Qadın / İş qadını - karyera

Yazırlar ki, hər şeyi xanımımın hesabına qazanmışam…

Banu. | 19-02-2020, 15:23
91 0
Yenidən 90-cı illərə qayıtdıq. 30 il əvvəl də eyni gəmidə işlədik, indi də tale bizim yollarımızı kəsişdirdi.
Bu sözləri azərbaycanlı milyarder, “Palmali” Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimov şirkətin “Şövkət Ələkbərova” gəmisinə çağçıbaşı vəzifəsinə qəbul edilən köhnə dostu Şahinlə görüşü barədə yazıb. O bildirib ki, o vaxtlar özü gəmidə aşpaz, o isə motorçu idi:
“Bəzən mənim gəmilərdə aşpaz işləməyimi qabardırlar, yazırlar ki, guya indiki səviyyəyə həyat yoldaşımın sayəsində gəlib çatmışam. Birincisi, heç vaxt aşpaz işləməyimdən utanmamışam və bunu həmişə hər yerdə açıq demişəm. Əsas odur ki, halallıqla qazanmışam, haram yeməmişəm. “Palmali” kimi böyük şirkətin sahibi olmağıma isə nə həyat yoldaşım, nə də qayınatam səbəb olub. Bilin ki, mənim də, xanımımın da ailəsi sadə fəhlə ailəsidir. Nə qazandımsa, “Palmali” ailəsi və dostlarımla birlikdə qazandım. Dənizlərdə min əziyyətə qatlaşıb, fırtınalara sinə gərərək uğurlar əldə etmişik”./Axar.az