Qadın / Kriminal

Sumqayıtda ailə dramı-Başqa kişi ilə yaşadığı üçün dini nikahda olduğu arvadını və qayınanasını öldürdü

Banu. | 25-09-2014, 09:28
18 162 33
Sumqayıtda  ailə dramı-Başqa kişi ilə yaşadığı üçün dini nikahda olduğu arvadını və qayınanasını öldürdü


Başqa kişi ilə yaşadığı üçün dini nikahda olduğu arvadını və qayınanasını öldürdü Sumqayıt şəhər sakini, 1980-ci il təvəllüdlü Zöhrab Hüseynov həyat yoldaşını və qayınanasını öldürüb. AzadQadin.az Teleqraf.com-a istinadən xəbər verir ki, hadisə 2013-cü ilin oktyabrın 24-də baş verib. Zöhrab Hüseynov boşandığı arvadı Tehranə Emiyevanın cəza çəkdiyi müddətdə Anar İsmayılov adlı şəxslə qeyri-rəsmi nikahda yaşadığını bilib və bu səbəbdən qısqanclıq zəminində onu qəsdən öldürmək qərarına gəlib.
O, cəzaçəkmə müəssisəsindən azadlığa buraxıldıqdan beş gün sonra - oktyabrın 24-də, saat 14 radələrində bıçaqla silahlanaraq Tehranə Emiyevanın yaşadığı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən 42 saylı evə gəlib. Zöhrab qayınanası Ədilə Əmiyevanın da orada olduğunu görüb. Buna görə də o, həm arvadını, həm də qayınanasını öldürmək qərarına gəlib. Ədilə Əmiyevanın yalvarışlarına əhəmiyyət verməyən Zöhrab Hüseynov ana və qızına çoxsaylı bıçaq zərbələri vuraraq, onları öldürüb.
“Məhkəmə qaydasında boşandıq” Zöhrab Hüseynov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə ittiham edilib və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə Zöhrab Hüseynov elan edilmiş ittiham üzrə özünü təqsirli bilib. O, bildirib ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində qonşuluqda yaşayan Tehranə Emiyeva ilə 2002-ci ildə ailə qurub, nikahdan sonra övladları Zaur və Fidan anadan olublar: “2006-cı ildə Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişəm. Tehranə ilə əvvəllər münasibətlərim mehriban olsa da, 2009-cu ildən narkotik vasitə istifadə etməyə başladıqdan sonra münasibərimiz pozulmağa başlayıb.
Narkotik vasitədən müalicə olunsam da, sonradan təkrar qurşandığım üçün Tehranə uşaqları ilə birlikdə atası evinə qayıtdi. 2011-ci ildə məhkəmə qaydasında boşandıq”. “Tehraniyə “başını kəsəcəyəm dedim” Təqsirləndirilən şəxsin sözlərinə görə, 2012-ci ildə Cinayət Məcəlləsinin 29,177 və 234.1-ci maddələri ilə Nəsimi rayon məhkəməsi tərəfindən 1 il 8 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub: “Cəza çəkmə müəssisəsində olarkən, bir neçə dəfə Tehranəyə zəng etdim. Uşaqlarla danışmaq istədiyimi desəm də, Tehranə buna imkan vermədi. Təxminən 2012-ci ilin dekabr ayında Tehranəyə zəng etdim. Tehranə ailə qurduğunu, onu narahat etməməyimi söylədi. Tehranəyə “günüvü say, azadlıqa çıxıb sənin başını kəsib qabağına qoyacam” sözlərini dedim. Hədə-qorxu gəldiyim üçün Tehranənin atası Akif Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinə zəng edərək, bu barədə şikayət ərizəsi verib. Cəza çəkmə müəssisəsində Tehranəni narahat etməməyimlə əlaqədar iltizam vermişəm və bundan sonra Tehranə ilə əlaqə saxlamamışam. Tehranənin Tağıyev qəsəbəsində yaşayan, məişət avadanlıqlarının satışı ilə məşğul olan, qiyabi tanıdığım Anar adlı şəxslə qeyri-rəsmi nikahda yaşadığını bilmişəm. Əsəbimdən özümə yer tapmamışam. Azadlığa çıxdıqdan sonra Tehranəni öldürmək qərarına gəlmişəm”.
“Tehranə dedi ki, camaat sənə gülür, səninlə kəbinim ola-ola başqası ilə ailə qurmuşam” Zöhrab Hüseynov deyib ki, oktyabrın 19-da azadlığa çıxdıqdan sonra əvvəlcə Abşeron rayonu, Novxanı kəndində yerləşən atasının məzarına baş çəkib: “Daha sonra uşaqlarımı görmək üçün Tehranənin yaşadığı atası evinə yollansam da, Tehranə qapını üzümə bağlayıb. O, uşaqları görmək üçün polislə birlikdə gəlməyimi dedi. Bir söz deməyib, yaxınlıqda yaşayan atamın evinə getdim. Qardaşım, anam və yaxınlarım ilə görüşdüm. Həmin günü axşam tərəfi saat 18 radələrində Tehranənin atası Akiflə danışmaq məqsədilə ona zəng etdim. Akifə uşaqları görmək istədiyimi bildirdim. Akif də polislə gəlməyimi məsləhət gördü. Söhbət zamanı Akifdən Tehranənin başqa insanla yaşamağı barədə maraqlandım. Akif Tehranənin Anarla yaşadığını, onun həyatına qarışmamağımı bildirdi. Akif hərənin öz yolu olduğunu dedi. Bu zaman Akifin dediklərini təsdiqlədim və sadəcə, uşaqlarımı görmək istədiyimi izah etdim. Bu vaxt digər xəttdə Akiflə danışığımı dinləyən Tehranə polislə və ya məhkəmə qərarı ilə uşaqlarını görəcəyimi dedi. Söhbət əsnasında ona elədiyi hərəkətin, ailəli adamla yaşamağın uşaqlarının adına yaraşmadığını dedim. Tehranə dedi ki, camaat sənə gülür, səninlə kəbinim ola-ola başqası ilə ailə qurmuşam. Bundan sonra o dəstəyi yerə qoydu”.
“Oğlumun “sən atamız deyilsən” deməsi mənə ağır təsir etdi” Təqsirləndirlən şəxsin sözlərinə görə, növbəti gün ərazi üzrə sahə müvəkkilinə müraciət edib və qardaşı Ramizlə uşaqlarını görmək üçün Tehranənin yaşadığı evə yollanıb: “Həyətdə olan otaqda oğlum və qızım ilə görüşdüm. Uşaqlarım mənə qarşı soyuq idilər.
Hətta oğlumun “sən atamız deyilsən, bizim atamız var” deməsi mənə ağır təsir etdi. Akifə uşaqlarımın nə üçün belə danışdığını sual etdim. O, bu sualıma cavab vermədi. Tehranənin kiminlə yaşamasını soruşdum. Akif Tehranənin evli olan Anarla birlikdə yaşadığını, ailə qursa da, qurmasa da, birlikdə yaşayacaqlarını dedi. Növbəti üç gün Tehranədən xəbəri olmadı. Həmin müddətdə Sumqayıt şəhərinə gedərək qohum-əqrəbə, dost-tanışla görüşdüm. Oktyabrın 23-də bütün günü evdə oldum və axşam qardaşım Ramiz, bibioğlu Rəfael və ailəsi ilə birlikdə yaşadığım evdə yeyib-içdik”. “Tehranə "kişiliyin çatmaz" dedi” Onun ifadəsinə görə, Tehranənin başqası ilə yaşaması ona ağır gəldiyindən özünü yaxşı hiss etməyib: “Bu vəziyyətin gələcəkdə övladlarıma da pis təsir edəcəyini, söhbəti uzatmağa ehtiyac olmadığını düşündüm. Buna görə də Tehranəni öldürmək qərarına gəldim.
Bu məqsədlə evdə olan mətbəx bıçağını götürərək Tehranənin yaşadığı evə getdim. Orada Tehranənin uşaqları dərsə aparmasını gözldim. Onun saat 13:15-də uşaqları məktəbə qoyduqdan sonra evə doğru getdiyini gördüm. Tehranə evə girmək istəyəndə onun ağzından tutaraq bıçağı boğazına dirədim və birlikdə evə girdik.
Tehranəyə bəzi məsələləri araşdırmağa gəldiyimi dedim. Bu zaman qayınanam Ədilə qarşımda dayandı. Səs-küy saldıqları təqdirdə bıçaqla vuracağımı dedim. Bıçağı görən Tehranə və anası sakit dayandılar. Onlar nə istədiyimi soruşdular. Nə üçün ailəmi dağıtdıqlarını, dini nikahları ola-olaTehranənin niyə başqası ilə yaşadığını, uşaqlarının adına ayıb olduğunu, camaatın onlara güldüyünü dedim. Tehranə "camaat sənə gülür, səninlə kəbinim ola-ola başqasıyla yaşayıram" dedi. Söhbət əsnasında Ədilə onu öldürüb, qızına əl vurmamağımı xahiş etdi. Tehranə isə "kişiliyin çatmaz onu öldürməyə" ifadəsini bir neçə dəfə səsləndirdi. Bundan əsəbləşərək Tehranənin boğaz nahiyyəsindən bir neçə zərbə vurdum. Qızını vurduğumu görən Ədilə üstümə gəldi. Onu da bıçaqla vurdum. Onların öldüyünə əmin olandan sonra bıçağın qanını mətbəxdə yudum. Sonra güzgüdə üst-başımın qanlı olub-olmamasını yoxladım. Paltarımın qana bulaşmadığından əmin olandan sonra evdən çıxdım. Qardaşıma zəng edərək harada olması ilə maraqlandım. O, evdə olduğunu dedi. Bundan sonra yaşadığım evə getdim. Evdə heç nə olmamış kimi hərəkət etdim və qardaşıma şəhərə gedəcəyimi dedim. Qardaşımdan pul aldım və baş verən hadisə barədə bir söz demədim. Sonra birbaşa Sumqayıt şəhər Polis İdarəsinə gəldim və törətdiyim cinayəti etiraf etdim”.
“Qızım ikinci arvad kimi yaşamağı qəbul edib” Zərərçəkmişlərin hüquqi varisi Akif Emiyev deyib ki, qızı Tehranənin ailəsində tez-tez söz-söhbətlər olub. Onun sözlərinə görə, yeznəsi həbs olunandan sonra qızı başqası ilə ailə həyatı qurub. O, deyib ki, bundan sonra Zöhrab Hüseynov zəng edərək qızına hədə-qorxu gəlib. O, əlavə edib ki, bununla bağlı 2-ci polis bölməsinə şikayət edib. Onun şikayəti əsasında polislər Zöhrab Hüseynovdan izahat alıblar: “Tehranə 2011-ci ildə Zöhrabdan boşandıqdan bir müddət sonra H.Z.Tağıyev qəsəbəsində yaşayan, ailəli olan Anar adlı şəxslə yaxın münasibət qurub. Qızım Anara arvadını boşamağa ehtiyacı olmadığını deyib, ikinci arvad kimi yaşamağı qəbul edib. Anar da qızım Tehranəyə ailəsi kimi baxıb, yaşadığı evə gəlib gedib. Anarın ailəsi hətta qızım Tehranə üçün evimə elçi gəlib. 2013-cü ilin mart ayında nişan mərasimi də olub”.
Şahid qismində ifadə verən Anar İsmayılov deyib ki, 2011-ci ildə Zöhrab Hüseynovadan boşandıqdan sonra Tehranə Emiyeva ilə ünsiyyət quraraq faktiki evlənib: “2012-ci ilin dekabr ayında Tehranədən Zöhrabın cəza çəkmə müəssəsindən zəng edərək, onu öldürəcəyi ilə hədələdiyini və bu səbəbdən Tehranənin atası Akifin Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinə şikayət ərizəsi verdiyini eşitdim. 24 oktyabr 2013-cü ildə saat 14 radələrində Tehranə uşaqları məktəbə qoyub evə qayıdarkən onunla telefonla danışdım.
Təxminən saat 15 radələrində yenidən Tehranəyə zəng etsəm də, cavab vermədiyini gördüm. Narahat olduğum üçün ev telefonuna zəng etdim. Yenə də cavab verən olmadı. Qısa müddət sonra dükana gələn qəsəbə sakinlərindən Zöhrabın polis maşını ilə qəsəbədən aparıldığını eşitdim.
Bundan sonra dərhal Tehranənin yaşadığı ünvana gəldim. Orada Tehranə ilə Ədilənin Zöhrab tərəfindən amansızcasına öldürüldüyünü bildim”. Məhkəmə digər sübutları araşdırandan sonra hökm elan edib. Məhkəmənin hökmü ilə Zöhrab Hüseynov ömürlük azadlıqdan məhrum edilib. Hacı Zeynalov

B.Fereh | 11 mart 2016 14:23 | Status: Nəzarətçi | Şərh: 6 976
Delixanadi......
Janna_1994 | 6 fevral 2016 14:22 | Status: Şərhçi | Şərh: 499
oxumadim ama uzaq olsun
dılay | 8 noyabr 2015 17:22 | Status: Brilliant user | Şərh: 8 184
Allah uzaq Etsin
ESMER | 2 oktyabr 2015 11:38 | Status: VİP user | Şərh: 817
Sitat: Vetenperver
Qadınlar başa düşmürlər ki əgər ortada uşaq varsa keçmiş ər yenədə qısqanacaq çünki uşaqlarının anasıdır,əgər uşaqlarının anası pis yola düşürsə bu uşaqlarına adına pisdir,kişidə uşaqlarını çox istədiyi üçün,istəmir uşaqlarını sabah ələ salsınlar ki anan belədir elədir,başları aşağı olmasını istəmir ona görə belə qısqanıb.Bir ana gərək bunları düşünə,əxlaqsız olmaya.
Bunu başa düşmək üçün professor olmaq lazım deyil.
ESMER | 20 sentyabr 2015 23:40 | Status: VİP user | Şərh: 817
Allah uzaq eləsin
Nagizade.Leyla | 21 iyun 2015 15:06 | Status: VİP user | Şərh: 1 321
Allah uzaq elesin
anar1985 | 12 may 2015 05:13 | Status: Qonaq | Şərh: 0
getdikce bu olkede yasamaq adam isdemir
terane--88 | 16 fevral 2015 14:30 | Status: Şərhçi | Şərh: 67
evveller bele xeberler oxuyanda eseblewirdimki kime gorese omurluk turmede yatmaga deymez.Ama indi bawa duwuremki anliq eseb istenilen sehv hereket atdira bilir insana:(
nurlana nurlana | 9 fevral 2015 21:38 | Status: Gümüş user | Şərh: 1 950
Vay vayyyyyy. Allah uzaq et ......
QERIB INSAN | 14 noyabr 2014 20:05 | Status: VİP user | Şərh: 567
Tesekkurler
Mehriban Sәma | 13 noyabr 2014 13:05 | Status: Qonaq | Şərh: 0
Bunlarin qibtә edilәcәk ailәlәri vardi vay vay.......O anari da taniykram deyilәnә görә әclafin biridi
Miraj | 3 noyabr 2014 23:17 | Status: Professional user | Şərh: 2 625
Sitat: N....N92
Sitat: gulya20
Cox uzundu oxumadim.
N....N92 | 27 sentyabr 2014 12:33 | Status: Professional user | Şərh: 4 351
Sitat: gulya20
Cox uzundu oxumadim.
BULUTUM | 27 sentyabr 2014 09:11 | Status: Professional user | Şərh: 7 388
Sitat: Lumia
Sitat: Vetenperver
Qadınlar başa düşmürlər ki əgər ortada uşaq varsa keçmiş ər yenədə qısqanacaq çünki uşaqlarının anasıdır,əgər uşaqlarının anası pis yola düşürsə bu uşaqlarına adına pisdir,kişidə uşaqlarını çox istədiyi üçün,istəmir uşaqlarını sabah ələ salsınlar ki anan belədir elədir,başları aşağı olmasını istəmir ona görə belə qısqanıb.Bir ana gərək bunları düşünə,əxlaqsız olmaya.
Bunu başa düşmək üçün professor olmaq lazım deyil.

Bes yaxsi ata narkoman olanda usaqlarina ne deyecekler?Ele salmayacaqlar ki,ataniz narkomandir,hebsde yatib cixib?Gunahin en boyuyu kisidedir ki,vaxtinda ailesine sahib cixa bilmeyib,indi "qeyret"e gelib oz aleminde.Usaqlarini seven ata,birinci onlari dunyaya getiren qadini sevmelidir.Qadin min eziyyetle dunyaya usaq getirsin,ozu baxsin,ozu saxlasin,ata da eline duseni aparsin versin neseye,narkotike zeherlensin.Narkomanla yasamagin ne demek oldugunu menden yaxsi bilersiz her halda.Iki usaqla qadin neylemeli idi?Aliment yox,is yox,guc yox.Valideyn de yeqin ki,yaxin durmurmus ki,qadin evli birinin mesuqesi olmaga razi olub caresizlikden.Ovlad insani dusmen qapisina da aparar.Her bosanan qadin sansli olmur ki,isleyib usaqlarini saxlaya.Lap isledi,olkede emek haqqlari her kese melumdur.Bu deqiqe kisiler aile saxlaya bilmir imkansizliqdan,nece oglan taniyiram ki,pulsuzluqdan evlene bilmir.O ki qaldi tek qadin ola.Qadin var tehsili yoxdur,qadin var usaqlarini emanet edecek kimsesi yoxdu gedib isleye.Bir de bizim cemiyyetde bosanan qadina uzr isteyirem potensial fahise kimi baxirlar.Ise goturende bu xususile "nezere alinir"Men qadinda hec bir gunah gormurem.Qanunla da bosandinsa qarsi terefin heyatina qarismaga ixtiyarin yoxdu.
UWAQINI DUWUNEN ATA VAXTINDA AILENI QORUYUB SAXLIYAYDI ARVADIDA O,YOLA DUWMEZDI.ELE KIWIYE ODA AZDI CAVAN CANI CURUSUN DEMIR BARMAQLIQLAR ARASINDA.
Ay_Sun | 26 sentyabr 2014 20:19 | Status: Brilliant user | Şərh: 13 409
Bir sey deye bilmeyecem 0127 .
Qaracaqiz | 26 sentyabr 2014 15:46 | Status: VİP user | Şərh: 1 882
narkotikadan istifade edib turmeye dusende fikirlesmirdinki ailen daqilar, kisi olaydin ailene sahib cixaydin.Bosandiqdan sonra belelerine qeyret gelir
Lumia | 26 sentyabr 2014 15:20 | Status: Professional user | Şərh: 5 378
Sitat: Vetenperver
Qadınlar başa düşmürlər ki əgər ortada uşaq varsa keçmiş ər yenədə qısqanacaq çünki uşaqlarının anasıdır,əgər uşaqlarının anası pis yola düşürsə bu uşaqlarına adına pisdir,kişidə uşaqlarını çox istədiyi üçün,istəmir uşaqlarını sabah ələ salsınlar ki anan belədir elədir,başları aşağı olmasını istəmir ona görə belə qısqanıb.Bir ana gərək bunları düşünə,əxlaqsız olmaya.
Bunu başa düşmək üçün professor olmaq lazım deyil.

Bes yaxsi ata narkoman olanda usaqlarina ne deyecekler?Ele salmayacaqlar ki,ataniz narkomandir,hebsde yatib cixib?Gunahin en boyuyu kisidedir ki,vaxtinda ailesine sahib cixa bilmeyib,indi "qeyret"e gelib oz aleminde.Usaqlarini seven ata,birinci onlari dunyaya getiren qadini sevmelidir.Qadin min eziyyetle dunyaya usaq getirsin,ozu baxsin,ozu saxlasin,ata da eline duseni aparsin versin neseye,narkotike zeherlensin.Narkomanla yasamagin ne demek oldugunu menden yaxsi bilersiz her halda.Iki usaqla qadin neylemeli idi?Aliment yox,is yox,guc yox.Valideyn de yeqin ki,yaxin durmurmus ki,qadin evli birinin mesuqesi olmaga razi olub caresizlikden.Ovlad insani dusmen qapisina da aparar.Her bosanan qadin sansli olmur ki,isleyib usaqlarini saxlaya.Lap isledi,olkede emek haqqlari her kese melumdur.Bu deqiqe kisiler aile saxlaya bilmir imkansizliqdan,nece oglan taniyiram ki,pulsuzluqdan evlene bilmir.O ki qaldi tek qadin ola.Qadin var tehsili yoxdur,qadin var usaqlarini emanet edecek kimsesi yoxdu gedib isleye.Bir de bizim cemiyyetde bosanan qadina uzr isteyirem potensial fahise kimi baxirlar.Ise goturende bu xususile "nezere alinir"Men qadinda hec bir gunah gormurem.Qanunla da bosandinsa qarsi terefin heyatina qarismaga ixtiyarin yoxdu.
SABINA | 26 sentyabr 2014 14:23 | Status: Professional user | Şərh: 7 410
Sitat: Vetenperver
Qadınlar başa düşmürlər ki əgər ortada uşaq varsa keçmiş ər yenədə qısqanacaq çünki uşaqlarının anasıdır,əgər uşaqlarının anası pis yola düşürsə bu uşaqlarına adına pisdir,kişidə uşaqlarını çox istədiyi üçün,istəmir uşaqlarını sabah ələ salsınlar ki anan belədir elədir,başları aşağı olmasını istəmir ona görə belə qısqanıb.Bir ana gərək bunları düşünə,əxlaqsız olmaya.
Bunu başa düşmək üçün professor olmaq lazım deyil.

0140
gulya20 | 26 sentyabr 2014 02:08 | Status: Professional user | Şərh: 4 677
Cox uzundu oxumadim.
lalita | 25 sentyabr 2014 23:36 | Status: VİP user | Şərh: 1 390
AILE QEDRI BILEN KISI AILESININ BAWINDA OLAR
Vetenperver | 25 sentyabr 2014 23:04 | Status: Professional user | Şərh: 6 700
Qadınlar başa düşmürlər ki əgər ortada uşaq varsa keçmiş ər yenədə qısqanacaq çünki uşaqlarının anasıdır,əgər uşaqlarının anası pis yola düşürsə bu uşaqlarına adına pisdir,kişidə uşaqlarını çox istədiyi üçün,istəmir uşaqlarını sabah ələ salsınlar ki anan belədir elədir,başları aşağı olmasını istəmir ona görə belə qısqanıb.Bir ana gərək bunları düşünə,əxlaqsız olmaya.
Bunu başa düşmək üçün professor olmaq lazım deyil.
Nara88 | 25 sentyabr 2014 20:44 | Status: Professional user | Şərh: 4 253
gorunur anormal aile olublar
SEVA | 25 sentyabr 2014 20:32 | Status: Professional user | Şərh: 5 150
bosamisan get topuvu oyna vaxtinda saxlayardin yaninda seydelesler
Laura81 | 25 sentyabr 2014 18:33 | Status: VİP user | Şərh: 1 275
Zelil olsun usaqlarin ahi tutsuñ
Nergiz love | 25 sentyabr 2014 17:53 | Status: Professional user | Şərh: 7 871
Eceb edibler ele ki omimurluk veribler o alcaqa.yaziq usaqlar qaldi el ayaqda.
MER-SEM | 25 sentyabr 2014 16:53 | Status: Şərhçi | Şərh: 92
gicdiyeeeee day bowanmisandaa niye qisqanirsan, eyer qisqanc idin hec bowanmayaydin
Ag Gul | 25 sentyabr 2014 16:37 | Status: Professional user | Şərh: 4 333
Sitat: Huseyn80
Sebrim olmadi oxumaga 0118
emeye hormet...
BULUT | 25 sentyabr 2014 15:48 | Status: Qonaq | Şərh: 0
bosanibsa daha snein deyilde niye anlamirsan /bir azerbaycandadi bosasada deyir menimdi bosamasada bu sehv fikirdi/bosadisa senin namusun deyil nolsun usaqlarin var usaqlar senindi arvad yox /heqiqi pis oldum oda qadindi bosaibsa basqasi ile yasamagi secibse gerek oldurmeyeydi /o bu yolu sexib artiq /heyf hem ozu hem balalari bed bext oldu
Rəvanur | 25 sentyabr 2014 13:11 | Status: Şərhçi | Şərh: 302
Sitat: Gule_R_124
Sebrim catmadii oxumaqa..bawliqdan her wey
Melum idi.

Allah cəzasını verər inşallah. OLAN uşaqlara oldu.
fea | 25 sentyabr 2014 12:15 | Status: Gümüş user | Şərh: 1 737
oxumadim ama yene de ALLAH lenet elesin deyirem