Qadın / Kriminal

Başqa kişilər, söyülən gəlin və qayınatanın dəhşətli ölümü...

Banu. | 15-09-2014, 09:46
6 334 27
Başqa kişilər, söyülən gəlin və qayınatanın dəhşətli ölümü...


Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə ittiham olunan, 1984-cü il təvəllüdlü Bakı şəhər sakini İlqar Qabil oğlu Quliyevin məhkəmə istintaqı yekunlaşıb.


AzadQadin.az-ın Virtualaz.org-a istinadən əldə etdiyi məlumata görə, prosesə hakim Əlisultan Osmanov sədrlik edib.

Məhkəmə yolu ilə müəyyən edilib ki, təqsirləndirilən şəxs bacısı Sevinc Quliyevanın öz qayınatası Nazim Məlik tərəfindən dəfələrlə söyülüb təhqir edilməsinə, azyaşlı uşağı ilə birgə evi tərk etməyə məcbur olmasına görə ondan qisas almaq qərarına gəlib. Bu məqsədlə 16 avqust, 2013-cü ildə evdən bıçaq götürərək Nazim Məlikin yaşadığı ünvana yollanıb, onu küçəyə çağıraraq mübahisə etməyə başlayıb. Mübahisə zamanı bıçaqla Nazimə bir neçə dəfə zərbə endirib. Yaralı aldığı xəsarətdən dünyasını dəyişib.

Təqsirləndirilən şəxs qismində məhkəmədə ifadə verən İ.Quliyev ona elan olunmuş ittihamla özünü təqsirli bilib. O, ifadəsində bacısı Sevincin 2004-cü qonşuluqda yaşayan Taleh adlı oğlanla ailə həyatı qurduğunu, birgə nikahdan bir övladının dünyaya gəldiyini göstərib: “Bacım gəlin köçəndən təxminən bir il sonra onun qayınatası Nazimlə münasibətimiz korlanmışdı. Belə ki, Nazim heç bir səbəb olmadan dünyasını dəyişmiş atamın və Sevincin ünvanına nalayiq söyüşlər söyürdü. Bu barədə Sevinc özü anama və mənə deyirdi. Hər dəfə də ona səbrli olmağı məsləhət görür, hər şeyin yaxşı olacağını deyirdik.

Hətta bir neçə dəfə Nazimin yanına gedib mərhum atamı söyməsinin, Sevinci incitməsinin səbəbini də soruşmuşdum. Nazimsə atamı söymədiyini, bacımı incitmədiyini deyirdi. Buna baxmayaraq Sevinci ailəsinin dağılmaması üçün Nazimdən üzr istəməyə razı salmışdım.

2013-cü il, avqustun 15-də bacımın həyat yoldaşı Taleh zəng vurub mənimlə görüşmək istədiyini dedi. Həmin gün Talehlə 28 saylı məktəbin yanında görüşdük. Taleh mənə Sevincin uşağı ilə birlikdə beş gündür evdən qaçıb qohumlarının evində qaldığını dedi. Ona “bacımı bu qədər incitməsəydiniz, o da qaçmazdı” dedim. Ondan aralanıb evə gəldim, Sevincə zəng vurub harada olduğunu xəbər aldım. Sevinc konkret hansı qohumumuzun evində olduğunu demədi. Qayınatasının onu çox incitdiyinə görə boşanmaq üçün məhkəməyə müraciət edəcəyini söylədi”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, Sevincin əri ilə aralarındakı mübahisə onların övladı dünyaya gələndən sonra başlayıb: “Bacım bu mübahisənin səbəbinin qayınatasının onunla yaxşı rəftar etməməsi ilə əlaqələndirirdi. Elə buna görə də evi tərk etmişdi. Hadisə baş berən gün Nazimi öldürmək məqsədilə mətbəxdən bıçaq götürüb onlara yollandım. Qapıya çatanda zəng vurub bayıra çağırdım və əl verib görüşdüm. Sonrasa “xəbərin var ki, bacım beş gündür evdən qaçıb gedib” deyərək bıçaqla qarın nahiyəsindən bir dəfə zərbə vurdum. Qaçıb darvazadan içəri girmək istəyəndə növbəti zərbəni belindən endirdim. Nazim darvazadan içəri girdi, mənsə evə gəldim. Evə gələndən sonra anama və kiçik bacıma Nazimi vurduğumu dedim. Sonrasa onlarla sağollaşıb Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis bölməsinə getdim. Törətdiyim cinayəti etiraf etdim.

Hadisənin bu cür olmasını heç vaxt arzu etməmişəm, bacımın ailəsinin dağılmasını istəməmişəm. Bu hadisənin baş verməsinə səbəb bacıma qarşı edilən haqsız hərəkətlər olub. Bacımın əri ilə arasındakı mübahisənin guya onun başqa adamlarla danışması səbəbindən baş verdiyini eşitməmişəm. Bacım namuslu qadın olub. Onun heç bir halda öz qeyrətinə xələl gətirə biləcək hərəkətlərə yol verməsinə inanmıram”.

Zərərçəkmiş şəxsin hüquqi varisi Fazil Məmmədov məhkəməyə verdiyi ifadəsində mərhum qardaşı Nazimlə eyni həyətdə yaşadıqlarını göstərib: “Nazim mənim yaşadığım ünvanda iki hissəyə bölünmüş ayrıca həyətdə ailəsi ilə yaşayırdı. Nazimin arvadı 2013-cü ilin yanvarında rəhmətə getmişdi. Bundan sonra Nazim Sevil adlı qadınla birlikdə yaşamağa başlamışdı.

Talehlə Sevincin münasibətləri təxminən bir-iki il əvvəl pisləşmişdi. Buna səbəb isə taksi sürücüsü işləyən Talehin gəlirinin az, dolanışqlarının zəif olması idi. Hətta Sevinc Talehlə bir yerdə yaşamaq istəmirdi.

Səhər saat 9 radələrində Nazimin arvadı Sevilin qışqırıq səsinə oyanıb cəld həyətə qaçdım. Nazim qan içərisində yerdə uzanmışdı. Tez maşına qoyub xəstəxanaya apardıq. Lakin qardaşım yolda öldü.

Sevincin gecə uşağını da götürüb qaçmasından xəbərim olmayıb. Onun başqa kişilərlə danışdığını ailə içi gedən söhbətlərdən eşitmişdim”.

Şahid qismində dindirilən Taleh Məmmədov ifadəsində bildirib ki, arvadı Sevinclə münasibətlərinin pozulmasına səbəb onun başqa kişilərlə telefonla danışması olub: “Dəfələrlə Sevinci başqa kişilərlə telefonda danışan görmüşdüm. Kiminlə danışdığını soruşanda mənə deyirdi ki, səhv düşüblər. Sevincin hərəkətləri barədə nə qardaşı İlqara, nə də ailəsinə məlumat verməmişdim. Mənim ailə üzvlərim bu barədə sonradan xəbər tutdular.

Avqustun 5-də gecə evə gələndə gördüm ki, Sevinc oğlumu da götürüb evdən gedib. Hara getməsi barədə məlumatım olmayıb. Qaynım İlqara zəng vurub dedim ki, bacın gecə ikən evdən qaçıb, bütün qohumların evini axtarmışam, yoxdur, polisə məlumat vermək istəyirəm. O da cavabında “polisə deməyə ehtiyac yoxdur, özüm taparam” dedi.

Bu söhbətdən bir gün sonra səhər tezdən evdəkilərin səsinə oyandım. Həyətə düşəndə atamın qan içində yerdə uzandığını gördüm. Atam mənə Sevincin qardaşı İlqarın onu bıçaqla vurduğunu dedi”.

Şahid qismində dindirilən Sevinc Quliyeva ifadəsində göstərib ki, son illər ailəsindəki gərginliyə səbəb maddi sıxıntı içərisində yaşamaqları olub: “Talehlə münasibətlərimiz pisləşmişdi. Bir yandan da Nazim atamı, məni söyürdü. Artıq bu haqsızlıqlara dözə bilmirdim.

Hadisədən bir müddət əvvəl oğlumu da özümlə götürüb evi tərk etdim. Binəqədidə mənzil kirayələyib yaxınlıqdakı kafedə aşpaz işləməyə başladım. Avqustun 15-də qardaşım zəng vurub “haradasan, evi niyə tərk eləmisən, boyumuzu yerə soxdun” dedi . Bu sözdən sonra telefonu söndürdüm. Bir daha ailə üzvlərimlə, həyat yoldaşımla əlaqə saxlamadım, telefon nömrəmi də dəyişdim. Prokurorluğa dəvət olunanda qardaşım İlqarın qayınatam Nazimi qətlə yetirildiyini bildim”.

Məhkəmənin hökmü ilə İlqar Quliyev cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il müddətinə azadlıqdan məhrum edilib
.

ESMERRi | 24 yanvar 2016 19:01 | Status: Brilliant user | Şərh: 5 378
Sitat: LARA SOFI
Get sen indi aşbaz isle yaziq qardasin 10il yatsin senin kimi sorumsuz bacinin uzunnen guya bizi öpub gozlerinin usdune qoyurlarki?Hamida her sey olur isdemirsen bosan cix getda
LARA SOFI | 4 yanvar 2016 23:00 | Status: VİP user | Şərh: 735
Get sen indi aşbaz isle yaziq qardasin 10il yatsin senin kimi sorumsuz bacinin uzunnen guya bizi öpub gozlerinin usdune qoyurlarki?Hamida her sey olur isdemirsen bosan cix getda
Yagis_Negmesi | 25 noyabr 2015 22:34 | Status: Gümüş user | Şərh: 1 614
Sitat: ESMERRi
Sitat: dılay
QadInI gunahlandIrIram gerek evlerine gelib deyerdiki ,artiq bowanIram her kes oz yoluna. Onda bele olmazdI. Allah o oglanIn qapIsInI acsIn
ESMERRi | 8 noyabr 2015 18:40 | Status: Brilliant user | Şərh: 5 378
Sitat: dılay
QadInI gunahlandIrIram gerek evlerine gelib deyerdiki ,artiq bowanIram her kes oz yoluna. Onda bele olmazdI. Allah o oglanIn qapIsInI acsIn
dılay | 7 noyabr 2015 10:20 | Status: Brilliant user | Şərh: 8 183
QadInI gunahlandIrIram gerek evlerine gelib deyerdiki ,artiq bowanIram her kes oz yoluna. Onda bele olmazdI. Allah o oglanIn qapIsInI acsIn
gece-gunduz | 23 sentyabr 2015 20:21 | Status: Gümüş user | Şərh: 1 720
Sitat: Nagizade.Leyla
Allah uzaq elesin

Allah uzaq elesin
ESMER | 23 sentyabr 2015 19:59 | Status: VİP user | Şərh: 817
Sitat: Kenan25
Sitat: Leyla Ezizli
Allah uzaq etsin. Ailəm deyib bu cür yaşamaqdansa gərək elə əvvəldən ayrılanda. İndisə belə faciə baş verməzdi.yazıq o cavan uşağın gününə ömrünün 10 ilini dəmir barmaqlıqlar arxasında keçirəcək.Bəzən bizim qızlarımızda ağılsızlıqlar edirlər.
Nagizade.Leyla | 11 iyun 2015 00:13 | Status: VİP user | Şərh: 1 321
Allah uzaq elesin

Allah uzaq elesin
Kenan25 | 3 may 2015 14:35 | Status: Şərhçi | Şərh: 225
Sitat: Leyla Ezizli
Allah uzaq etsin. Ailəm deyib bu cür yaşamaqdansa gərək elə əvvəldən ayrılanda. İndisə belə faciə baş verməzdi.yazıq o cavan uşağın gününə ömrünün 10 ilini dəmir barmaqlıqlar arxasında keçirəcək.Bəzən bizim qızlarımızda ağılsızlıqlar edirlər.
Leyla Ezizli | 19 mart 2015 15:34 | Status: Şərhçi | Şərh: 372
Allah uzaq etsin. Ailəm deyib bu cür yaşamaqdansa gərək elə əvvəldən ayrılanda. İndisə belə faciə baş verməzdi.yazıq o cavan uşağın gününə ömrünün 10 ilini dəmir barmaqlıqlar arxasında keçirəcək.Bəzən bizim qızlarımızda ağılsızlıqlar edirlər.
Miraj | 4 mart 2015 00:09 | Status: Professional user | Şərh: 2 625
dehsettttttttttttt
mila21 | 18 fevral 2015 23:45 | Status: Şərhçi | Şərh: 283
Sitat: nurlana nurlana
Allah uzaq etsin
nurlana nurlana | 10 fevral 2015 21:35 | Status: Gümüş user | Şərh: 1 950
Allah uzaq etsin
Miraj | 28 yanvar 2015 20:53 | Status: Professional user | Şərh: 2 625
Sitat: N....N92
Allah uzaq elesin...
N....N92 | 28 noyabr 2014 19:46 | Status: Professional user | Şərh: 4 351
Allah uzaq elesin...
Tesekkurler
Laura81 | 27 sentyabr 2014 00:47 | Status: VİP user | Şərh: 1 275
cox cetindi dil bilmezlerle yola getmek onagorede haray beri basdan ayrilaydilar gerek
SEVDA | 16 sentyabr 2014 09:07 | Status: Nəzarətçi | Şərh: 17 439
Cürbecür aileler var....Allah uzaq elesin...
indra | 15 sentyabr 2014 23:20 | Status: VİP user | Şərh: 908
Allah kömek olsun
Nergiz love | 15 sentyabr 2014 21:31 | Status: Professional user | Şərh: 7 871
Men o qizi qinayiramki yola getmirdiler qaynata er bosanardinda her ne oldu gelib qardasa deyende oda hirsinden bu hereketi edib. indi sene gore qardasin hebsxanadadi.menim oqlana yaziqim gelir yalniz.qiz evi terk edib gedib kiraye qalirdisa eveleceden ederdide gozlurdu qardasi oldurub hebse dussun.ne bilime Allah o oqlanin komeyi olsun.gunahinan Allah kecsin.
Ay_Sun | 15 sentyabr 2014 15:31 | Status: Brilliant user | Şərh: 13 408
Sitat: My white rose
Allah uzaq elesin
Ag Gul | 15 sentyabr 2014 14:58 | Status: Professional user | Şərh: 4 333
Allah uzaq elesin
Nara88 | 15 sentyabr 2014 14:33 | Status: Professional user | Şərh: 4 253
yaziq tutulan oglana((
MiFi | 15 sentyabr 2014 13:40 | Status: Şərhçi | Şərh: 154
Əccəb eliyib vurub əllərinə sağlıq.Mən başa düşmədim,bu adamın əri var,qoy əri tədbir görsün.Sənə nə düşüb.Həmişə 3-cü lişnıy olur.Sonra da şərliyirlər.Qız kişilərlə danışırmış.
Əvvəllər qaynanalar gəlinlə yola getmirdi,indi qaynata qaynananı keçib.Hər işə qarışırlar.Qoca kaftar öldü getdi,üç gəncin həyatını korladı.Gərək qardaşına bu qədər cəza verməzdilər.Heyf
BULUT | 15 sentyabr 2014 12:56 | Status: Qonaq | Şərh: 0
eh goresen nolub her seyin duzunu/o qoze gorunmez bilir bendese her zaman ozunu haqli cixarir/allah kerimdi qizin ustune ser atanlarin cezasini verer
SEVA | 15 sentyabr 2014 12:24 | Status: Professional user | Şərh: 5 150
[quote=kimsesiz23]Haqqi da haqsizligida yalniz Allahim gorur bilir.
mencede tesekkurler
Haqqi da haqsizligida yalniz Allahim gorur bilir.KIM HAQLIDI KIM HAQSIZ MEN DEYEBILMEREM.TESEKKUR