Qadın / İş qadını - karyera

İngiltərədə ölümcül virusla mübarizə aparan müsəlman tibb bacısı şəhid oldu...

Banu. | 5-04-2020, 06:30
247 0
İngiltərənin “Uollsoll Manor” Xəstəxanasında işləyərək təhlükəli virusa qarşı mübarizənin ön cəbhəsində dayanan 36 yaşlı tibb bacısı Arima Nəsrin həlak olub. 

Bu haqda “Dailymail” nəşri məlumat yayıb.  

“COVID-19”-a yoluxmadan əvvəl heç bir sağlamlıq problemi olmayan müsəlman qadın və üç uşaq anası virusun ağırlaşması ortaya çıxdıqdan sonra mexaniki  havalandırma qurğusunda öz çalışdığı xəstəxananın reanimasiya şöbəsinə daxil olub. Mərhumun bacısının dediyinə görə, güclü və sağlam bir qadın olan Arima bir neçə gün ərzində ölümcül bir virusla qeyri-bərabər mübarizədə  şəhid olub. 

Xəbərdə qeyd edilir ki, İngiltərədə epidemiya dövründə 6 tibb işçisi koronavirusdan vəfat edib. Onlardan 5-i müsəlman olub. Tibb bacısı Arima Nəsrindən əlavə, 25 martda 76 yaşlı doktor Həbib Zaidi, 28 martda 63 yaşlı doktor Adil Əl-Tayyar , 29 martda otolarinqoloq Amjid Əl-Havrani, 31 martda isə 68 yaşlı doktor Alfa Saadu həlak olub.

Allah rəhmət eləsin!

Sultan Laçın