Qadın / Kriminal

Başqa kişilərlə oturub-durmaqda şübhələndiyi üçün anasını boğub öldürən oğlan danışdı

Banu. | 24-10-2014, 07:15
2 070 14
Başqa kişilərlə oturub-durmaqda şübhələndiyi üçün anasını boğub öldürən oğlan danışdı


Dünən Xırdalanda baş verən qətlin təfərrüatları bəlli olub.

AzadQadin.az saytı vesti.az-a istinadənxəbər verir ki, qətl hadisəsi Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsində yerləşən 12 mərtəbəli yeni yaşayış binasının 11-ci mərtəbəsində baş verib.

Günün qurbanı olan 1971-ci il təvəllüdül Qurbanova Fatimə Oruc qızı öz oğlu, Rusiya vətəndaşı Hümbət Elşən oğlu Nağızadə tərəfindən boğularaq öldürülüb. H.Nağızadə qətli törədəndən sonra dərhal poli idarəsinə gedərək təslim olub.

Məlumata görə, H.Nağızadə Sankt-Peterburq şəhərində yaşayır və Bakıya da təxminən bir ay öncə tətilə gəlibmiş.

H.Nağızadə ilkin istintaq zamanı deyib ki, anasını başqa kişilərlə oturub-durmaqda şübhələndiyi üçün öldürüb. Hümbət deyib ki, Qafqaz Universitetində oxuyan kiçik qardaşı onunla söhbətində anasından başqa kişilərlə oturub-durmasından şübhələndiyini deyib.

Lakin Hümbət Nağızadə müstəntiqlərin ona ünvanladığı “sizin və qardaşınızın bu şübhələri düz çıxdımı” sualına “yox” deyə cavab verib. O deyib ki, anası günahsız olduğunu bildirib.

Buna baxmayaraq gənc oğlan anasına inanmayıb və onu boğaraq qətlə yetirib.

“Öldürülən qadının əri Elşən Nağzadə iki il bundan əvvəl vəfat edib. Fatimə Qurbanova yüngül əxlaqlı qadına oxşamayıb. Heç qonşuları da onun haqqında pis heç nə demirdilər. Deyirdilər ki, başıaşaağı qadındır. Amma sadəcə yalnız quru şübhə qətllə nəticələnib” - deyə hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

Onu da bildirək ki, mərhumə F.Qurbanova üç uşaq anası olub. Onun ən kiçik uşağı qızdır.

SEVA | 25 oktyabr 2014 19:46 | Status: Professional user | Şərh: 5 150
en dogrusunu Allah bilir
gulya20 | 24 oktyabr 2014 23:56 | Status: Professional user | Şərh: 4 677
Kim bilir belke bedbaxt qizinin hec gunahi yox imis.Sey kopeyoglu.Arasdirmamis gunah is gordu.

Sitat: Gul
Ay Allah cinayet adilesib artiq.kim isteyir oldurur ,mence cezalar agirlasmalidi insanlar hebse girmeye qorxmalidilar ,bele olmaz axi

Duzdu,gedib 9-10 il yatib cixacaq.20-25 il olsa belke cekinerler.
fea | 24 oktyabr 2014 22:27 | Status: Gümüş user | Şərh: 1 737
Sitat: Vetenperver
Düzünü Allah bilir.Amma faktdır ki əxlaqsızlıq baş alıb gedir.

tam dogruu
Vetenperver | 24 oktyabr 2014 19:47 | Status: Professional user | Şərh: 6 700
Düzünü Allah bilir.Amma faktdır ki əxlaqsızlıq baş alıb gedir.
Laura81 | 24 oktyabr 2014 19:09 | Status: VİP user | Şərh: 1 275
ureyim sixildi bu xeberlerden cox pis oluram haqsizliq bas alib gedir o qeder merdi mezar varki belkede fitneye gedib yaziq usaq
Nara88 | 24 oktyabr 2014 15:37 | Status: Professional user | Şərh: 4 253
bu son 3 gunde neler esitdik((
Ay_Sun | 24 oktyabr 2014 12:12 | Status: Brilliant user | Şərh: 13 408
Sitat: Hayka
Qulaqimiz daha melee ewidecek.

Duzdur bacim.
BULUT | 24 oktyabr 2014 11:12 | Status: Qonaq | Şərh: 0
bax ay yetim bu yarasardimi sene /gunahsiz ana ozunde bos yere hebsde mehv olacaqsan /eh
Hayka | 24 oktyabr 2014 10:09 | Status: Şərhçi | Şərh: 396
Qulaqimiz daha melee ewidecek.
Elgun_Azizov | 24 oktyabr 2014 09:48 | Status: Professional user | Şərh: 1 393
Əcəb edib hər kimki ləkə gətirir qeyrət üstündə hər şey olar. Yəqin fahişəliy edirmiş... Ona görə hər zaman deyirəm Ana adına laiq olanlara övlad nəsib etsin.. Yohsa hər fahişəyə deyil. Uşaq özü belə utanır sonra...
SEVDA | 24 oktyabr 2014 09:22 | Status: Nəzarətçi | Şərh: 17 439
Allah her kese xeyirli övlad versin....
Dəniz qızı | 24 oktyabr 2014 08:41 | Status: Brilliant user | Şərh: 8 017
Pay atonnan Azərbaycan kriminal ölkəyə döndü ki.
ada.. | 24 oktyabr 2014 08:25 | Status: Qonaq | Şərh: 0
Ay Allah cinayet adilesib artiq.kim isteyir oldurur ,mence cezalar agirlasmalidi insanlar hebse girmeye qorxmalidilar ,bele olmaz axi
ehtibar | 24 oktyabr 2014 07:36 | Status: Gümüş user | Şərh: 2 547
arada qizi bedbext olacaq