Qadın / Kriminal

Pəyədə əxlaqsızlıq – ŞOK TƏFƏRRÜAT

Banu. | 18-02-2015, 18:19
20 845 36
Pəyədə əxlaqsızlıq – ŞOK TƏFƏRRÜAT


Ağdaş rayonun Maşad qəsəbəsində 12 yaşlı Samirə (cinayət işində adı hallanan zərərçəkmişin və onun yaxın qohumlarının adları şərti verilib) qonşusu, 1957-ci il təvəllüdlü Azər Məmmədov tərəfindən zorlanıb. Belə ki, qızının hamilə olmasından şübhələnən ana onu həkimə aparıb. Həkim 12 yaşlı qızın 4 aylıq hamilə olduğunu bildirib. Anası və xalası qızı onu gizlincə Mingəçevirə aborta aparıblar. Lakin həkimlər qızı abort etməyib. Bundan sonra qızı Yevlax rayonuna aparıblar. Orada həkimlər uşağı əməliyyatla götürüblər.

12 yaşlı qız hamilə qalıb Valideynləri 12 yaşlı qızının qonşuları Azər Məmmədov tərəfindən zorlandığı barədə şikayət ediblər. Qız tibbi müayinədən keçirilib. Ağdaş rayon polis şöbəsinin əməkdaşları tərəfindən Azər Məmmədov həbs edilib. Teleqraf.com-un araşdırmasına görə, Samirənin yaşadığı evin yaxınlığında Azər Məmmədovun ərzaq dükanı olub. Samirə dükana ərzaq almağa gedən zaman Azər ona şirə verib. Demə şirənin içinə yuxugətirici dərman da atıb. Qız şirəni içəndən sonra huşunu itirib. Ayılanda isə artıq bakirə olmadığını görüb. Azər Məmmədov 12 yaşlı qızın ayaqlarını və əllərini də bağlayıbmış. Qızın sözlərinə görə, bu barədə anasına danışmağa qorxub. Lakin hamilə qaldıqda artıq olanları deməyə məcbur olub.

Üç maddəli cinayət işi Azər Məmmədov Cinayət Məcəlləsinin 149.3.2-ci (zorlama, yəni, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin insan immunçatışmazlığı virusu ilə yoluxmasına və ya digər ağır nəticələrə səbəb olma), 149.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxsi zorlama) və 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmək) maddələri ilə ittiham edilib. Onun barəsində olan cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

“Samirəyə qarşı əxlaqsız hərəkətlər etməmişəm” Azər Məmmədov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, bildirib ki, üç ildir yаşаdığı evin həyətində olаn özünə məxsus ərzаq mаğаzаsını işlədir: “Mаğаzаnı işlətdiyim vаxtlar qonşuluqdа yаşаyаn İsrafilin qızı Samirə bir neçə dəfə mağazaya gələrək alver edib. Samirə heç vaxt mağazaya tək gəlməyib. Mağazaya gələn zaman heç vaxt Samirəyə qarşı əxlaqsız hərəkətlər etməmişəm. Həmçinin Samirə ilə cinsi əlaqədə olmamışam”.

“Özümdə cinsi zəiflik hiss etmişəm” Təqsirləndirilən şəxs daha sonra qeyd edib ki, qonşusunun qızı Samirəni zorlamaq məqsədilə pəyəyə aparmayıb: “Samirənin əllərini kəndir, аğzını isə dəsmаllа bаğlаmаmışam, onunla cinsi əlaqədə olmamışam. Bu bаrədə Samirənin dedikləri böhtandır”. Azər Məmmədov daha sonra bildirib ki, Samirə ilə qeyri-təbii yollа cinsi əlаqədə olmаyıb. Onun sözlərinə görə, xeyli müddətdir özündə cinsi zəiflik hiss edib, hətta arvadı ilə də intim münasibətdə yaşaya bilməyib. O, ifadəsinin sonunda ibtidai istintaq zamanı təzyiqlər qarşında qalaraq cinsi orqanını Samirəyə sürtməsini etiraf edib.

“Nə demək istədiyini başa düşmədim” Cinayət işi üzrə zərərçəkmiş Samirə bildirib ki, Azər təxminən 2 ildir küçələrinin başında mağaza işlədir: “Mən də Azərin razılığı ilə mağazaya gedərək mağazanın təmizliyinə, həmçinin yeni gəlmiş ərzaqların düzülməsində Azərə kömək etmişəm. Əvəzində isə Azər mənə müxtəlif ərzaq malları verib. Hər gün 2-3 dəfə Azərin mağazasına getmişəm, təxminən 30 dəqiqə Azərə kömək etmişəm. 2013-cü ilin əvvəllərində Azər mənə “mənimlə yаtmаq istəyərsən?” deyə soruşdu. Azərin nə demək istədiyini başa düşmədim. Bu səbəbdən də ona cavab vermədim”

“Azər məni pəyəyə apardı” Zərərçəkmiş daha sonra ifadəsində qeyd edib: “Bu zaman Azər mənə pəyəyə gedərək birgə necə yatmaq lazım olduğunu göstərəcəyini dedi. Bundan sonra Azər məni pəyəyə apardı. Orada Azər pаltаrımı аşаğı çəkdi və özü də soyunaraq arxadan qucаqlаdı (zərərçəkmiş ifadəsinin bu hissəsində Azər Məmmədovun ona qarşı etdiyi əxlaqsızlıq hərəkətlərini çılpaqlığı ilə danışıb. Bu səbəbdən də onun ifadəsinin həmin hissəsini dərc etmirik).

“Azər qəfildən məni tutub ağzımı dəsmalla bağladı” Zərərçəkmişin sözlərinə görə, Azər Məmmədovun əlindən çıxaraq qaçmağa cəhd göstərib: “Amma Azər məni buraxmadı. Bir qədər sonra Azər məni buraxdı və bu barədə heç kimə danışmamağı tapşırdı. Mən də pаltаrımı düzəldib evimizə getdim. Həmin hadisədən sonra mağazadа təmizlik işləri gördüyüm zаmаn Azər mənə yaxınlaşaraq əli ilə sinə və qoluma toxunub. Azərin məni qızı bilərək əzizlədiyini fikirləşmişəm. Həmin hadisədən iki gün sonra yenə mağazada təmizlik işləri apararkən Azər mənə heyvan saxladıqları pəyəyə gedib, orada olan qab-qacağı seçib götürməyi tapşırdı. Azərlə birlikdə qab-qacaq seçmək üçün mağazanın arxasndakı pəyəyə tərəf getdik. Həmin vaxt Azər şüşə stəkanda olаn suyu mənə verdi ki içim. Mən də Azərin verdiyi suyu içdim. Azər qəfildən məni tutaraq ağzımı dəsmalla bağladı. Bundan sonra başım hərləndiyi üçün nə baş verdiyini bilməmişəm”.


“Qorxduğum üçün valideyinlərimə heç nə deməmişəm” Zərərçəkmiş qeyd edib ki, Azər Məmmədov onunla cinsi əlaqədə olan zaman əla-yağını bağlayıb, ağzını dəsmalla tutub ki, səs-küy salmasın: “Özümə gələndə qana bulaşdığımı gördüm. Azərə evimizə getməli olduğumu dedim. O, bu barədə heç kimə deməməyimi, əks halda məni öldürəcəyini bildirdi. Mən evimizə getdim. Qorxduğum üçün bu barədə valideyinlərimə heç nə deməmişəm. Həmin hadisədən sonra da Azər pəyədə bir-neçə dəfə mənimlə cinsi əlaqədə olub”.


Samirənin sözlərinə görə, 2013-cü ilin təxminən fevral ayının sonrarında Azərin mağazasına gedib: “Həmin vaxt Azərə mənim üçün telefon almasını söylədim. Telefonun pulunu işlədiyim pullа ödəyəcəyimi dedim. Təxminən 2-3 gündən sonra Azər Samsung markalı telefonu məni verdi. Anam telefonu aldı və qardaşım vasitəsilə geri qaytardı. İyul ayında tez-tez ürəyim bulandığından anam hamilə olmağımdan şübhələndi və hamiləlik testi aldı. Bundan sonra hamilə qaldığımı bildik. Anam məndən nə baş verdiyini soruşdu. Bu zaman Azərlə aramızda baş verənləri söylədim”. Məhkəmənin hökmü ilə Azər Məmmədov 12 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Azər Məmmədov apelyasiya şikayəti verib. O, şikayətində günahsız olduğunu və barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Azər Məmmədovun şikayəti baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Elçin Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, Azər Məmmədovun apelyasiya şikayəti qismən təmin edilib. Onun cəzası 8 il 6 aya endirilib.
Teleqraf.com

Janna_1994 | 5 fevral 2016 17:08 | Status: Şərhçi | Şərh: 499
Allah irag etsinn bele weylerden
milashka_167 | 19 noyabr 2015 22:21 | Status: VİP user | Şərh: 1 452
Sitat: Leyla Ezizli
Bu hadise mene hec de inandırıcı gelmedi.bu qızın 12yası var nece ola biler ki,bu olmuş şerefsiz buna el qol atır buna yatmaq teklif edib hec bunu basa dusmur. Mence gunahın coxusu qızdadı.basa dusmediyim bir seyde ki,bu qız o olmeliden neye gore telefon isteyirmis. Allah uzaq etsin qız balalarımızda. O qız da heç mesun vicuda oxsamır.
dılay | 15 noyabr 2015 18:34 | Status: Brilliant user | Şərh: 8 184
Allah uzag elesin.
Ayan huseynzade | 9 noyabr 2015 21:05 | Status: Qonaq | Şərh: 0
Qizin caninda da var imiw birinci defe peyede o hadiseden sonra yene niye razi olurdu ki ora getmeye??Demeli özunun de ureyi isteyirmiw xowuna gelibki yenede gedib.O yaxwi bilirdi ki kiwi niye yene aparir onu ora ve 1 defe yox defelerle.Bu uwaqin qani xarab olub ele. 0121

Qiz ozude qizmiw olub ele
ESMERRi | 3 noyabr 2015 00:24 | Status: Brilliant user | Şərh: 5 379
Sitat: ESMER
Sitat: pervin memmedova
insan deyil bunlar

Sitat: pervin memmedova
insan deyil bunlar


Sitat: teenager
Ay Allah dunya bele hara gedir,bu cur serefsizlerle,alcaqlarla bir havani bele udduguna irgenir insan.
ESMER | 23 oktyabr 2015 19:42 | Status: VİP user | Şərh: 817
Sitat: pervin memmedova
insan deyil bunlar

Sitat: pervin memmedova
insan deyil bunlar


Sitat: teenager
Ay Allah dunya bele hara gedir,bu cur serefsizlerle,alcaqlarla bir havani bele udduguna irgenir insan.
pervin memmedova | 27 iyul 2015 15:37 | Status: Qonaq | Şərh: 0
insan deyil bunlar
teenager | 16 iyul 2015 16:53 | Status: Qonaq | Şərh: 0
Ay Allah dunya bele hara gedir,bu cur serefsizlerle,alcaqlarla bir havani bele udduguna irgenir insan.
Mehim | 23 iyun 2015 09:37 | Status: Qonaq | Şərh: 0
Sitat: ●♥ Meley ♥●
ay aman bu nedi Allah lenet elesin 52 yashinda ki kishinin artiq neve netice oynadacaq vaxtidir lenet sene



52 yoxe 58 yash edir. Ahil yashinda get turmede curu. Yaxshi olur ele. Cox nahaqdan da 8 il 6 aya endiribler cezasin. Omurluk edeydiler kash.
Nergiz love | 17 aprel 2015 03:03 | Status: Professional user | Şərh: 7 871
Sitat: Nara88
daha neler esitmedik(((
Turane Fedali | 12 mart 2015 23:23 | Status: Şərhçi | Şərh: 103
Niye ele vicdansizlara az ceza verirler basa dusmurem 12yasinda qiz usagdieee ne eclaf adamiymis
Leyla Ezizli | 12 mart 2015 20:12 | Status: Şərhçi | Şərh: 372
Bu hadise mene hec de inandırıcı gelmedi.bu qızın 12yası var nece ola biler ki,bu olmuş şerefsiz buna el qol atır buna yatmaq teklif edib hec bunu basa dusmur. Mence gunahın coxusu qızdadı.basa dusmediyim bir seyde ki,bu qız o olmeliden neye gore telefon isteyirmis. Allah uzaq etsin qız balalarımızda. O qız da heç mesun vicuda oxsamır.
Narri | 12 mart 2015 11:32 | Status: Qonaq | Şərh: 0
Deyir elin vururdu mene qollarima sineme ele bu orda basa dusmeliydide anasina demeliydi ozge kisi kimdiki seni ezizdesin qiz 9 yasindan sonra yad kisiye haramdi el ele salam vermeli deyil qaldiki ezizdemesi valideynlerindedi gunah sen 12 yasli qizi niye gonderirsen islemeye canin cixsin dunyaya getirmisen saxlada Allah bele valideyinin belasin versin 12 il az veribler o alcaga ona omurluk hebs cezasi verilmeliydi ustelikde guya cinsi zeifliyi olub hemen o "zeif" orqaninda kesib atmaq lazimdiki birde basqa qizlari bedbext elemesin kul senin kisi basina alcaq
Miraj | 4 mart 2015 00:05 | Status: Professional user | Şərh: 2 625
Sitat: nurlana nurlana
Aman Allah. Sen. Uzaq et. Milletin axırı hara gedir. Vayyyyy. Vayyy
nurlana nurlana | 20 fevral 2015 16:15 | Status: Gümüş user | Şərh: 1 950
Aman Allah. Sen. Uzaq et. Milletin axırı hara gedir. Vayyyyy. Vayyy
nurlana nurlana | 20 fevral 2015 16:16 | Status: Gümüş user | Şərh: 1 950
Aman Allah. Sen. Uzaq et. Milletin axırı hara gedir. Vayyyyy. Vayyy
nurlana nurlana | 20 fevral 2015 16:15 | Status: Gümüş user | Şərh: 1 950
Aman Allah. Sen. Uzaq et. Milletin axırı hara gedir. Vayyyyy. Vayyy
Qanad | 20 fevral 2015 08:23 | Status: Yazar | Şərh: 4 357
Gunah qizin anasindadir.12 yawli qizin yawli kiwinin yaninda ne iwi ola biler.Ne bilimeeee bezi analarda qizlarini bow buraxirlar.Sonrada bele hadiseler baw verir.
kristal | 19 fevral 2015 21:27 | Status: VİP user | Şərh: 1 184
Qizin da caninda az olmayib.birinci defe olanda gedib anasına deyerdi de.hele sonralar yene elaqede olub.deseydi birinci defe hec olmasa hamile olmazd

Hele qarwiliginda telefon da isteyi
SEVDA | 19 fevral 2015 14:05 | Status: Nəzarətçi | Şərh: 17 441
Bu werefsizlerin Allah belasını versin....
Mavish | 19 fevral 2015 12:14 | Status: Brilliant user | Şərh: 2 389
Sitat: sevgi istanbul
nese qaranliq qaldi qiz da lap ozunu tupoy kimi aparib ne bilimeeee

həəə,körpə uşaq deyil haa,indiki uşaqlar daha bic ağıllıdılar,hər şeyi də daha yaxşı bilirlər,qızın anasına baxeee qızı üçün hamiləlik testi alıb..ncncnc
Ay_Sun | 19 fevral 2015 11:27 | Status: Brilliant user | Şərh: 13 409
Sitat: xeyalə
Biyabircilig bas alib gedir.,yasindan basindanda utanmire nc nc nc nc
isabala | 19 fevral 2015 10:32 | Status: Şərhçi | Şərh: 457
belesine olum hokmu verilse yaxşidi
Vetenperver | 19 fevral 2015 10:26 | Status: Professional user | Şərh: 6 700
Günah valideynində olub.Ana necə ana olub ki qızının saatlarda yad kişinin mağazasında işləməsini görməyib bilməyib.Ümumiyyətlə heç qızından xəbəri olmayıb,tərbiyyəsi ilə məşğul olmayıb,başdı başına buraxıb.Vaxtında qızını döyməyən sonra dizini döyər.Bu azğın kişidə görüb valideynləri maraqlanmır qızları ilə fürsətdən istifadə edib.Alçaqlıq edib!Amma ən böyük səhvi valideyni edib.
Inci deniz | 19 fevral 2015 01:33 | Status: Yazar | Şərh: 2 379
Tfu senin kisiliyine,eger varsa
BULUTUM | 18 fevral 2015 23:33 | Status: Professional user | Şərh: 7 388
Aman Allah.men bele bawa duwdum bu qizin raziliqi ile olub sonralar.neise Allah bele werefsiz belasin versin.
xeyalə | 18 fevral 2015 22:55 | Status: Qonaq | Şərh: 0
Biyabircilig bas alib gedir.,yasindan basindanda utanmire nc nc nc nc
SEVA | 18 fevral 2015 22:38 | Status: Professional user | Şərh: 5 150
nese qaranliq qaldi qiz da lap ozunu tupoy kimi aparib ne bilimeee
Allah lenet etsin bele serefsizlere
Mavish | 18 fevral 2015 21:30 | Status: Brilliant user | Şərh: 2 389
Mən qızı da qınayıram görür ona əl qol atır vacibdi təmizliyə gedə,özünü 3 yaşındakı tupoy uşaq kimi aparıb
my life is music | 18 fevral 2015 20:27 | Status: Gümüş user | Şərh: 736
AYIB OLSUN BELE SREFSIZLERE sad