

Lakin N.Mürsəlovun dediyinə görə, burada çox maraqlı məqamlar var. Belə ki, həkimlər Mehdiyev və Quluzadə nə həmin vaxt, nə də sonra - ta saat 15:00-a qədər heç bir iş görməyiblər, artıq ölməkdə olan xəstəni xilas etmək üçün mərkəzi tibb müəssisələrindən daha təcrübəli mütəxəssilər dəvət etməyə heç cəhd də göstərməyiblər. Əgər yardım və ya konsultasiya üçün başqa həkimlər çağırılsaydı, vəziyyəti dəyişmək mümkün ola bilərdi...

Daha bir maraqlı detal. Əsəbləri polad kimi möhkəm olan müstəntiq Fuad Əhmədov qızın meyitini görəndən sonra sadəcə şoka düşməyə bilməzdi. Qızın bütün sinəsi defibrillyatorun təsirindən yanıbmış... Burnunun üstündə çapıqlar varmış... Onun əlləri və ayaqlarında göy ləkələr vardı...

Aydın məsələdir ki, yazıq qızcığaz əməliyyat stolunda qıc olub, uzun müddət çırpınıb. Xəstə çırpındıqca isə həkimlər onu əməliyyat stoluna var qüvvələri ilə sıxmağa çalışıblar...

Burada hələ daha bir şübhəli qəribəlik var. Təhqiqat zamanı o da məlum olub ki, əməliyyatda iştirak edən tibb bacısı daha sonra “özünü pis hiss edib” və işdən tez getməli olub. Buna görə də o gedəndən sonra klinikada nələrin baş verdiyini bilməyib, bunu görə bilməzdi. Tibb bacısı izahatında belə yazıb...

Müstəntiq buna inanmayıb, inana da bilməzdi. Cərrahiyyə əməliyyatlarında iştirak edən tibb bacıları orta tibb personalının elitası sayılır. Onların arasında qorxaqları, ürəksizləri olmur. Onların arasında ciddi seçim aparılır. Əməliyyat onlar üçün adi şeydir. Bu - aksiomadır. Görünür, həmin tibb bacısına “dilini dinc saxlamaq” əmr edilib...

Yaxud “StarMed”dəki “ÇP”-dən xəbər tutub səhərisi gün klinikaya gedən ANS əməkdaşlarının verdiyi izahata baxaq. Təqdim edilən süjetdən də görünür ki, cərrah Mehdiyev onları yaranmış vəziyyətə görə heç bir əməliyyat aparmadığına inandırmaq istəyir...

Əgər belədirsə, onda mərhum qızın sifətindəki çapıqlar nə idi?

“Cərrah mənim qızım üzərində Leyla artıq öləndən sonra əməliyyat aparıb” - deyə N.Mürsəlov israrla bildirir.

Buna inanmaq çətin olsa da deyilənləri yoxlamaq lazım idi. Axı faciəyə gətirib çıxarmış aşağı səviyyəli həkim peşəkarlığı müstəntiq Əhmədovdan ötrü CM-in 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi açmaq üçün əsasa çevrilmişdi.

Ehtiyatsızlıqdanmı? Bəlkə nadanlıq və savadsızlıqdan? Böyük ehtimalla belədir. Sadəcə olaraq CM-də nadanlığa, savadsızlığa və məsuliyyətsizliyə görə məsuliyyətə cəlb etməyi nəzərdə tutan maddə yoxdur...

Leyla Mürsəlova artıq həyatda yoxdur. Onun cəmi 18 yaşı vardı. Martın 17-si onun valideynlərindən ötrü həmişə qara gün olaraq qalacaq..

Janna_1994 | 22 fevral 2016 18:07 | Status: Şərhçi | Şərh: 499
Allah ceza versin bele hekimlere!!!!! qizada ALLAH REHMET ELESIN
Havin. haziran. | 28 oktyabr 2015 16:56 | Status: Qonaq | Şərh: 0
allah rehmet elesin.

nurlana xanim sacinizin ne gozel rengi var bilmek olar hansi kiraskadan istifade edirsiz
ESMER | 26 sentyabr 2015 21:50 | Status: VİP user | Şərh: 817
Sitat: Lumia
Men hele ilk defe bu haqqda xeber yayilanda demisdim ki,narkozun cox verilmesi aglabatan deyil.Narkozdan insan ole biler,eger orqanizm anestezi preparatlarina qarsi cox hessassa ve ya pasiyentin ureyinde,agciyerlerinde ciddi problem varsa.Bunun ucun de narkozun dozasinin az ya cox olmasi onemli deyil.Olen normal dozadan da olecek.Bir de anestezioloq her halda birinci defe deyilmis kimese narkoz verirmis,cox verib oldursun qizi.Qaldi anestezi preparatlarina qarsi allergik reaksiyalarin yoxlanilmasi,bu yoxlanilmir hec bir xestexanada.Sadece xesteden sorusulur bu haqqda.Menden qeyseriyye olanda anestezioloq sorusdu ki,indiye kimi emeliyyat kecirmemisiniz?Dedim yox.Dedi yaxsi bes dis cekdirende ya duzeltdirende lidokaine qarsi nese hansisa allergiya ya diger hessasliq olmayib ki,sizde?Dedim yox.Yani narkoz testi edilmir hec bir xestede.Indi de narkozun verilme vaxti ile 09:49 cerrahin emeliyyat otagini terk edib xesteleri qebul etmeye getdiyi vaxta baxin 10:44.Texminen 1 saat.Eger narkoz verilen kimi qizda agirlasma olsaydi cerrah emeliyyat otagini terk etmezdi.Ne de anestezioloq o veziyyetde sekil cekdirib paylasmazdi.Demek qizin olumu narkozluq deyil,ne olubsa emeliyyatin gedisinde olub.Burnundaki capiqlar,kecen sefer qizin atasinin dediyi burun daxili tamponlar da bunu subut edir.Bir de reanimatoloqun 1 saat sonra getirilmesi.Onagore gunahkar ele Senan Mehdiyevin ozudur.Bir de men basa dusmurem klinikanin oz reanimatoloqu yoxdur beyem,hardansa gedib getirirler?Bu nece xestexanadir?Tibb bacisinin emeliyyati yarimciq terk etmesi ise lap gulmelidir.Neyse duzunu bir ozleri bilir,bir de Allah.Allah qiza da rehmet elesin,cox gencdi yaziq(((Ailesi neler cekir indi kim bilir(((

PS.Qiymetler nece de bahadir.300 manata analiz???Ne analizlerdi ki bunlar?Emeliyyat oncesi umumi qan analizi edilir,kardioqramma bir de agciyerlerin rentgeni vessalam.Bunlar 300 manatdir???300 manata camaat dogur ee.Ceper eyriliyini duzeltmek 1500 azn.Ozu de deyirmis ki,kicik bir emeliyyatdir.Kicik bir emeliyyata bu qeder pul?!Dehset.Kim hansi qiymeti isteyir qoyur xestexanalarda.Sehiyye Nazirliyi hara baxir bes?Bu ozbasinaliq ne vaxta kimi davam edecek?Ne vaxta kimi caresizliyinden istifade edib soyacaqlar camaati?
FarizEhmedli | 18 aprel 2015 17:38 | Status: Şərhçi | Şərh: 198
xeberlere gore tesekurler
SEVDA | 15 aprel 2015 00:10 | Status: Nəzarətçi | Şərh: 17 439
Bele savadsız hekimlerin elleri qurusun.....
Ay_Sun | 14 aprel 2015 11:53 | Status: Brilliant user | Şərh: 13 408
Sitat: Gulus.
Allah rehmet elesin,Allah valideynlerine sebr versin

Amin.
Lumia | 13 aprel 2015 17:25 | Status: Professional user | Şərh: 5 378
Men hele ilk defe bu haqqda xeber yayilanda demisdim ki,narkozun cox verilmesi aglabatan deyil.Narkozdan insan ole biler,eger orqanizm anestezi preparatlarina qarsi cox hessassa ve ya pasiyentin ureyinde,agciyerlerinde ciddi problem varsa.Bunun ucun de narkozun dozasinin az ya cox olmasi onemli deyil.Olen normal dozadan da olecek.Bir de anestezioloq her halda birinci defe deyilmis kimese narkoz verirmis,cox verib oldursun qizi.Qaldi anestezi preparatlarina qarsi allergik reaksiyalarin yoxlanilmasi,bu yoxlanilmir hec bir xestexanada.Sadece xesteden sorusulur bu haqqda.Menden qeyseriyye olanda anestezioloq sorusdu ki,indiye kimi emeliyyat kecirmemisiniz?Dedim yox.Dedi yaxsi bes dis cekdirende ya duzeltdirende lidokaine qarsi nese hansisa allergiya ya diger hessasliq olmayib ki,sizde?Dedim yox.Yani narkoz testi edilmir hec bir xestede.Indi de narkozun verilme vaxti ile 09:49 cerrahin emeliyyat otagini terk edib xesteleri qebul etmeye getdiyi vaxta baxin 10:44.Texminen 1 saat.Eger narkoz verilen kimi qizda agirlasma olsaydi cerrah emeliyyat otagini terk etmezdi.Ne de anestezioloq o veziyyetde sekil cekdirib paylasmazdi.Demek qizin olumu narkozluq deyil,ne olubsa emeliyyatin gedisinde olub.Burnundaki capiqlar,kecen sefer qizin atasinin dediyi burun daxili tamponlar da bunu subut edir.Bir de reanimatoloqun 1 saat sonra getirilmesi.Onagore gunahkar ele Senan Mehdiyevin ozudur.Bir de men basa dusmurem klinikanin oz reanimatoloqu yoxdur beyem,hardansa gedib getirirler?Bu nece xestexanadir?Tibb bacisinin emeliyyati yarimciq terk etmesi ise lap gulmelidir.Neyse duzunu bir ozleri bilir,bir de Allah.Allah qiza da rehmet elesin,cox gencdi yaziq(((Ailesi neler cekir indi kim bilir(((

PS.Qiymetler nece de bahadir.300 manata analiz???Ne analizlerdi ki bunlar?Emeliyyat oncesi umumi qan analizi edilir,kardioqramma bir de agciyerlerin rentgeni vessalam.Bunlar 300 manatdir???300 manata camaat dogur ee.Ceper eyriliyini duzeltmek 1500 azn.Ozu de deyirmis ki,kicik bir emeliyyatdir.Kicik bir emeliyyata bu qeder pul?!Dehset.Kim hansi qiymeti isteyir qoyur xestexanalarda.Sehiyye Nazirliyi hara baxir bes?Bu ozbasinaliq ne vaxta kimi davam edecek?Ne vaxta kimi caresizliyinden istifade edib soyacaqlar camaati?
nurlana nurlana | 13 aprel 2015 17:21 | Status: Gümüş user | Şərh: 1 950
Sitat: Ag Gul
Sitat: Naranin Ureyi
Allah rehmet elesin.
Ag Gul | 13 aprel 2015 16:19 | Status: Professional user | Şərh: 4 333
Sitat: Naranin Ureyi
Allah rehmet elesin.
Sariwka1 | 13 aprel 2015 13:54 | Status: VİP user | Şərh: 1 774
Sitat: Gulya2676
Sitat: Naranin Ureyi
Allah rehmet elesin.
Gulya2676 | 13 aprel 2015 13:39 | Status: Gümüş user | Şərh: 2 586
Sitat: Naranin Ureyi
Allah rehmet elesin.
birdane | 13 aprel 2015 13:31 | Status: Professional user | Şərh: 3 726
allah rehmet elesin oxuya bilmedim ureyim agrayir bele xeberleri oxuya bilmirem
Sunay Elizade | 13 aprel 2015 11:55 | Status: Gümüş user | Şərh: 2 156
Sitat: perishka2
Off ya oxuduqcq ürəyim parçalandı.Allah səbr versin.Belə də vəhşilik olar?
Real Madrid CF | 13 aprel 2015 11:33 | Status: Qonaq | Şərh: 0
Yenede plastik emeliyat...
Dəniz qızı | 13 aprel 2015 09:08 | Status: Brilliant user | Şərh: 8 017
Off ya oxuduqcq ürəyim parçalandı.Allah səbr versin.Belə də vəhşilik olar?
Gulshen. | 13 aprel 2015 08:38 | Status: Qonaq | Şərh: 0
Sitat: Naranin Ureyi
Allah rehmet elesin.
Naranin Ureyi | 13 aprel 2015 08:24 | Status: Gümüş user | Şərh: 1 577
Allah rehmet elesin.
Milashka 1 | 13 aprel 2015 07:35 | Status: Şərhçi | Şərh: 462
Sitat: BULUTUM
Hayif olenin cavan canindan.ne qeder daniwsalarda yuz fikir bir borcu odemir.Allah ozu versin gunahkarin cezasini.
lady sweet | 13 aprel 2015 04:43 | Status: Gümüş user | Şərh: 1 880
Allah rehmet elesin qismetden qacmaqmi olar?
KARAGULUM | 13 aprel 2015 02:21 | Status: Gümüş user | Şərh: 1 433
Allah bedbextliklerden qorusun bizi...cavan sevdiyimi torpaga verdim acisi olunce cixmaz canimdan qanimdan 0106
Narin-Ulker | 13 aprel 2015 01:37 | Status: Gümüş user | Şərh: 2 748
Bu qizida ecel girriyib ele bil burnu normal burunduda ne olmusdu omrunun en gozel vaxtinda getdin qara torpaqa
nilay87 | 13 aprel 2015 00:17 | Status: Şərhçi | Şərh: 303
Her kesin 1alin yazisi var.onun da omru bura qedermis.Allah rehmet elesin.hec kimi mudafie etmek,ya da qinamaq istemirem.yeqin ki,ne qiz olmek isterdi,ne de o hekim bu qizin onun sehvinden olmeyini.Allah bilen meslehetdi.
boris arxan | 12 aprel 2015 23:53 | Status: Professional user | Şərh: 4 784
Sitat: Gulus.
Allah rehmet elesin,Allah valideynlerine sebr versin
Nilay | 12 aprel 2015 23:20 | Status: Qonaq | Şərh: 0
Sitat: Gulus.
Allah rehmet elesin,Allah valideynlerine sebr versin
Gulus. | 12 aprel 2015 23:11 | Status: Professional user | Şərh: 2 436
Allah rehmet elesin,Allah valideynlerine sebr versin
SARAXATUN | 12 aprel 2015 22:42 | Status: Professional user | Şərh: 1 529
Ata anadadi gunah deymirdilerki a bala olmaz emelyat vessalam uwaq cox soz deyer bes valdeyin ne ucundu bawa duwe bilmirem.
Nergiz love | 12 aprel 2015 22:35 | Status: Professional user | Şərh: 7 871
Hamisin oxumadim.oxuduqca meni vahime bürudu.dehsetdi Allah yaxinlarna coxlu sebr versin.
BULUTUM | 12 aprel 2015 22:22 | Status: Professional user | Şərh: 7 387
Hayif olenin cavan canindan.ne qeder daniwsalarda yuz fikir bir borcu odemir.Allah ozu versin gunahkarin cezasini.
sirin bala | 12 aprel 2015 22:20 | Status: Gümüş user | Şərh: 1 669
allah rehmet etdin bu ne dimekdi narkozun dozasi artik olub niye hec kime yox imenea buna cox gelib yeqin orqanzmasi qebul etmeyimm beden atqaz gedeb
bayaz gulum | 12 aprel 2015 22:19 | Status: VİP user | Şərh: 1 050
Duzu oxumadim allah rehmet elesin burnuda ele pis deyilmis emeliyat olmasada gozel imis allah valdeyinlerine sebr versin