Qadın / İş qadını - karyera

Türkiyədə ilk dəfə hicablı xanım Baş prokuror

Banu. | 21-06-2020, 09:16
268 0
Türkiyədə əlamətdar hadisə baş verib – ölkədə ilk hicablı Baş prokuror təyin olunub.
Hakimlər və Prokurorluq heyəti 1-ci şöbəsi, 2020-ci il ədliyyə və inzibati yurisdiksiyanın əsas qərarnaməsi ilə Nazilli prokuroru Tuba Ersöz Konya Beyşehir Baş Prokurorluğuna gətirilib. Və beləliklə, Türkiyədə  ilk dəfə hicablı müsəlman qadın baş prokurorluq vəzifəsinə təyin edilib.
Hakimlər və Prokurorlar Kollegiyasının (HSK) 1-ci şöbəsi 17 iyunda ədliyyə və inzibati yurisdiksiya əsas qərarnaməsi işlərini tamamlayıb. Yuxarıda qeyd olunan qərarnamə ilə ədliyyə məhkəməsində 4163 hakim, inzibati məhkəmədə 465 hakim və prokuror və 18 şəhərdə baş prokurorların vəzifə yeri dəyişdirilib.
 
Türkiyə Ədliyyə naziri Əbdülhəmid Gül yeni təyinatları münasibətilə hakimləri, o cümlədən Tuba Ersözü təbrik edib. 

Sultan Laçın