Qadın / Kriminal

İnterpol bu azərbaycanlı qadınları axtarır - Müdhiş səbəblər: Fotolar

Banu. | 13-10-2014, 19:55
4 215 20
İnterpol bu azərbaycanlı qadınları axtarır - Müdhiş səbəblər: Fotolar
 

Beynəlxalq Polis Təşkilatının – İnterpolun axtarışına verilən şəxslər bölməsində 14 nəfər azərbaycanlı qadının da adı var.

AzadQadin.az Modern.az-a istinadən hazırda təqib olunan həmin qadınların siyahısını təqdim edir.

1983-cü il təvəllüdlü Noval Səlimzadə noyabrın 20-də Bakıda anadan olub. 1. 72 metr boyundadır. Qrup şəklində həyata keçirilmiş cinayətlərdə ittiham olunaraq axtarışa verilib. Türk və rus dillərini bilir.

12 may 1981-ci il tarixdə Şəmkirdə anadan olan Gülşən Əhmədovanın 1.51 metr boyu var. Türk və rus dillərini bilir. O, iki və daha çox şəxsə qarşı həyata keçirilən insan alverinə, həmçinin qadınları fahişəliyə cəlb etmə maddələrinə görə beynəlxalq axtarışdadır.

1971-ci il dekabr ayının 13-də Hacıqabul şəhərində anadan olan Təranə İbrahimova 1.6 boyundadır. Rus və türk dillərini bilir. Qabaqcadan təşkil edilən dəstə tərəfindən insan alverində, bir neçə şəxslə əlbir olub qadınları fahişəliyə cəlb etmədə ittiham olunur.

1956-cı il avqustun 1-də Füzuli rayonunda anadan olmuş Klara Məmmədova isə geniş miqyasda fırıldaqçılıq ittihamı ilə İnterpolun siyahısına düşüb.

Qubada dünyaya gələn Sevinc Səlimova xuliqanlıqda ittiham olunur. 2 fevral 1971-cildə doğulan bu qadın rus dilini də bilir.

Genişmiqyaslı fırıldaqçılıqla axtarışa verilən Tamam Abdullayeva 7 dekabr 1962-cildə Qubada anadan olub.

18 oktyabr 1954-cü il doğumlu Xalidə Məlikova 1.65 metr boyundadır. Türkmənistanın Aşqabad şəhərində anadan olan azərbaycanlı qadın fırıldaqçılıqda ittiham olunur.

25 iyul ayının 1962-ci ildə Füzulidə anadan olan Almaz Abbasova 1.58 metr boyundadır. Fahişəliyə cəlb etmədə ittiham olunur.

 Vergidən yayınmaqda günahlandırılan Xeyransa Həsənova 1 noyabr 1951-ci ildə Salyan rayonunda anadan olub.

19 yanvar 1978-ci ildə Goranboyda anadan olan Şöhrət Məmmədova 1.58 metr boyundadır. O, qrup şəklində insan alveri, həmçinin fahişəliyə cəlb etmə maddələri ilə beynəlxalq axtarışa verilib.

Alidə Mikayılova 5 aprel 1981-ci ildə Qubanın Qonaqkənd kəndində doğulub. İnsan alveri və fahişəliyə cəlb etmədə ittiham edilir.

27 noyabr 1947-ci ildə Masallı şəhərində doğulan Rəna Həsənova 1.5 metr boyundadır. Genişmiqyaslı zərərə səbəb olduğu üçün axtarışdadır.

1.7 metr boyunda olan, 18 iyun 1956-cı ildə Biləsuvarda doğulan Məlahət Əsədəova mütəşəkkil cinayətlərdə ittiham edilir.

Gülzar Məmmədova 25 mart 1968-ci ildə Ağdaş rayonunun Qoşabulaq kəndində doğulub. İnsan alverində ittiham olunaraq beynəlxalq axtarışa verilib.


 


ESMERRi | 23 fevral 2016 12:29 | Status: Brilliant user | Şərh: 5 379
Sitat: Cicim İncim
Şəkillərinə belə baxanda ətim biz -biz oldu
ESMER | 24 oktyabr 2015 14:52 | Status: VİP user | Şərh: 817
Sitat: Cicim İncim
Şəkillərinə belə baxanda ətim biz -biz oldu
Cicim İncim | 18 avqust 2015 21:33 | Status: Gümüş user | Şərh: 2 457
Şəkillərinə belə baxanda ətim biz -biz oldu
SaFFir | 21 iyun 2015 17:25 | Status: Qonaq | Şərh: 0
Qadinlari exlaqsizliga mecbur eliyenleri Allah nece bilir ele elesin
Ay_Sun | 15 oktyabr 2014 17:17 | Status: Brilliant user | Şərh: 13 409
Allah uzaq olsun.Daha neler esidecik.
NURLU | 15 oktyabr 2014 10:40 | Status: Professional user | Şərh: 5 552
Sitat: Laura81
uzaq olsun bune ya
Vetenperver | 14 oktyabr 2014 23:16 | Status: Professional user | Şərh: 6 700
Qadınları faişəliyə əxlaqsızlığa təhrik edən qadınlar olur,sonrada deyirlər kişilər belə helə,kişilərin adı çıxıb,amma nə qədər qızları iş adıynan aldadıb faişəliyə sürükləyən qadınlar var.Elə o yola düşən qadınlarında ağlı və əxlaqı olmayıb,çünki tərbiyyəli qız heç vaxt tanımadığı adamnan xaricə işləməyə getməz.Ümumiyyətlə qadınlara yaraşmır mütəşəkkir cinayətlərdə iştirak etmək.Ayıb olsun!
ehtibar | 14 oktyabr 2014 21:10 | Status: Gümüş user | Şərh: 2 547
dehwetdir bilmirem hara kimi qaca bilecekler
BULUT | 14 oktyabr 2014 18:50 | Status: Qonaq | Şərh: 0
allah uzaq etsin
Aynur_Mezahirli | 14 oktyabr 2014 10:49 | Status: Qonaq | Şərh: 0
Utanmirlarda angry
ada.. | 14 oktyabr 2014 07:49 | Status: Qonaq | Şərh: 0
Masallah nede maraqlidir bunlara qadin alveri .....utanmazlar
Laura81 | 14 oktyabr 2014 01:18 | Status: VİP user | Şərh: 1 275
uzaq olsun bune ya
HaziranGecesi | 14 oktyabr 2014 00:40 | Status: Şərhçi | Şərh: 273
bele qadinlar gorende soz tapmiram,cunki,onlar ucun her hansi soz bele coxdur.
Nur | 13 oktyabr 2014 23:55 | Status: Professional user | Şərh: 3 988
Sitat: SEVDA
Qadın adına lekedirler bunlar.....
SEVDA | 13 oktyabr 2014 23:50 | Status: Nəzarətçi | Şərh: 17 441
Qadın adına lekedirler bunlar.....
SEVA | 13 oktyabr 2014 23:15 | Status: Professional user | Şərh: 5 150
sekiller acmadi ama belelerini sirixlayardim
fea | 13 oktyabr 2014 22:48 | Status: Gümüş user | Şərh: 1 737
indi acildi sekiller
birdane | 13 oktyabr 2014 22:00 | Status: Professional user | Şərh: 3 726
vay vay ........
Sitat: f e a
eyyyy bu sekiller acmirsa onda niye qoyursuz

Baci sekillerin hamisi acliib
fea | 13 oktyabr 2014 20:21 | Status: Gümüş user | Şərh: 1 737
eyyyy bu sekiller acmirsa onda niye qoyursuz