Qadın / İş qadını - karyera

Qadın general da ola bilər, zəriflik qətiyyən zəiflik demək deyil

Azadqadin.az | 8-10-2012, 15:13
4 169 66
İşgüzar qadın rubrikasın qonağı Azəri-Press İnformasiya Agentliyinin direktoru Vüsalə Mahirqızıdır.

Vüsal601; Mahirq305;z305;

-Müsahibələrinizin birində bir cümlə diqqətimi çəkib, söhbətimizə elə o fikirlə başlamaq istəyirəm. Demisiniz ki, qadın nə qədər işgüzar və vəzifə sahibi olsa belə, yenə də qadındır. Buna baxmayaraq işgüzar qadının adi ev qadınlarından yenə də fərqi olmalıdır, bu fərqi necə görürsünüz?

- Ev xanımlarının özlərinə fikir verməyə, qadın olduqlarını yadına salmağa vaxtları çoxdur. İşgüzar qadının isə vaxtı azdır. Ancaq bir fakt da var ki, insanın özünə baxması, formada olması, birbaşa əhval-ruhiyyə ilə bağlıdır. Evdə olan qadın əhval-ruhiyyədə deyilsə, saçına-başına, geyiminə fikir verməyə bilər, bizim isə elə bir şansımız yoxdur. Hər gün diqqət mərkəzində, ictimai nəzarətdəyik. Bu artıq bizim əhval-ruhiyyəmizlə bağlı deyil, məcburiyyətdir. Məsələn, mən də arabir arzu edirəm ki, ictimai nəzarətdən uzaq olum, şıq, rəsmiyyətdən kənar, açıq geyimlər geyinim, ancaq alınmır. Çərçivələrimiz var. Ümumilikdə isə belə hesab edirəm ki, qadın saçını daramayıb cəmiyyət arasına çıxırsa, özünə və kənardakılara hörmət etmir. Qadın həmişə formada olmalıdır.

- İllərdir işgüzar mühitdəsiz, hər şeydən yorulub, mən də sadə qadınlar kimi olacam deyib, bir günlük proqram tutduğunuz vaxt olubmu?

- Açıq deyim, yox. Bu mənim toy günüm ola bilərdi, yadımdadır, o vaxt saçımı düzəldirdilər. Nazirlikdən bir nəfər zəng vurdu ki, sabah orda mütləq sizin əməkdaşlardan biri iştirak etməlidir. Toy günü uşaqlara tapşırıq verdim, bir az keçdi, yenə zəng vurdular ki, sabah bir məhkəmə prosesidir, işıqlandırmaq lazımdır, onu da həll etdim. Qurum üçüncü dəfə zəng vuranda dedim:

“bağışlayın, bu dəfə sizinlə çox məşğul ola bilməyəcəm, toyumdur. Ailəmlə birlikdə istirahətə gedirəm”. İşgüzar həyatda olduğum müddətdə elə bir günüm olmayıb ki, geyinim bəzənim, gəzim və həmin günü ancaq özümə həsr edim.


 -İşgüzar, nüfuzlu bir qadın, yoxsa cazibədar xanım daha çox diqqət mərkəzində ola bilər? Sizcə hansı daha xoş hisslər bağışlayır?

 

-Vallah o biri tip olmadığıma görə, deyə bilməyəcəm.

-İşgüzar həyatdan əvvəl gənc qız kimi həyat tərziniz olub.

-16 yaşımda instituta daxil olmuşam və 6 ay sonra işə başlamışam. Mənim fasiləm olmayıb, ona görə də zövqlü, cazibədar qadın obrazında olmamışam. Ailə həyatı qurmağım da son dərəcə rasional, məntiqli olub. Sevgi hissini də məntiqli yaşamışam. Ona görə də o fərqi bilmirəm.

Lakin kənardan baxanda yaxşı geyinməyi sevən adamam, dağınıq olmağı sevmirəm, həmişə səliqəli saç düzümündə qalmağı sevirəm. O vaxt dağınıq ola bilərəm ki, həyatımda hər şey dağınıq olsun. Hər hansı bir problem məni dağınıq vəziyyətə sala bilməz. Səliqəli və kübar qadınlara son dərəcə böyük simpatiyam var.

- Qadın hansı sahədə işləyirsə işləsin, özündə hansı xüsusiyyəti itirməməlidir?

- Xanımlığını. Bu, sözünü etdiyim kübarlıqdır. Mübahisə və münaqişələrdə adətən belə bir ifadə işlədirlər, “mən sizə cavab verərdim, ancaq xanımlığıma yaraşdırmıram”. Bu söz mənim üçün keçərlidir. Bu, xüsusilə Şərq qadınına məxsusdur. Qadının özünü təbii aparmaq statusu var. Qadın general da ola bilər, lakin zəriflik qətiyyən zəiflik demək deyil.

Qadının özünə görə incə davranış tərzi və xarizması olmalıdır. Özümü o vaxt pis hiss edə bilərəm ki, olduğum yerdə bütün kişilər özünü yığışdırmasın. Qadın oturuşu-duruşu, danışığı ilə elə etməlidir ki, gəlişi ilə özünü hiss etdirsin. Xanımlıq əzilib-büzülmək, ağız əymək deyil, bu kimi vərdişləri xanımlıq saymıram. Xanım bütün xüsusiyyəti ilə xanım olmalıdır. Özü çərçivəli davranmalıdır.

-Özünüzə aid məşğuliyyətiniz var? Toxumaq, tikmək və yaxud hər hansı bir bacarıq…

-Açığı elə bir məşğuliyyətim yoxdur. Alış-verişi sevirəm. Çanta və ayaqqabı almağı sevirəm, hətta həyat yoldaşım deyir ki, yaxınlarda ayaqqabı və çanta ticarət mərkəzi açacağıq. Yemək bişirirəm, deyilənə görə yaxşı bacarıram, lakin APA yarandıqdan sonra mətbəxlə çox da məşğul deyiləm, onu yalan deyərəm. Hə, bir də, dekorativ ev dizaynını sevirəm. Deyirlər zövqüm pis deyil, rəngləri uyuşdurmağı, divardan asılan rəsmləri sevirəm.

-Bayaq dediniz geyimə xususi marağım var, alış-verişi sevirəm, klassik geyimlərə nisbətdə qarderobunuzda idman üslublu geyimlər və abiyələr nə qədər yer alır?

-Çox az, alıram, geyinə bilmirəm. İdman üslubunda geyinə bilirəm, çünki tətillər, şənbə bazarlar olur, abiyələri heç geyinə bilmirəm. Getdiyim məclislərin çoxu da iş həyatımdan tanıdığım şəxslər olur, toya da çox az vaxt ayırıb gedirəm. Ancaq qardaşımın və bacımın toyunda eyinmişəm, ümumiyyətlə mən belə hesab edirəm ki, xüsusi süslənib- bəzənməyi ancaq ailə arasında edə bilərəm.

 

Vüsal601; Mahirq305;z305;

-Koko Şanelin məşhur bir sözü var, qadını bahalı geyim qədər heç nə qocaltmır. Sizdə  necə, bahalı geyimlərə maraq varmı, marka sizin üçün nə dərəcədə əhəmiyyətlidir?

-Çalışıram ki, Türkiyə və İtaliya geyimlərini geyinim. Bu ölkələrin geyimlərinə gigiyena və sağlamlıq baxımından yanaşıram. Geyimlər üçün nəzərdə tutduğum standart rəqəmlərim var.

Mülkü çıxmaq şərtilə başqa şeylərə verilən pulu lazımsız hesab edirəm. İnsan bir paltarı uzağı üç il geyinə bilər, bunun üçün minlər xərcləməyə dəyməz. Əsasən klassik geyimləri sevirəm. Geyimin mənə yaraşanını sevirəm.

-Bütün qadınlar bir-birlərinə baxır və rəqabətə girir. Sizin həsəd apardığınız qadın obrazı varmı?

-Mən təbiətcə eqoist insanam, geyim məsələsində böyük müşahidəçi deyiləm, sevdiyim qadın obrazı Rəbiyyət Aslanovadır, onun geyimini və davranışlarını çox sevirəm.

Qənirə Paşayeva ilə tez-tez alış-verişə gedirik, bir-birimizə məsləhətlər veririk, yaşıdıq, rəfiqəyik. Rəbiyyət xanımın geyim stilini və xanımlığını çox bəyənirəm.

-Özünüzdə bir qadın olaraq əskik olan hansı xüsusiyyətlər var?

-Məsələn, makiyajı sevmirəm, mənə elə gəlir ki, makiyaj ağırlıq edir, ola bilər ki, lazımdır. Bir də aksessuar ları alıram, taxa bilmirəm.

-Misal üçün, mən sizi eynəkdə görməmişəm.

-Yox, eynək taxıram, eynəyim var, ancaq tez-tez itirirəm. Bu günə qədər altı eynək itirmişəm. Aksessuarla bağlı çatışmazlıqlarım var. Salona gec-gec gedirdim. İndi o əskikliyi aradan qaldırmışam.

-Salonda nə qədər vaxt itirirsiniz?

-Mən də bu vaxtı itirilmiş hesab edirəm, lakin yaş keçdikcə özünə baxmaq məcburiyyətindəsən, çalışıram ki, bazar günləri gedəm, o vaxt artıq 4- 5 saatımı sərf edirəm. Ara günlərdə isə həftədə iki dəfə yarım saat- bir saat vaxtımı ayıra bilirəm.

-Salonda ən çox nələrə tələbatınız olur?

-Saçımı demək olar ki, salonda düzəltdirirəm. Hər gün işdəyəm. Ən çox qaşımın düzəldilməsindən istifadə edirəm, üz maskası və masajlardan da istifadə edirəm. Əməliyyat filan, belə şeylərdən qorxan adamam. Üstün cəhətlərimdən biri də odur ki, hər halda mən belə düşünürəm, ünsiyyətdə olduğum şəxslər saçımdan-başımdan çox danışığıma önəm verirlər. Ona görə də digər vasitələr olmasa da olar.

-Azərbaycan qadınının nəyə ehtiyacı var?

-Azərbaycan qadınının fəallığa ehtiyacı var. Düzdür, qadınlarımız fəaldır, bizimlə eyni genetik koda malik olan ölkələrə baxaq, qadın bir az işgüzardırsa, evdə az qala hər şeyə sahibdir. Bizim qadınlar isə işdə fəal ola bilirlər, vicdanla işlərini yerinə yetirirlər, eyni zamanda evə gəlib həyat yoldaşlarına və övladlarına xidmət göstərə bilirlər.

Bu gözəl xüsusiyyətdir, bütün müəssislərə baxsaq, orada aşağı səviyyədə xidmət göstərən yerlərdə qadınlar üstünlük təşkil edir, cəmiyyətin öndə gedən qurumlarında xanımlarımız çox azdır, hesab edirəm ki, xanmlarımızın o qətiyyətə ehtiyacı var. Xüsusilə işgüzar xanımların…

Qadınlarımızda bir mənfi xüsusiyyət var ki, bir yerdə üç yer varsa, orda olan bir qadın digərinin orda olmasına mane olur. Halbuki hərənin bir yeri var, qadınlar bir yerdə nə qədər çox olsa, ədalət də çox olar. Qadın anadır, qadın bacıdır. Azərbaycan qadını müti qadın obrazı deyil, at belində olan qadın obrazıdır.

Həzrəti Xədicəni misal gətirək, Məhəmməd peyğəmbərə (S. A. V) ən birinci o inanır, izdivac qurur. O sədaqət rəmzidir. Biz qadınlar dostumuz olan kişilər üçün bir neçə addım geri çəkilə bilərik. Kişilərimiz isə qadının irəli olması üçün geri addım atmaz. Qadın nə qədər öndə olsa, ailə və cəmiyyət də savadlı olar. Övladı ana tərbiyə edir. Savadlı ailənin övladı cəmiyyət üçün yararlı övladdır.

Vüsal601; Mahirq305;z305; 

-İşgüzar qadın olaraq həyat yoldaşınızdan irad eşitmisiniz?

-Əlbəttə, evin kandarından içəri girəndə iş-güc qurtarır, düzdür məndə o qədər də söyləndiyi kimi olmur, amma iş düşüncəsi, şirkət rəhbəri fikri mənim üçün bitir. Anayam, həmişə də bu düşüncədə olmuşam ki, həyat yoldaşım və uşağım bunu məişətdə hiss etməsin. Olur bəzən, yemək gec hazır olur və ya ütülənməmiş köynək var.

Etiraf edim ki, ütüləməyi sevmirəm, evdə bu işlə məşğul olan köməkçi var. Düzdür, yoldaşım çox səbrli insandır, mən də son dərəcə səliqəyə tələbkar adamam, mətbəxim heç vaxt səliqəsiz ola bilməz. Əgər axşamdan səhərə qədər bir fincan yuyulmamış qalıbsa, bu o deməkdir ki, xəstəyəm və yataqdan qalxacaq halda deyiləm.


Alizes | 8 oktyabr 2012 21:26 | Status: Yazar | Şərh: 2 588
Sitat: Lada
anim hetta ele analar olurki dowunun formasi pis olmasin deye emizdirmekdende etiraz edirler.mende bele analri her zaman qinamiwam.mence qadina xas olan fizialoji prosesleri her bir qadin kecmelidir.Uwaq emizdiren ana sehnesini gorende inanki men bu sehneden boyuk zovq aliram.mence bundan gozel hissler ola bilmez.cox arzulamiwdim ama...

Qadını qadın edən ilk növbədə onun analıq duyğusunun olmasıdır, ömrüm. Hər dünyaya uşaq gətirən ana ola bilməz. Mən Elvinə süd vermişəm. Heç nəyi düşünmədən uşağımı ac qoyamışam. Vallah heç fiquram da pozulmayıb..)) Amma Pərvin süddən yanıqdır. Çünki roddomdan çıxdığım 2 gündən Elvini sünnət elətdirdik və çox pis vəziyyətə saldılar uşağı. Özün bilirsən. Onun qışqırığından necə qorxdumsa südüm həmin gün qaçdı...((
Mehri Memmedova. | 8 oktyabr 2012 21:25 | Status: Şərhçi | Şərh: 173
Qadını mən heçdə zəif saymıram.Bizim qadınlarımız hər 1 sahədə kişilərnən çiyin-çiyinə işləyiblər.İstidən-soyuqdan,müharibənin odundan-alovundan qorxmayaraq həmişə öndə olublar.O igid oğullarıda böyüdüb vətənə verən QADINLARDIR!!!!!!!
Lale | 8 oktyabr 2012 21:22 | Status: Yazar | Şərh: 3 264
Sitat: Alizes
Belələrini hər zaman qınamışam mən

[b][/b]Canim hetta ele analar olurki dowunun formasi pis olmasin deye emizdirmekdende etiraz edirler.mende bele analri her zaman qinamiwam.mence qadina xas olan fizialoji prosesleri her bir qadin kecmelidir.Uwaq emizdiren ana sehnesini gorende inanki men bu sehneden boyuk zovq aliram.mence bundan gozel hissler ola bilmez.cox arzulamiwdim ama...
Alizes | 8 oktyabr 2012 21:16 | Status: Yazar | Şərh: 2 588
Sitat: Lada
Eger kefinden etdirirse keseri emeliyyatini elbetdeki bu sen dyendir.ama canim ele hallar olurki bu emeliyyat ana ve uwaqin heyatini xilas edir.men ozumden gotururem.keseri emeliyyati olunub.ama xilas etmekden otru.

Ay ömrüm, söhbət keyfindən Kesara əl atan xanımlardan gedir. Müəyyən göstərişlər olduqda əlbəttə ki, son vasitə Kesar olacaqdır. Bu heç vaxt söhbət mövzusu ola bilməz. Bəzi qadınlar var ki, sancı çəkməyin dərdindən, ya da normal doğuşdan daxilində yarana biləcək genəlmələrdən qaçmaq üçün bu yola əl atırlar. Belələrini hər zaman qınamışam mən.
_Peri_ | 8 oktyabr 2012 21:11 | Status: Gümüş user | Şərh: 1 662
xebere gore twk...hec bir qadin ozunu zeif his etmesin...
Lale | 8 oktyabr 2012 21:09 | Status: Yazar | Şərh: 3 264
Sitat: Alizes
Kesarla dünyaya uşaq gətirən qadınlara mən güclü qadın deyə bilmərəm,

[b][/b]Eger kefinden etdirirse keseri emeliyyatini elbetdeki bu sen dyendir.ama canim ele hallar olurki bu emeliyyat ana ve uwaqin heyatini xilas edir.men ozumden gotururem.keseri emeliyyati olunub.ama xilas etmekden otru.
Alizes | 8 oktyabr 2012 21:05 | Status: Yazar | Şərh: 2 588
Sitat: Vetenperver
İcazənizlə sizin bu şərhinizə müdaxilə edim.İnsanlar iki cinsə bölünürlər: güclü cins və zəif cins.İndi sizcə zəif cins kimdir,qadın deyil?Bu hər zaman belə olub.Zəif əsasən fiziki gücü nəzərə alırlar.Bir doğuş sancısına görə siz qadınları kişilərdən güclü hesab edirsiz?İndi qadınların çoxu kesarnan doğurlar,heç doğuş sancısınıa hiss etmirlər)

Mən də sizin bu sözünüzə belə müdaxilə edəcəm. Hər iki cinsdə zəif və güclü nümayəndələr var. Kesarla dünyaya uşaq gətirən qadınlara mən güclü qadın deyə bilmərəm, çünki güclü dediyim ən dözülməzə belə dözməyi bacaran insandır. Həmçinin də zəif kişilər çoxdur. Fiziki və mənəvi zəiflik, fərq etməz... Ümumilikdə götürdükdə qadın heç də zəif deyil. Çünki çox qadın kişilərin etdiklərini etmək qabiliyyətinə malikdir (söhbət fiziki işdən gedir), amma hər kişi qadının etdiyini edə bilməz... )
Sumeyye | 8 oktyabr 2012 20:59 | Status: Professional user | Şərh: 1 720
Sitat: Vetenperver
Bəzi din adamları isə ümumiyətlə boyük rəhbər işində qadının işləməsini düzgün saymırlar.

mende bunu demek istemişem ele
Vetenperver | 8 oktyabr 2012 20:45 | Status: Professional user | Şərh: 6 700
Sitat: Alizes
Qadın zəif olmuş olsaydı ALLAH ən çətin bioloji proses olan doğuşu Ona məsləhət buyurmazdı. Çünki kişilər əsla doğuş sançısına dözə bilməzlər. Biz qadınlar daha dözümlü və iradəliyik. Bu danılmaz faktdır.

İcazənizlə sizin bu şərhinizə müdaxilə edim.İnsanlar iki cinsə bölünürlər: güclü cins və zəif cins.İndi sizcə zəif cins kimdir,qadın deyil?Bu hər zaman belə olub.Zəif əsasən fiziki gücü nəzərə alırlar.Bir doğuş sancısına görə siz qadınları kişilərdən güclü hesab edirsiz?İndi qadınların çoxu kesarnan doğurlar,heç doğuş sancısınıa hiss etmirlər)
Axırıncı sözünüzə deyim ki düzdür ailədə qadınların çoxu daha dözümlü və daha iradəli olur,amma yenədə bu kişilərdən güclü olmaq anlamına gəlmir.
Mavish | 8 oktyabr 2012 20:44 | Status: Brilliant user | Şərh: 2 389
Sitat: seva-azer
Halaldir. Çox əla cavabdir. Maviş xanim

:n3: təşəkkür,təşəkkür alqış lazım deyil... wink
Lale | 8 oktyabr 2012 20:44 | Status: Yazar | Şərh: 3 264
Sitat: Alizes
Biz qadınlar daha dözümlü və iradəliyik. Bu danılmaz faktdır.

mende bu fikirdeyem canim.qadinin iredesi.strese dozumu kiwilerinkinden qat qat ustundur.
S24 | 8 oktyabr 2012 20:43 | Status: Gümüş user | Şərh: 797
xebere göre sagolun
Vetenperver | 8 oktyabr 2012 20:40 | Status: Professional user | Şərh: 6 700
Sitat: Sumeyye
hem dini baximdan hemde umumiyyetce qadin en yaxşisi evini idare etsin ondan oyanasi kişi işleridi

Niyə,qadın işləyə bilər.Amma evdəki işlərini unutmamaq şərti ilə.Mənə görə ərinin işləmə icazəsini alaraq,özünü çöldə yaxşı apararaq,evdədə qadın işlərinə vaxt taparaq işləyə bilər,həmdə baxır nə işdə.
Dinimizə görə qadın ölkə prezidenti ola bilməz.Bəzi din adamları isə ümumiyətlə boyük rəhbər işində qadının işləməsini düzgün saymırlar.
P.S | 8 oktyabr 2012 20:24 | Status: VİP user | Şərh: 995
tewekkurler xebere gore.
HEYATIM | 8 oktyabr 2012 18:27 | Status: Professional user | Şərh: 2 110
MARAQLI XEBERDI TEWEKKURLER.. QADIN HEC DE ZEYIF DEYILL)))))))))
aynur.xuda | 8 oktyabr 2012 17:54 | Status: Gümüş user | Şərh: 1 289
Sitat: Alizes
Biz qadınlar daha dözümlü və iradəliyik. Bu danılmaz faktdır.
dogurdanda beledi qadin hec zeif deyil
Alizes | 8 oktyabr 2012 17:37 | Status: Yazar | Şərh: 2 588
Qadın zəif olmuş olsaydı ALLAH ən çətin bioloji proses olan doğuşu Ona məsləhət buyurmazdı. Çünki kişilər əsla doğuş sançısına dözə bilməzlər. Biz qadınlar daha dözümlü və iradəliyik. Bu danılmaz faktdır.
TATLI GUZEL | 8 oktyabr 2012 17:10 | Status: Professional user | Şərh: 5 781
Zəriflik qətiyyən zəiflik demək deyil

Mencede
cucem. | 8 oktyabr 2012 16:23 | Status: Professional user | Şərh: 4 415
Sitat: sevincВ keder
cane can

GULME PIS PISS :n1:
gulya20 | 8 oktyabr 2012 15:54 | Status: Professional user | Şərh: 4 677
Xebere gore tesekkurler
Seva-Azer. | 8 oktyabr 2012 15:30 | Status: Qonaq | Şərh: 2 351
Sitat: _mavi kepenek_
Təkcə onu deyə bilərəmki gücsüz,zəif,iradəsiz qadın yoxdur,sadəcə həyat yoldaşına hörmət edən xanım var...


Halaldir. Çox əla cavabdir. Maviş xanim :n43:
Sumeyye | 8 oktyabr 2012 15:09 | Status: Professional user | Şərh: 1 720
Sitat: Vetenperver
Sumeyye, dini baxımdan yəqin deyirsən

hem dini baximdan hemde umumiyyetce qadin en yaxşisi evini idare etsin ondan oyanasi kişi işleridi
Rightit | 8 oktyabr 2012 15:05 | Status: Gümüş user | Şərh: 758
Azərbaycan qadını müti qadın obrazı deyil, at belində olan qadın obrazıdır
bu cumle xowuma geldi :)
Mavish | 8 oktyabr 2012 14:56 | Status: Brilliant user | Şərh: 2 389
Düzü həvəsim olmadı oxumağa xəbəri,ama bu xanımı heç tanımıram...Yəqin Azərbaycan verlişlərinə az baxdığımdan irəli gəlir...
Təkcə onu deyə bilərəmki gücsüz,zəif,iradəsiz qadın yoxdur,sadəcə həyat yoldaşına hörmət edən xanım var...
Etiraf edim ki, ütüləməyi sevmirəm, evdə bu işlə məşğul olan köməkçi var. Düzdür, yoldaşım çox səbrli insandır, mən də son dərəcə səliqəyə tələbkar adamam, mətbəxim heç vaxt səliqəsiz ola bilməz. Əgər axşamdan səhərə qədər bir fincan yuyulmamış qalıbsa, bu o deməkdir ki, xəstəyəm və yataqdan qalxacaq halda deyiləm.

Mən belə görmüşəmki axşamdan səhərə iş qalmamalıdır,qaynanamın heç sevmədiyi şeydir,qadın gərək axşamdan bütün işini görə..bu günün işini sabaha qoymaq olmaz...
Vetenperver | 8 oktyabr 2012 14:37 | Status: Professional user | Şərh: 6 700
Sumeyye, dini baxımdan yəqin deyirsən
Seva-Azer. | 8 oktyabr 2012 14:33 | Status: Qonaq | Şərh: 2 351
Sitat: _Mamedova_
maraqlidi niye?

xanim incəliyi yoxdur. Danişanda elə bil kişi ilə həmsöhbətsən.

Gündəmdə olmaq, ictimai fəalliq göstərmək o deyi ki, kişiləşəsən....
Vetenperver | 8 oktyabr 2012 14:20 | Status: Professional user | Şərh: 6 700
Savadlı qadındır,Tv-də baxıram,biraz kobudluq var,danışığında.
"Qadınlarımızda bir mənfi xüsusiyyət var ki, bir yerdə üç yer varsa, orda olan bir qadın digərinin orda olmasına mane olur." Bununla razıyam,bir xarici söz var(deyəsən rus sözü) "qadın qadına rəqib gözü ilə baxır".
"Qadın general da ola bilər, lakin zəriflik qətiyyən zəiflik demək deyil."
Görəsən qadınlara zəif cins deyəndə niyə acıqları gəlir?
"Qadın anadır, qadın bacıdır." Bu sözü adətən kişilər qadınlara deyir amma görəsən qadın bunu deyəndə o başqa qadına ana,bacı gözü ilə baxıb ona hörmət edir?
sevinc keder | 8 oktyabr 2012 14:09 | Status: Professional user | Şərh: 3 818
Sitat: cucem.
goresen menden ne vaxt musahibe alinacaq aktiv useremeeeee

:n33: cane can

Sitat: GlassВ heart
Hee dua edek buda axirda Gulerin gunune duwmesin..

ehh evvel axir hamsi glerin yolu ilegedecek de


maraqli musahibedi tewekkurler
_Mamedova_ | 8 oktyabr 2012 14:03 | Status: Gümüş user | Şərh: 1 837
Sitat: seva-azer
Bu qadin xanimliqdan uzaq biridir


maraqlidi niye?
Seva-Azer. | 8 oktyabr 2012 14:01 | Status: Qonaq | Şərh: 2 351
Bu qadin xanimliqdan uzaq biridir. Bir çox tədbirlərdə bir yerdə olmuşuq